Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
72 əlil Naxçıvandakı müalicə müəssisələrinə göndərilib
Tarix: 18.12.2018 | Saat: 23:58:00
Bölmə:Sosial | çapa göndər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 72 nəfər əlilliyi olan şəxs Naxçıvan MR-dəki müalicə müəssisələrinə göndərilib.

Nazirlikdən hafta.az-a verilən məlumata görə, onlar Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınıblar.

Əlilliyi olan şəxslərin sağlamlıqlarının bərpasına, reabilitasiyasına xidmət edən işlər ildən-ilə güclənir. Fiziki məhdudiyyətli vətəndaşların sanator-kurort yollayışları ilə təminatı da həyata keçirilməkdədir.

Yola salınan şəxslərin 22 nəfəri “Duzdağ” Fizioterapiya mərkəzində, 29 nəfəri Darıdağ Arsenli Su Müalicəxanasında, qalan 21 nəfəri isə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində 10 gün müddətində müalicə kursu keçəcəklər.

Bu ayın əvvəlindən artıq 117 nəfər əlilliyi olan şəxsin Naxçıvan MR-dəki müalicə müəssisələrində müalicə kursu keçmələri təşkil edilib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.02.2019
23.02.2019
22.02.2019