Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Ermənistan yeni sosial partlayışa hamilədir” – Bəhruz Quliyev
Tarix: 13.12.2018 | Saat: 14:06:00
Bölmə:Siyasət | çapa göndər

“Nikol Paşinyan küçə müxalifətinin lideri kimi hakimiyyətə gəldi. Onun ciddi siyasətçi kimi özünə siyasi imic qazanması demək olar ki, mümkün olmadı. Böyük qlobal tədbirlərdə özünü peşəkar siyasətçiyə xas şəkildə aparmaması, davranışı onun naşlığını ortya qoydu. Danışıqlar masası ətrafında belə anormal bəyanatlar verməsi onun dünya ictimaiyyətinin gözündə qeyri-ciddi siyasətçi simasını formalaşdırmış oldu. Yəni, Ermənistana rəhbərlik edən bir şəxs kimi öz imicini korladı”.

Bunu hafta.az-a açıqlamasında “Səs” Media Qrupunun təsiscisi və rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib. Ekspertin sözlərinə görə, Nikol Paşinyanın aprdığı siyasət, tutduğu mövqe nəinki ölkəsini düşdüyü vəziyyətdən çıxaracaq, əksinə, bir az da ağırlaşdıracaq: “Pis yönə sürükləyəcək. Faktiki olaraq, Ermənistandakı son parlament seçkilərində saxtakarlıq, seçkilərə Paşinyanın müdaxiləsi həm beynəlxalq müşahidəçilərin, eyni zamanda, sadə ermənilərin, eləcə də onun rəqiblərinin, tərəfdarlarının ciddi narazılığına səbəb olub. Hətta Rusiya prezidenti Vladimir Putin belə onu təbrik etməyə tələsmir. Böyük ölkələrin dövlət və hökumət nümayəndələri də onu qeyri-ciddi siyasətçi kimi qəbul edirlər. Seçkilərin nəticələrini saxtalaşdırdığı və bu cür “qələbə” qazandığına görə heç kəs ona reaksiya vermədi”.

Bəhruz Quliyevin fikrincə, Nikol Paşinyan regionda Rusiya faktını nəzərə almalıdır. Eyni zamanda, Azərbaycan və Türkiyə faktını da nəzərində saxlamalıdır. Yəni, qonşuluq siyasətini və Ermənistanın coğrafi mövqeyini diqqətdə saxlayaraq, özünün siyasətini qurmalı idi. Təəssüflər olsun ki, həm qonşuluq siyasətində dəyişiklik etmək niyyətini ortaya qoymur. Həm də Ermənistanın düşüdüyü ağır böhran vəziyyətinin köklərini araşdırıb gözdən keçirmir: “Paşinyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı anormal bəyanatları danışıqlar prosesini əngəlləyir. Ermənistanın hazırkı rəhbəri bəzi məqamlarda təhrik edir ki, Azərbaycan öz torpaqlarını müharibə yolu ilə azad etsin. Sözsüz ki, Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyi aydındır. Cənab Prezident də dəfələrlə qeyd edib ki, Dağlıq Qarabağ və işğal olunmuş ətraf rayonlar Azərbaycanın ayrılmaz hissəsidir. Ermənistan rəhbərliyi qoşunlarını işğal olunmuş torpaqlarımızdan geri çəkməlidir. Yəni, bizim mövqeyimiz göz qabağındadır. Bizim məqsədimiz hüquqi yolla torpaqlarımızı azad etməkdir. Çox təssüf ki, bu proses Ermənistanda ağır gedir. Paşinyan konstruktiv mövqe əvəzinə yenə də anormal, qəbul olunmayan bir mövqe sərgiləyir. Bu da Dağlıq Qarabağ münaqişənin uzanmasına və Azərbaycanın aqressiyasına səbəb olur. Paşinyan Qərbyönlü siyasət apardığını sərgiləməyə çalışır. Amma bəzi məqamlarda Qərbin özü onun siyasətini pisləyir. Qəbul etmir. Hətta bu yaxınlarda ABŞ-ın Ermənistandakı səfiri və bir sıra təşkilatları öz vətəndaşlarına Erminıstana getməməyı tövsiyyə etmişdi. Yəni, bu ölkə turistlər üçün təhlükəli dövlətlər siyahısındadır. Bu Qərbin Ermənistana inanmadığının göstəricisidir. Faktiki olaraq, seçkilərdən sonra Ermənistan super dövlətlərin qəzəbinə düçar olub”.

Politoloqun sözlərinə görə, Paşinyan özünün qonşuluq siyasətində ciddi dəyişikliklər aparmalıdır. Əks təqdirdə Ermənistan hazırkı durduğu yerdən də aşağı səviyyəyə düşəcək: “Yəni, Ermənistanı ağır nəticələr gözləyir. Erməni xalqı çox böyük problemlərlə qarşılaşa bilər. Bu gedişat Ermənistanda yenidən sosial partlayışa gətirib çıxara bilər. Yenidən Ermənistanda çevriliş ola bilər, bu da hakimiyyət dəyişikliyi deməkdir. Yəni, artıq bu gözləniləndir. Həm daxili və xarici siyasətdə uğursuzluq, həm də erməni xalqının artan narazılığı bunu zəruriləşdirir. Ekspertlərin proqnozları da, mənim də proqnozum belədir ki, Ermənistan yeni sosial partlayışa hamilədir və bu qaçılmaz olacaq”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.01.2019
15.01.2019