Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Sönməzdir, əbədidir Heydər Əliyev"
Tarix: 13.12.2018 | Saat: 12:43:00
Bölmə:Sosial | çapa göndər

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalovun, rayonun idarə və təşkilat, ali və orta təhsil müəssisələrinin, veteran və gənclər təşkilatının, din xadimlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin, Milli Məclis üzvlərinin, elm və mədəniyyət xadimlərinin, KİV nümayəndələrinin, çoxsaylı qonaqların və Heydər Əliyevin ailə üzvlərinin iştirakı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ümummilli lider Heydər Əliyevin xatirəsinə hərs olunmuş “Sönməzdir, əbədidir Heydər Əliyev” adlı anım mərasimi keçirilib.

Səbail RİH-dən Hafta.az-a verilən məlumata görə, səhnədəki monitorda Ulu öndər Heydər Əliyevin portreti canlandırılıb. Xalq artisti Rauf Abdullayevin bədii rəhbəri və baş dirijoru olduğu Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin ifasında Qara Qarayevin “Matəm odası” səslənib. Orkestrin ifası zamanı ekranda Ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş video çarx nümayiş etdirilib.

Tədbirdə qeyd olunub ki, 15 il əvvəl dekabr ayında müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyev əbədiyyətə qovuşdu. O, xalqımızın yaddaşına əbədi həkk olunmuş dahi şəxsiyyətdir. Çox illər keçəcək, lakin çiçəklənən Azərbaycanın vətəndaşları müdrikliyi və sarsılmaz mətinliyi sayəsində Azərbaycanın gələcəyini təmin etmiş bu dahi insanı unutmayacaqlar. Əsası Heydər Əliyevin yorulmaz əməyi ilə qoyulmuş bu dayanıqlı inkişaf ölkə rəhbəri İlham Əliyevin sayəsində davam edir. Bu siyasəti son 15 ildə davam etdirən Prezident İlham Əliyev milli ənənələri və geosiyasi özəllikləri nəzərə alaraq ölkəni iqtisadi yetkinlikdən demokratik yetkinlik məkanına bacarıqla transformasiya edir.

XX əsrin 90-cı illərində Azərbaycanın dəf etdiyi çətin, lakin şərəfli yol yalnız Heydər Əliyevin fəaliyyəti sayəsində tarixi həqiqətə çevrildiyi kimi, XXI əsrin əvvəllərinin möhtəşəm uğurları da Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin yeritdiyi siyasətin parlaq təzahürüdür.

Tədbir Soltan Hacıbəyovun “Karvan” simfonik lövhələri ilə davam edib və Heydər Əliyevin gənclik illəri, ölkə rəhbəri kimi çalışdığı dövr, onun Azərbaycanın inkişafı və tərəqqisi üçün gördüyü işləri əks etdirən video-fotolar nümayiş olunub. Anım gecəsi Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” ilə başa çatıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.06.2019
18.06.2019