Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bakıda SSRİ nazirlərinin avtomobili satışa çıxarıldı - VİDEO
Tarix: 16.12.2018 | Saat: 22:09:00
Bölmə:Maraqlı Video | çapa göndər

Bakıda bir vaxtlar SSRİ-nin iki nazirinin istifadəsində olmuş antikvar avtomobil satılır. Sovet dövrünün ən uzun müddətli xarici işlər naziri olmuş Andrey Qromikonun avtomobili sonradan onun xələfi Eduard Şevardnadzeyə keçir. İllər keçdikdən sonra isə həmin avtomobili Bakı sakini alaraq özündə saxlayır. Hazırda isə avtomobilin sahibi Emin Məmmədov sürməyə və qulluq etməyə vaxtı olmadığından öz antikvar "Çayka"sını satir.

Hafta.az-ın xezerxeber.az-a istinadən məlumatına görə, maşında mini bar, televizor, kamera, kondisoner mövcuddur. 40-a yaxın yaşı olan avtomobildə rahatlıq üçün demək olar ki, bütün imkanlar var.

"Çayka" 12 ilə yaxındır ki, Bakı sakini Emin Nəbiyevdədir.

Emin Nəbiyev antikvar avtomobili auksion vasitəsi ilə Rusiyadan alıb. Aldıqdan sonra interyerində və bəzi hissələrində dəyişiklik edərək avtomobili zavod istehsalından da yaxşı vəziyyətə gətirib.

Avtomobil texniki götəricilərinə görə də müasir avtomobillərdən heç də geri qalmır. Avtomat transmissiyalı mühərrik 8 silindirə malikdir.

Emin Nəbiyev deyir ki, avtomobili satmasının əsas səbəbi onu sürməyə və qulluq etməyə vaxtının olmamasıdır. O, avtomobili retro maşınlara marağı olan şəxsə satmaq istəyir.

Qeyd edək ki, "QAZ-14" markalı avtomobildən cəmi 1114 ədəd istehsal olunub. Hazırda isə Azərbaycanda bu modelin sayı 10-dan çox deyil.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.02.2019
21.02.2019