Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələ diqqət mərkəzindədir”
Tarix: 17.12.2018 | Saat: 14:45:00
Bölmə:Siyasət | çapa göndər

“Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Kəlbəcər rayonunda ata-analarının qəbirlərini ziyarət edərkən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələ diqqət mərkəzindədir". 

Hafta.az "Report"a xəbər verir ki, bunu Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib. 

Onun sözlərinə görə, bütün yeniliklər tərəfimizdən izlənilir, lazımi tədbirlər görülür, onların ailə üzvləri ilə mütəmadi əlaqələr saxlanılır:

“Girovların taleyi bizim üçün çox əhəmiyyətlidir. Bu, böyük bir qanunsuzluq, haqsızlıqdır. Biz bütün beynəlxalq tədbirlərdə bu mövzunu qaldırırıq, qaldıracağıq da. Hesab edirik ki, öz torpağında, vətənində heç kəs haqsızlıqla qarşılaşmamalıdır. Beynəlxalq təşkilatlar bu məsələni diqqət mərkəzində saxlamalıdır, ikili standartlara yol verməməlidirlər. Yəni başqa bir ölkədə belə bir haqsızlıq baş verərsə, bütün beynəlxalq təşkilatlar bunu diqqət mərkəzində saxlayarlar”. 

Kollegiyanın sədri bildirib ki, gecə-gündüz qarayaxma ilə məşğul olanlar qətiyyən bu mövzunu gündəmə gətirmirlər:

“Sual olunur: nə üçün? Nəyə görə Azərbaycan xalqını, dövlətini ən çox narahat edən problem bəzi insanların marağında deyil? Məsələ bəsit və sadədir... Həmin şəxslər xaricdən idarə olunurlar və onlara belə bir tapşırıq verilməyib. Təəssüf edirik ki, Azərbaycana qarşı qarayaxma ilə məşğul olan şəxslər qətiyyən bu mövzuya toxunmurlar”. 

A.Bağırov vurğulayıb ki, girovların dəyişdirilməsi ilə bağlı ermənilərin tutarlı cavabı yoxdur

: “Onların məqsədi vaxt uzatmaqdır. Əminəm ki, onlar bütün məsələlərdə bu taktikadan istifadə edirlər. Amma bu, uzun sürə bilməz. Çünki hər şeyin gec-tez sonu olmalıdır. Avropa Məhkəməsi bəzi işlərdə olduğu kimi, bu işə də təxirə salmadan baxmalıdır. Onlar ikili standartlara yol verməməli, ədalət bərpa olunmalı, girovlarımız azadlığa buraxılmalıdır”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.02.2019
23.02.2019
22.02.2019