Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Birləşmiş Ərəb Əmirliklərində daha bir ünvanda Azərbaycan bayrağı dalğalandı
Tarix: 13.12.2018 | Saat: 13:22:00
Bölmə:Dünya | çapa göndər

Bu gün Birləşmiş Ərəb Əmirliklərində daha bir ünvanda Azərbaycan Respublikasının Dövlət bayrağı ucaldılıb.

 

Hafta.az yazır ki, Dubayın ən prestij rayonu olan Cümeyrada dünyaca məşhur Burj al Arab və Jumeirah Beach Hotel mehmanxanları ilə üzbəüz yerləşən TheMall ticarət mərkəzinin qarşısında dalğalanan Azərbaycan bayrağı hər bir azərbaycanlıda qürur yaratmaqla yanaşı, ölkəmizin BƏƏ-də daha çox tanıdılmasına xidmət edəcək. Bayrağın quraşdırıldığı premium sinif ticarət mərkəzi hesab olunan The Mall-da Azərbaycanın Əbu Dabidəki səfirliyi nəzdində fəaliyyət göstərən ticarət nümayəndəliyinin ofisi, ölkəmizin zəngin və BƏƏ sakinləri arasında sevilən mətbəxini təqdim edən restoran və kafe fəaliyyət göstərir.

Yaxın günlərdə Azərbaycan məhsullarının təbliği, marketinqi, topdan və pərakəndə satışı ilə məşğul olacaq mağazanın da açılması ilə Dubayda Azərbaycan Evi konsepti tamamlanmış olacaq və tam gücü ilə Azərbaycan məhsullarının BƏƏ bazarında artırılması istiqamətində fəaliyyət göstərəcək.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.01.2019
20.01.2019
19.01.2019