Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Paytaxtın Satira teatrında meyit tapıldı - GÜNÜN TƏZADLARI
Tarix: 13.12.2018 | Saat: 19:15:00
Bölmə:Günün təzadları | çapa göndər

Rusiya paytaxtı Moskvanın mərkəzində yerləşən Satira teatrının binasında meyit aşkar edildi. Hafta.az yazır ki, Trend-in məlumatına görə, bu barədə paytaxt hüquq-mühafizə orqanları xəbər yayıb. Polisin yaydığı məlumatda qeyd edilir ki, tapılan kişi meyitinin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Həmin şəxsin adı bilinməsə də, 1970-ci il təvəllüdlü olduğu qeyd edilib.


Rusiyalı ulduzlar Azərbaycan rəqsi oynadı


Rusiyalı ulduzlar Azərbaycanın Xalq artisti Emin Ağalarovun ad günündə Azərbaycan rəqsini oynadılar. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, müğənninin ad günü görüntüsü “Instagram” sosial şəbəkəsində yayılıb. Qeyd edək ki, Emin Ağalarov dekabrın 12-də ad günü şənliyini keçirib. Onun 39 yaşı tamam olub.


Moskva klubu “Real-Madrid”i darmadağın etdi


Madriddə UEFA Çempionlar Liqasının qrup mərhələsində sonuncu tur çərçivəsində baş tutan görüşdə sensasiya qeydə alındı. Hafta.az Oxu.az-a istinadla xəbər verir ki, Moskvanın MOİK klubunu qəbul edən “Real” böyük hesabla uduzub - 0:3. Qonaqların heyətində Fyodor Çalov (37), Georgi Şennikov (43) və Arnor Siqurdsson (73) fərqlənib. Lakin bu nəticə Moskva klubuna Avropa Liqasında mübarizəni davam etdirmək üçün yetərli olmayıb. Digər görüşdə isə “Viktoriya” (Plzen) öz meydanında “Roma”ya 2:1 hesabı ilə qalib gəlib.


Şaxta babalar küçədə əlbəyaxa oldu


Bu günlərdə Nyu-Yorkda tədbirə gedən bir neçə Şaxta babanın küçədə əlbəyaxa davaya çıxmasının görüntüləri yayıldı. Hafta.az Publika.az-a istinadla xəbər verir ki, xüsusi geyimdə olan şaxta babalardan birinə digərlərinin zarafat etməsi onu özündən çıxarıb və dava-dalaş salmağa başlayıb. Küçədən keçən digər şəxslər davanı sakitləşdirməyə çalışıblar.


Çimərlikdə hicablı xilasedicilər xidmətə başladı


Dubayın çimərliklərindən birində qadınların xilasetmə briqadası işə başladı. Hafta.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, briqadaya insanların boğulmadan xilas edilməsi zamanı ilk yardım kurslarında üç aylıq təlim keçmiş 11 qadın daxil edilib. Onlar üzməyi, ilk tibbi yardım göstərməyi, üzən xilasetmə vasitələrini idarə etməyi bacarır. Yaxın zamanlarda dəstənin sayının artırılacağı bildirilir. Layihə Qadın Polis Şurası və Dubay Polisi tərəfindən həyata keçirilir. Məqsəd qadınları BƏƏ-də bütün həyati sahələrdə fəaliyyətə cəlb etməkdir.

 

Bakıda eyvandan avtomobilin üzərinə nəcis dolu torba atıldı 

Paytaxtda eyvandan yerə atılan zibil paketi həyətdə dayanmış avtomobilə zərər vurdu. Hafta.az yazır ki, bu haqda Xezerxeber.az xəbər yayıb. Qum və heyvan nəcisi ilə dolu olan sellofan torba avtomobilin arxa şüşəsini qırıb. Olay çərşənbə günü axşam saatlarında paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi 31C ünvanında hündürmərtəbəli binanın həyətində baş verib. Zərərçəkmiş Rövşən Əhmədov deyir ki, axşam saatlarında həmin ünvandakı obyektlərdən birinə gəlib. Təxminən 20 dəqiqə sonra çıxdıqda avtomobilinə zərər dəydiyini görüb. Xoşbəxtlikdən hadisə baş verən zaman ərazidə heç kim olmayıb. Əraziyə Nəsimi rayon 19-cu polis şöbəsinin əməkdaşları gələrək baxış keçiriblər. Sığorta ekspertizasının hesablamasına görə, Rövşən Əhmədova təxminən 1500 manat məbləğində ziyan dəyib. Rövşən Əhmədov deyir ki, avtomobilinin könüllü sığortası var və həmin şirkət dəymiş zərəri qarşılayacaq. Məsuliyyətsizlik edib zibili yuxarı mərtəbədən atan şəxsin tapılması istiqamətində 19-cu polis şöbəsinin əməkdaşları axtarış aparır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.01.2019
20.01.2019
19.01.2019