Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Putin Yeltsini parodiya etdi - GÜNÜN TƏZADLARI
Tarix: 14.12.2018 | Saat: 19:30:00
Bölmə:Günün təzadları | çapa göndər

Rusiya prezidenti Vladimir Putin “Proyektoriya” forumunda çıxışı zamanı ölkənin ilk prezidenti Boris Yeltsinlə bağlı xatirəsini bölüşdü. Hafta.az “Dəyərlər” nəşrinə istinadla xəbər verir ki, Putin Yeltsinin ona prezident olmaqla bağlı təklifindən danışıb: “Boris Yeltsin məni yanına çağırdı və dedi: “Sizin namizədliyinizi Dövlət Dumasında irəli sürmək istəyirəm. Əvvəlcə baş nazir olmaq, daha sonra isə prezident seçkilərinə qatılmaq üçün. Razısınız?”. Dedim: “Yox””. Putin Yeltsinin özünəməxsus insan olduğunu deyərək onu parodiya edib: “Nəyə görə”, – deyə soruşdu. Cavab verdim ki, hələ hazır deyiləm”. Putin daha sonra forum iştirakçılarına müraciət edərək daha tez uğura nail olmaq üçün həyatda arzuladıqları işi əvvəlcədən müəyyən etməyi məsləhət görüb.


ABŞ Senatı prezident Trampı danladı


ABŞ Senatında Səudiyyə Ərəbistanına qarşı səsvermə zamanı prezident Donald Tramp jurnalist Camal Qaşıqçının qətlinə reaksiyasına görə məzəmmət edildi. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, “The Associated Press” agentliyi Senatda səsə qoyulan qətnamələrin simvolik xarakter daşıdığını yazır. Onlara Nümayəndələr Palatasında baxılacağı bəlli deyil. Senatorların addımı onların Tramp administrasiyasının xarici siyasəti, Səudiyyə Ərəbistanı ilə münasibətlərə nəzarəti ələ almaq istəyini göstərir. Qətnamələrin birində Birləşmiş Ştatların Yəməndəki müharibədə Səudiyyə Ərəbistanına yardımı dayandırması tövsiyə olunur. Digər sənəddə isə Qaşıqçının İstanbuldakı konsulluqda qətlinə görə məsuliyyət tamamilə vəliəhd şahzadə Məhəmməd bin Salmanın üzərinə qoyulur. Tramp administrasiyası hər iki sənədə qarşı çıxırdı, onlara prezidentin veto qoyacağı bildirilirdi.
“Səudiyyə Ərəbistanı ilə indiki münasibət alınmır”, – Yəmən qətnaməsinə qarşı çıxan senator Lindsey Qraham deyib. O, vəliəhd şahzadənin jurnalistin ölümündən sonra “o qədər ləkələndiyini” vurğulayıb ki, “durum dəyişməyincə, Birləşmiş Ştatlar Senatı ilə münasibətiniz ola bilməz”.


Arvadı Maradonanı evindən qovdu


Argentina millisinin sabiq hücumcusu Diyeqo Maradona Buenos Ayresdəki evini tərk etmək məcburiyyətində qaldı. Hafta.az-ın Oxu.az-a istinadla verdiyi xəbərdə deyilir ki, buna səbəb onun sevgilisi Rosio Oliva ilə mübahisə etməsi olub. Argentinalı jurnalist Lio Pekoraro bildirib ki, mübahisə 28 yaşlı Olivanın 58 yaşlı Maradonanı öz evindən qovması ilə nəticələnib. Ehtimal olunur ki, mübahisəyə səbəb qadının Meksikaya köçmək istəməməsi olub. Qeyd edək ki, hazırda Maradona Meksikanın “Dorados” klubunda çalışır.


Ağstafada 63 illik avtomobili sahibi fantastik qiymətə də satmadı


Ağstafa şəhərinin küçələrində şütüyən 63 illik avtomobilin hər kəsin marağına səbəb olması haqda reportaj yayımlandı. Hafta.az xəbər verir ki, bu verilişi “Xəzər” TV hazırlayıb. Rusiya istehsalı olan “Pobeda Qaz M-20” Ağstafa sakini İsbəndiyar Mehdiyevə məxsusdur. O, nəqliyyat vasitəsinə 46 ildir qulluq edir. Avtomobilin sahibi deyir ki, maşının hər hansı bir detalı dəyişməyib. Sürücü ilə birlikdə beş nəfər sərnişin tutumuna malik olan avtomobil yüz kilometrə 9 litr yanacaq sərf edir. Ötürücü qutusu arxa ilə birlikdə dördpilləlidir və saatda 140 km sürətlə gedir. Sahibi bu maşınla bir neçə dəfə xarici ölkələrə gedib-gəldiyini deyir.
Avtomobilinin sükanını özündən başqa heç kimə verməyən İsbəndiyar Mehdiyev deyir ki, bu maşına 50 min manat pul və bir neçə xarici ölkə istehsalı olan avtomobil də təklif edilib. Amma onu satmaq fikrində deyil.


Ölümündən öncə 1000 nəfərlik vida məclisi təşkil etdi


80 yaşındakı Satoru Anzaki adlı yapon iş adamı xərçəngə tutulduğunu öyrənəndən sonra dərmandan istifadəni rədd edərək, yaxınlarına təşəkkür etmək üçün bir vida məclisi təşkil etdi. Anzakidə keçirilən məclisdə aralarında dostları, iş ortaqları, məktəb yoldaşları və işçilərinin də olduğu 1000 nəfəri dəvət edib. Yapon iş adamı məclis üçün paytaxt Tokiodakı bir hotelin salonunu kirayə götürüb və salonu yığdığı xatirələrlə doldurub. Satoru Anzaki partidən sonra verdiyi açıqlamada bunları deyib: “Həyatım boyu tanış olduğum insanlara təşəkkür edirəm”, – deyə bildiyim üçün xoşbəxtəm. Qalan zamanımı mümkün olduqca keyfiyyətli bir şəkildə keçirə bilmək üçün müalicədən keçməməyə qərar verdim. Xəstəliyin yan təsirləri olduqca böyükdür.
Anzaki məclisdəki atmosferin melanxolik bir havaya bürünməməsi üçün məmləkəti Tokuşimadan bir rəqs qrupu da çağırıb. Yapon mediasına görə, Anzaki minnətdarlığını göstərə bilmək üçün partidə mümkün qədər çox adamla əl sıxışmağa çalışıb. Keçmiş bir şirkət işçisi isə onun haqqında bunları deyib: “Çox əyləncəli bir parti idi. Mən də xəstəlikdən əziyyət çəkirəm və bu parti sayəsində qalan həyatımı necə yaşaya biləcəyimi yenidən düşünməyə başladım”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.01.2019
17.01.2019