Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Tahir Salahovun yubiley sərgi keçiriləcək
Tarix: 13.12.2018 | Saat: 12:14:00
Bölmə:Mədəniyyət | çapa göndər

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2018-ci il dekabr ayının 14-dən 24-dək Bakı Expo Mərkəzində Xalq rəssamı Tahir Salahovun 90 illik yubileyinə həsr olunmuş sərgi keçiriləcəkdir.

Hafta.az xəbər verir ki, sərginin açılış mərasimi 14 dekabr tarixində saat 18:30-da olacaq.

Milli incəsənətimizin zənginləşdirilməsi və təbliği işinə əhəmiyyətli töhfələr vermiş şəxsiyyətlərdən biri olan dünya şöhrətli Azərbaycan rəssamı Tahir Salahov 1928-ci il noyabr ayının 29-da anadan olunub. O, 1945-ci ildə Bakı şəhərində orta məktəbi, 1950-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirib. Ali təhsilini əvvəlcə V.İ.Muxina adına Leninqrad Ali Rəssamlıq Sənaye Məktəbində almışdır. 1951-ci ildə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olaraq, 1957-ci ildə oranı rəssam-nəqqaş ixtisası üzrə bitirib.

1955-ci ildən etibarən çoxsaylı beynəlxalq, ümumittifaq və respublika əhəmiyyətli sərgilərdə öz əsərlərini nümayiş etdirmiş Tahir Salahov dünyanın bir çox nüfuzlu muzey və qalereyalarında fərdi sərgilərini keçirib.

2008-ci ildə rəssamın 80 illik yubileyi Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən dövlət səviyyəsində qeyd olunub.

Azərbaycan Respublikası Prezidentinin 13 oktyabr 2011-ci il tarixli Sərəncamına əsasən 2012-ci ildə İçərişəhərdə Tahir Salahovun Ev-muzeyi fəaliyyətə başlanıb.

Tahir Salahovun yaradıcılığı Azərbaycan dövləti və xalqı, dünyanın nüfuzlu beynəlxalq sənət ocaqları tərəfindən daim yüksək qiymətləndirilir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.06.2019
23.06.2019