Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Zirə" və "Sumqayıt" yarımfinalda
Tarix: 19.12.2018 | Saat: 21:34:00
Bölmə:İdman | çapa göndər

Bu gün ölkə kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.

Hafta.az-ın məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma keçirilib.

Günün ilk matçı “Bayıl Arena”da oynanılıb. Burada “Zirə” “Səbail”in qonağı olub. İlk oyunda rəqibinə 1:0 hesabı ilə qalib gələn Samir Abasovun komandası cavab görüşündə də qələbə qazanıb - 3:2. 

Günün ikinci qarşılaşması isə Sumqayıtda keçirilib. Şəhərin eyniadlı komandası doğma azarkeşləri önündə “Neftçi”ni qəbul edib. Oyun qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv ilk görüşdə səfərdə 2:0 hesabı ilə qalib gəldiyindən, növbəti mərhələ adlayıb. 

Qeyd edək ki, 1/4 finalın son 2 oyunu sabah keçiriləcək.

Azərbaycan kuboku

1/4 final mərhələsi, cavab oyunları

19 dekabr

“Səbail” – “Zirə” -2:3
Qollar: Adrian Skarlatake, 3-avtoqol (1:0), Adil Nağıyev, 45+2 (1:1), Pərdis Fərcad-Azad, 63 (1:2),Adil Nağıyev, 73(1:3), Ruslan Qurbanov, 83 (2:3)
İlk oyun: 0:1
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Rəşad Əhmədov
“Bayıl Arena”

“Sumqayıt” – “Neftçi” - 0:1
Qol: Namiq Ələskərov, 43
Qırmızı vərəqə: Arif Daşdəmirov, 87 ("Sumqayıt")
İlk oyun: 2:0
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Cavanşir Yusifov, Nicat İsmayıllı
“Kapital Bank Arena”

20 dekabr

16:00. “Sabah” – “Qəbələ”
İlk oyun: 0:1
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Rauf Allahverdiyev
“Əlincə Arena”

19:00. “Keşlə” – “Qarabağ”
İlk oyun: 0:1
Hakimlər: İnqilab Mmmədov, Mübariz Haşımov, Rahil Ramazanov, Səbuhi Bayramov
“ASK Arena”

1/2 finalda qarşılaşacaqlar:

“Sumqayıt” - “Zirə"

“Qəbələ” – “Sabah” cütünün qalibi / “Qarabağ” – “Keşlə” cütünün qalibi



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.02.2019
23.02.2019
22.02.2019