Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bakıda SSRİ XİN başçısının avtomobilinin satıldığı bilindi - GÜNÜN TƏZADLARI
Tarix: 17.12.2018 | Saat: 19:00:00
Bölmə:Günün təzadları | çapa göndər

Bakıda bir vaxtlar SSRİ-nin iki nazirinin istifadəsində olmuş antikvar avtomobilin satıldığı bəlli oldu. Sovet dövrünün ən uzunmüddətli xarici işlər naziri olmuş Andrey Qromıkonun avtomobili sonradan onun xələfi Eduard Şevardnadzeyə keçir. İllər keçdikdən sonra isə həmin avtomobili Bakı sakini alaraq özündə saxlayır. Hazırda 12 ilə yaxındır ki, avtomobilin sahibi olan Emin Nəbiyev sürməyə və qulluq etməyə vaxtı olmadığından, öz antikvar "Çayka"sını satir. 

Hafta.az-ın xezerxeber.az-a istinadla məlumatına görə, maşında mini-bar, televizor, kamera, kondisioner mövcuddur. 40-a yaxın yaşı olan avtomobildə rahatlıq üçün, demək olar ki, bütün imkanlar var.
Emin Nəbiyev antikvar avtomobili auksion vasitəsilə Rusiyadan alıb. Aldıqdan sonra interyerində və bəzi hissələrində dəyişiklik edərək avtomobili zavod istehsalından yaxşı vəziyyətə gətirib. Avtomobil texniki götəricilərinə görə də müasir avtomobillərdən geri qalmır. Avtomat transmissiyalı mühərriki 8 silindirə malikdir.
Qeyd edək ki, "QAZ-14" markalı avtomobildən cəmi 1 114 ədəd istehsal olunub. Hazırda isə Azərbaycanda bu modelin sayı 10-dan çox deyil.


Gömrükçülərimiz avtomobilin benzin çənində “vzrıvpaket” aşkarladı


Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunun idxal gömrük nəzarəti xəttində Gürcüstan istiqamətindən gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Opel Vectra" markalı avtomobil Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında saxlanılıb və nəqliyyat vasitəsinə gömrük baxışı keçirildi. Hafta.az xəbər verir ki, yoxlama zamanı avtomobilin benzin çəninin içərisində gizlədilən, üzərində "Mega Black Devil" yazıları olan 560 ədəd və üzərində "Piccolo Corsar" yazıları olan 840 ədəd pirotexniki vasitələr aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.


Cəbhə xəttinə yaxın rayonda torpaq üstündə dava oldu


Bərdə rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən kütləvi dava oldu. Hafta.az yazır ki, "Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə Kələntərli kəndində qeydə alınıb. İki qonşu arasında torpaq üstündə baş verən kütləvi dava zamanı 3 nəfər - 38 yaşlı Cəfərov Elsəvər Qıyas oğlu, 1976-cı il təvəllüdlü Quliyeva İlhamə Qurban qızı və 1985-ci il təvəllüdlü Cəfərquliyev Xəyyam Qurban oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya Şöbəsinə yerləşdirilib. Onların hər üçünün vəziyyəti orta ağırdır. Fakt bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.
Xatırladaq ki, bir neçə gün əvvəl də Bərdədə kütləvi dava olub, 4 nəfər bıçaqlanıb.


Qaxda qayınata avtomobillə kürəkənini vurdu


Qax sakinini avtomobil vurdu. Hafta.az yazır ki, "Report"un Şimal-qərb bürosunun məlumatına görə, rayonun Turaclı kənd sakini 1978-ci il təvəllüdlü Rəşad Feyzulla oğlu Ramazanov bazar günü axşam saatlarında Qax rayon Mərkəzi Xəstəxanasına bədən xəsarətləri ilə daxil olub. Müayinə zamanı yaralıya qarının sağ yarısının küt zədəsi diaqnozu qoyulub. Məlum olub ki, hadisə 40 yaşlı R.Ramazanov kənd ərazisində avtomobil təmir edərkən baş verib. Onu qayınatası idarə etdiyi avtomobillə ehtiyatsızlıqdan vurub.


Yüz minlərlə insan heykəlin qarşısında ağladı


Ötən gün Şimali Koreyada Kim Conqun atası, sabiq lider Kim Con İlin ölümünün yeddinci ildönümündə ölkə səviyyəsində anım tədbirləri keçirildi. Hafta.az Musavat.com-a istinadla bildirir ki, anım tədbirlərinin əsas ünvanı paytaxt Pxenyan olub. Güclü qarın yağması, havanın soyuq olmasına baxmayaraq Şimali Koreya xalqı sabiq liderlərini anmaq üçün onun heykəllərinin qarşısına toplanıb. İnsanlar heykəllərin qarşısında ağlayaraq baş əyiblər. Məlumata görə, anım tədbirləri bu gün də davam edəcək. Qeyd edək ki, Kim Conq İl Şimali Koreyanın nüvə və silah cəbhəsi yaradan ilk lider olub. Onun ölümündən sonra yerini oğlu Kim Conq tutub.


Polis polkovnikinin qardaşı oğlu oğurlandı


Ermənistanın paytaxtı İrəvanın Ərəbkir rayonunda Ovannes Xmelyan adlı 23 yaşlı şəxsin oğurlanmasında şübhəli bilinən 4 nəfər saxlanıldı. Hafta.az Musavat.com-a istinadla yazır ki, Ermənistan mətbuatının verdiyi xəbərə görə, dekabrın 12-də, 23:30 radələrində 4 nəfər Ovannes Xmelyanı tapança ilə hədələməklə zorla “Mersedes” markalı avtomobilə mindirib qaçıraraq onu Kanaker rayonuna aparıblar. Medianın verdiyi informasiyaya əsasən, Ovannes Xmelyan Armavir vilayətinin polis rəisi, polkovnik Samvel Xmelyanın qardaşı oğludur.
Ovannes Xmelyanın adı hansısa məhkəmə işində şahid kimi gedirmiş. Mətbuat bunu İrəvanın Tiqranyan küçəsindəki atışma ilə əlaqələndirib. Həmin atışmada iki nəfərin yaralandığı bildirilir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.03.2019
20.03.2019
19.03.2019