Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Prezidentin kürəkəni istefa verdi - GÜNÜN TƏZADLARI
Tarix: 18.12.2018 | Saat: 20:00:00
Bölmə:Günün təzadları | çapa göndər

İran prezidenti Həsən Ruhaninin kürəkəni Kambiz Mehdizadə vəzifəsindən istefa verdi. Hafta.az Oxu.az-a istinadla xəbər verir ki, iki gün əvvəl İranın Geoloji kəşfiyyat xidmətinin rəhbəri vəzifəsinə təyin olunan K. Mehdizadənin qərarı hamı üçün gözlənilməz olub. 30 yaşlı K.Mehdizadə bu ilin avqust ayında H.Ruhaninin qızı ilə evlənib. Bildirilir ki, prezidentin kürəkəni bəzi deputatların sosial şəbəkələrdəki tənqidi fikirlərindən sonra bu addımı atıb.


Xətaidə iki yaşlı qızcığazın müalicəsi üçün yığılmış pul oğurlandı


Azərbaycanda əzələ əriməsi ("spinal muscular atrophy”) xəstəliyindən əziyyət çəkən Bakı şəhər sakini, 2 yaşlı Nərgiz Məmmədovanın müalicəsi üçün yığılan pullar naməlum şəxs (və ya şəxslər) tərəfindən oğurlandı. Hafta.az Moderator.az-a istinadla yazır ki, bu barədə Nərgizin anası Könül Məmmədova məlumat verib. O bildirib ki, hadisə Bakının Xətai rayonu, Gəncə prospekti ev 67, mənzil 21 ünvanında qeydə alınıb. “Nərgizin əməliyyatı üçün bank hesabı ilə yanaşı, bəzi şəxslər evimizə gələrək maddi yardımlar göstərirdilər. Təxminən, 20 min manata yaxın pul yığılmışdı. Həmin pulu yaxın günlər ərzində bank hesabına köçürəcəkdik. Biz evdə yox idik. Evə gələndə gördük ki, pəncərə açıqdır. Pulları götürüb qaçıblar. İki ədəd 10 manatlıq əskinas isə oğurlanmış pulların arasından yerə səpələnib.. Dərhal bu barədə polis əməkdaşlarına məlumat verdik. İnsan hansı vicdanın sahibi olmalıdır ki, ağır xəstəlikdən əziyyət çəkən iki yaşlı körpənin əməliyyatı üçün yığılan pulları oğurlasın. Mətbuatdan da məsələyə biganə qalmamağı xahiş edirik”.


Bakıda “Audi” avtomobili “Bravo” supermarketinə girdi


Ötən ay açılışı olmuş və “Koroğlu” metrostansiyasının yaxınlığında yerləşən “Bravo” supermarketinin həyətində qəza baş verdi. Hafta.az yazır ki, bu haqda “Qafqazinfo” xəbər yayıb. “Audi” markalı avtomobilin sürücüsü idarəetməni itirərək marketin şüşə divarına çırpılıb və maşının ön hissəsi obyektin içinə daxil olub. Saytın əməkdaşları marketlər şəbəkəsinin adıçəkilən mağazasına baş çəkiblər. Məlum olub ki, qəza baş verən hissənin təmir işləri aparılır.


Milyonçu pullarını binanın damından səpələdi


Çində indiyədək görünməmiş hadisə baş verdi. Hafta.az Azvision.az-a istinadla xəbər verir ki, 24 yaşlı milyonçu Vonq Çinq Kit binalardan birinin damına çıxaraq küçəyə dollar (Honq Konq dolları) səpələyib. Ətrafdakı insanlar yerə tökülən pulları yığmağa başlayıb. Məsələdən xəbər tutan polis əməkdaşları əraziyə gəliblər. Onlar əsaslı səbəb olmadan kripto-milyoner kimi tanınan gənci saxlayaraq polis idarəsinə aparıblar.


Timsahın qarnından balıqçı və gənc qızın qalıqları çıxarıldı


Zambiyada adamyeyən timsah məhv edildi. Hafta.az yazır ki, “Trend”-in məlumatına görə, ölkənin şimalındakı Luapula əyalətində yerli sakinlər timsahla bağlı yerli orqanlara şikayət edib. Timsah məhv edildikdən sonra mədəsindən bir neçə gün əvvəl onun qurbanı olmuş gənc qızın qalıqları tapılıb. Bundan başqa, timsahın mədəsində balıqçı olduğu ehtimal edilən şəxsin də parçaları aşkar edilib.


Sərnişin qumbaraatanı taksidə unutdu


Ukraynanın Dnepropetrovsk vilayətinin Nikopol şəhərində taksi sürücüsü avtomobilin arxa oturacağında sərnişinlərdən birinin unutduğu kisəni aşkarladı. Hafta.az yazır ki, Musavat.com bu haqda Ukrayna Milli Polisinin rəsmi saytına istinadla xəbər verir. Hüquq-mühafizə orqanları əməkdaşları kisədən qumbaraatan tapıblar. “Baxış zamanı polis əməkdaşları içində “RPQ-22” əl qumbaraatanının olduğu torbanı müsadirə edib” - deyə polis idarəsinin yazılı bəyanatında deyilir. Silahı taksidə tərk etmiş müştərinin kimliyi artıq müəyyən edilib. Həmin şəxsin əvvəllər məhkumluğu olan 50 yaşlı şəhər sakini olduğu öyrənilib.
Yaxın zamanda onunla bağlı hansı qətimkan tədbirinin seçiləyi məlum olacaq. Müsadirə olunmuş silah məhkəmə ekspertizasına göndərilib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.03.2019
20.03.2019
19.03.2019