Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Həftənin “milyonçusu” - HƏFTƏ REYTİNQ
Tarix: 14.12.2018 | Saat: 18:15:00
Bölmə:Həftə-Reytinq | çapa göndər

ASDP sədri, Milli Məclisin deputatı Araz Əlizadənin 2015-ci ilin parlament seçkiləri öncəsi seçki təbliğatını aparmaq üçün Rusiya prezidenti yanında Millətlər Şurasının üzvü, azərbaycanlı oliqarx Söyün Sadıqovdan 1 milyon dollar pul istəməsi haqda xəbərlər yayıldı. Bu barədə Söyün Sadıqov özü bəzi saytlara məlumat verib: “2015-ci ilin parlament seçkiləri ərəfəsi idi. Araz Əlizadə ortaq tanışımız olan Vaqif adlı kiçik iş adamının vasitəsilə mənimlə görüşdü və xahiş etdi ki, onun seçki hazırlıqlarına sponsorluq edim və ona 1 milyon pul verim. Əvəzində isə Araz Əlizadə mənim fəaliyyətimlə bağlı geniş təbliğat işi aparacağını vəd etdi. Mən isə bununla qəti razı olmadım.”. S.Sadıqov bildirib ki, indi Araz Əlizadənin onun və “Milyonerlər ittifaqı" kimi tanınan şəxslərin əleyhinə danışması məhz buradan qaynaqlanır. 

Araz Əlizadə isə bunları bildirib:“ Əvvəla, onu deyim ki, 2013-ci ildə “Milyarderlər ittifaqı” yaradılanda mən onları tənqid etmişəm və onları xalqı sevməyən məxluqlar adlandırmışam. Onların Azərbaycanda yaratdıqları Milli Şuranı isə “milli şurik”lər adlandırmışam. Belə olan halda mən necə ola bilər ki, 2015-ci ildə Söyün Sadıqova müraciət edim ki, mənə pul lazımdır? Ən qəribəsi odur ki, mənim Vaqif adlı nə kiçik, nə böyük iş adamı tanışım var. Mənim bir dənə Vaqif adlı tanışım var, bizim partiyanın üzvüdür, yazığın gözləri çox pis görür, vaxtaşırı ona kömək edirəm. Ən əsası da mən 2013-cü ildən bu yana Moskvada olmamışam”.

 

Həftənin “şair məmuru”

Baş nazirin müavini Hacıbala Abutalıbov mərhum prezident Heydər Əliyevin vəfatının 15-ci ildönümündə şeir deməklə yadda qaldı. “Real TV”-nin ötən çərşənbə dövlət rəsmilərinin Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət etmələri mərasimindən yayımladığı reportajda Baş nazir müavini Hacıbala Abutalıbovun mərhum ölkə liderini şeirlə andığı görünür.


Həftənin “qohumbaz demokratı”

Ermənistanda dünən keçirilən növbədənkənar parlament seçkilərinin yekunlarına əsasən Nikol Paşinyanın yaxın qohumları da deputat mandatı əldə etdi. Məlumata görə, Paşinyanın qardaşı oğlu Sipan Paşinyan Tavuş bölgəsində 17155 səs toplayaraq parlamentdə təmsil olunmağa haqq qazanıb. Paşinyanın qaynı Qraç Akopyan isə 8920 səslə yeni parlamentin üzvləri arasında yer alacaq.

 

Həftənin “Qarabağpərəst müsəlmanı”

"İndoneziya Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və qəti şəkildə dəstəkləyir". Bunu jurnalistlərlə görüşü zamanı İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bey Fənani bildirdi. "Bu məsələdə haqq-ədalət təcavüzə üstün gələcək. Qarabağ və Ermənistanın işğal etdiyi yeddi rayon yalnız Azərbaycana, onun xalqına məxsusdur. Artıq bu işğala son qoyulmalıdır”, - deyə o vurğulayıb.
İndoneziyanın Azərbaycanla yüksək səviyyədə əməkdaşlıq əlaqələrinin olduğunu deyən səfir bu əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyini diqqətə çatdırıb.


Həftənin “kürəkənsevər demokratı”

ABŞ prezidenti Donald Trampın Ağ Ev aparatının rəhbəri postuna düşündüyü isimlərdən biri də öz kürəkəni, qızı İvanka Trampın əri Cared Kuşner olduğu bilindi. Kuşner özünün bu vəzifəyə təyin olunmasında olduqca israrçı davranır və qayınatasına yalnız özünün bu vəzifəyə yararlı olduğu söyləyir. Əsas arqument olaraq isə cinayət qanunvericiliyi sistemində islahatlar aparılması üzərində apardığı çalışmaları göstərir. Bundan başqa, prezidentin kürəkəni Trampa olduqca aqressiv münasibət göstərən müxalifətdəki Demokrat partiyasının nümayəndələri ilə də işləyə biləcəyini söyləyib. Bəzi mənbələrin verdiyi informasiyaya əsasən, Cared Kuşner və Donald Tramp bununla bağlı dekabrın 13-də görüşüblər. Hazırda Ağ Evin aparatının rəhbəri general Con Kellidir. Lakin Tramp artıq onun ilin sonuna qədər vəzifəsindən gedəcəyini açıqlayıb. Kellinin yerinə düşünülən, vitse-prezident Maykl Pensin administrasiyasının rəhbəri Nik Ayers prezidentin təklifindən imtina edib.

 

Həftənin “müsəlman çempionu”


Malayziyada keçirilən mental riyaziyyat üzrə dünya yarışmasında(UCMAS) iştirak edən 12 yaşlı müsəlman övladı Məhəmməd Kagirov qalib gəldi. Çempionata 80 ölkədən 12 min nəfərdən çox şagird qatılıb. Yarışmanın yekunlarına görə, dağıstanlı oğlan ən yaxşı nəticə göstərib və mental riyaziyyat üzrə dünya çempionu olub. Məhəmməd Kağirov Mahaçqala şəhərində anadan olub. 2017-ci ildə Moskva şəhərində keçirilmiş mental riyaziyyat üzrə Ümumrusiya çempionatında, 2018-ci ildə isə Qroznı şəhərində Şimali Qafqaz üzrə yarışmada qızıl medal qazanıb.

 

Həftənin “satira tənqidçisi”


Xalq artisti, “Planet Parni İz Baku” komandasının bədii rəhbəri Tahir İmanov aparıcı Murad Arifin təqdimatında olan “Popumuz var” verilişinin qonağı qismində “Bu şəhərdə” komandası haqda tənqidi fikirlərini səsləndirdi. “Öncə onu deyim ki, Rafael İsgəndərov müasir dövrün ən istedadlı komiklərindəndir. Lakin “Bu şəhərdə” konsertləri müəyyən çərçivədədir. Onların konsertlərində ciddi satira və tənqid yoxdur. Çox gülməli və məzəli səhnəciklər nümayiş etdirsələr də, satiraları iti deyil. Bu onların seçimidir və hörmətlə yanaşıram...”.

 

Həftənin “vəzifəlisi”


Tanınmış şair, professor Vüqar Əhmədə vəzifə verildi. Şair AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun mətbuat tarixi və publisistika şöbəsinin müdiri təyin olunub. Bu barədə institutun direktoru, akademik İsa Həbibbəyli əmr imzalayıb. Qeyd edək ki, V.Əhməd iyirmidən artıq kitabın müəllifidir.


Həftənin “paraşütçüsü”


102 yaşlı avstraliyalı nənə İrina Oşi növbəti dəfə paraşütlə tullandı. Onun paraşütlə tullanmasının məqsədi hərəki neyronlar xəstəliyi haqqında cəmiyyətin diqqətini cəlb etmək olub. Hansı ki, qızı da bu xəstəlikdən dünyasını dəyişib. Bu, 102 yaşlı nənənin 3 dəfə paraşütlə atlanmasıdır. O, bundan öncə 100, 101 yaşlarında da paraşütlə tullanıb. Sonuncu dəfə paraşütlə tullanması ilə bağlı təəssüratını bölüşən 102 yaşı İren deyib ki, əvvəlkilərdən elə də fərqli olmadı: “Mən özümü əvvəlkilər kimi normal hiss etdim”. İren paraşutdan tullanmaqla cəmiyyəti hərəki neyron xəstəliyini məlumatlandırmaqla yanaşı, bu sahədə tədqiqat prosesində iştirak etməklə pul qazanır. Onun 67 yaşlı qızı Şelu Fitçxenri bu xəstəlikdən dünyasını dəyişib. Bu xəstəliyə tibbdə daha çox yan amiotrofiya skleroz deyilir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.01.2019
15.01.2019