Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Məhkəmə dilənçiliyi qadağan etdi - GÜNÜN TƏZADLARI
Tarix: 19.12.2018 | Saat: 19:00:00
Bölmə:Günün təzadları | çapa göndər

İsveçdə məhkəmə ölkənin cənubundakı Vellinge şəhərində pul dilənməyi qadağan etdi. Hafta.az yazır ki, “Trend”in məlumatına görə, bu qərar dilənçilər tərəfindən bir neçə dəfə ictimai asayişin pozulması ilə əlaqədar qəbul edilib. Eyni zamanda, hüquq müdafiəçiləri məhkəmənin bu qərarını tənqid edib. Onların fikrincə, bu, ən yoxsul insanların cəmiyyətdən daha da təcrid olunmasına gətirib çıxaracaq. Qeyd edək ki, dilənçiliyə qadağa Danimarka ərazisində qüvvədədir.


Maaşlarının ödənilməməsinə görə qubernatorun arvadını girov götürdülər


Meksikanın Vilyaeroms şəhərində uşaq xəstəxanasının işçilərinin ödənilməyən əmək haqlarının ödənilməsi tələbi ilə keçirdikləri etiraz aksiyasının ardınca şəhərin qubenatorunun arvadını girov götürdülər. Hafta.az yazır ki, “Trend”in məlumatına görə, qubernatorun həyat yoldaşı 6 saat girov qalıb. O, yerli polis qüvvələri tərəfindən etirazçıların əlindən azad edilib, heç bir xəsarət almayıb. Etirazçıların, həmçinin prokurorluğun iki avtomobilinin şüşələrini sındırdıqları bildirilir.
Məlumata görə, etiraz edən tibbi müəssisənin işçilərinə ödəniləcək məbləğ 200 milyon pesodan (10 milyon dollar) çoxdur.


Sumqayıtda məscidin nəzir qutusunu yaran saxlanıldı


Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Sumqayıt şəhərində ayrı-ayrı vaxtlarda oğurluqlar etməkdə şübhəli bilinən şəxs saxlanıldı. Hafta.az yazır ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 6-cı mikrorayon ərazisindəki “Cümə” məscidinin qarşısındakı nəzir qutusundan pul, 1 şirniyyat sexindən sərinləşdirici içkilər, 1 köşkdən tütün məmulatı və 1 evdən geyim əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini Telman Cəbrayılov saxlanılıb. Araşdırmalarla onun əvvəllər fahişəliyə cəlb etmə, oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunduğu müəyyən edilib.


Baş nazir istefa verdi


Belçika Parlamentində çıxışı zamanı istefa verəcəyini açıqlayan Baş nazir Şarl Mişel istefa ərizəsini Kral Flippeyə təqdim etdi. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə Belçika Krallığının rəsmi “Tvitter” hesabında məlumat verilib. Məlumatda qeyd edilir ki, Kral istefa ərizəsini “gözlətmədə” saxlayıb. Kral bir neçə gün içində istefanı qəbul və ya rədd edəcək. Qeyd edək ki, Kralın istefa verən şəxsin ərizəsini “gözlətmə”, “qəbul etmə” və "rədd etmə" hüququ var.


Kişilər vergi ödəməmək üçün eynicinsli nikaha girdi


Dublinin 85 yaşlı sakini Mett öz dostu ilə eynicinsli nikaha girməyə qərar verdi. Hafta.az-ın Musavat.com-a istinadla yaydığı xəbərdə deyilir ki, o, bunu gələcəkdə mirasından vergi ödəməmək üçün edib. Mettin gələcək əri Maykl Osallivan deyib ki, onlar bir-birini 30 ildir ki, tanıyırlar və indi o, yaşlı dostunun qayğısına qalır. Dostluqlarının müəyyən mərhələsində Mett dostuna öz evini miras qoymaq istəyib. Amma yerli qanunvericiliyə görə, o, bu halda 33 faiz vergi ödəməlidir. Dostlar qanunları diqqətlə incələyəndə isə ortaya çıxardılar ki, ancaq ər-arvad və ya vətəndaş nikahında olanlar vergilərdən azad edilə bilirlər. İrlandiya müvafiq münasibətlər 2015-ci ilin noyabrında qanuniləşdirib. Hər iki kişi özlərinin cinsi oryentasiyalarının şübhəli olmadığını bəyan etsələr də, vergidən azad olunmaq üçün bunu ideal vasitə sayırlar. Toy isə 22 dekabra təyin edilib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.06.2019
18.06.2019