Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Daşkəsəndə canavarlar evə soxulub kişini parçaladı - GÜNÜN TƏZADLARI
Tarix: 20.12.2018 | Saat: 19:15:00
Bölmə:Günün təzadları | çapa göndər

Dekabrın 19-da Daşkəsən rayonunun Almalı kəndində evdən kişi meyiti tapıldı. Hafta.az yazır ki, bu haqda publika.az xəbər yayıb. Kəndin kənarında, meşəlik ərazidə yerləşən və ən yaxın qonşusu ilə 200 metr məsafəsi olan evdən 1959-cu il təvəllüdlü Quliyev Bəndər Ələkbər oğlunun meyiti aşkarlanıb. Dərhal polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə yollanıb. Məlum olub ki, çarpayıda uzanıqlı vəziyyətdə olan şəxsin baş nahiyəsi döşəməyə tərəf sallanmış vəziyyətdə qalıb və vəhşi heyvanlar onun bədənini, xüsusilə baş və boyun nahiyəsini parçalayıblar. Evdən vəhşi heyvanların izləri də aşkarlanıb. Kənd sakinləri bildiriblər ki, meyiti tapılan şəxs uzun müddətdir ki, tənha yaşayırmış və mənzil şəraiti çox ağır olub. Evin qapı-pəncərəsi, elektriki və sair olmayıb. Həmçinin ölən şəxs 2-ci qrup əlil, eləcə də epilepsiya xəstəsi olub. Onun meyitinin öldükdən sonra heyvanlar tərəfindən parçalandığı ehtimal edilir. Faktla bağlı araşdırmalar davam etdirilir.


Şəmkirdən Bakıya gətirilən xəstənin mədəsində 200 iynə tapıldı


Gündə 6-7 ədəd iynə udan 28 yaşlı Şəmkir rayon sakini mədəsindəki narahatlıq səbəbi ilə xəstəxanaya müraciət etdi. Hafta.az “Dəyərlər”ə istinadla xəbər verir ki, söhbət İsayev Emindən gedir. O, xəstəxanaya müraciət edərək bildirib ki, mədəsində narahatlıq hiss edir. Xəstənin müayinəsi zamanı məlum olub ki, onun mədəsində, bağırsaqlarında 200-dən çox tikiş iynəsi var. Xəstənin həyati təhlükəsi olduğunu düşünən həkimlər onu dərhal Bakıya – Respublika Klinik Xəstəxanasına göndəriblər. Professorlar hadisənin necə baş verdiyini anlamağa çalışırlar. Onlar bildirir ki, bu insanın sağ qalması möcüzədir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov bildirib ki, həkimlər xəstənin psixoloji problemləri olduğunu təsdiqləyəcək rəy də çıxara bilmirlər. Çünki bütün suallara adekvat və normal cavablar verir. "Xəstədən bu iynələri nə üçün udduğu soruşulub. O deyir ki, artıq iki ildir iynə udur. Onun sözlərinə görə, hər gün müəyyən miqdarda (6-7 ədəd) iynə udmaq haqqında səslər eşidir. Xəstənin əməliyyat olunması olduqca risklidir. Xəstə iki ildir bu vəziyyətlə yaşayır. Əməliyyat zamanı onun ölmə ehtimalı böyükdür. Xəstənin ailəsi xəstəxanaya gəlib və onu evə aparmaq istədiklərini deyiblər. Həkimlər onun vəziyyətini ailəsinə izah etməyə çalışsalar da, ailəsi israrla bütün məsuliyyəti öz üzərlərinə götürdüyünü deyərək onu evə aparıblar”, – P.Abubəkirov belə deyib.


Britaniya Baş naziri ABŞ Prezidentinin hədiyyəsini qəbul etmədi


Böyük Britaniya Baş naziri Tereza Mey ABŞ Prezidenti Donald Tramp və xanımı Melaniyanın hədiyyəsini qəbul etmədi. Hafta.az yazır ki, “Trend”in məlumatına görə, bu hadisə yayda, D.Trampın Britaniyaya səfəri zamanı baş verib. Qeyd olunur ki, Tramp cütlüyü Tereza Meyə bəzək əşyaları və mücrü təqdim edib. Lakin ölkədə mövcud olan qanunla əlaqədar olaraq Baş nazir hədiyyəni geri qaytarmalı olub. Qanuna əsasən, Böyük Britaniyada hökumət üzvləri dəyəri 140 funt sterlinqdən yüksək olan hədiyyəni qəbul edə bilməzlər.


Kondisionerin içərisindən ilan çıxdı


Türkiyədə bir evdə kondisionerin içində olan, təxminən, bir metr uzunluğundakı zəhərli ilan fövqəladə halların briqadaları tərəfindən çıxarılaraq təbiətə buraxıldı. Hafta.az Moderator.az-a istinadla xəbər verir ki, evə gələn briqadalar divara bağlanmış kondisioneri açdıqları zaman təxminən bir metr uzunluğundakı ilanla qarşılaşıblar. İlançıxarma aparatı ilə kondisionerdən çıxarılan zəhərli ilan 200 metr məsafədəki meşəyə aparılıb.


İçərisində sərnişinlər olan avtobus hərəkətdə olarkən yandı


Qazaxıstanın ən böyük şəhəri Almatıda sərnişinlə dolu avtobus hərəkətdə olarkən alışaraq yandı. Hafta.az bu haqda Oxu.az-a istinadla xəbər verir. Hadisənin videosu sosial şəbəkədə paylaşılıb. Alışma anı video-qeydiyyat kamerasının yaddaşına həkk olunub. Kadrlardan aydın görünür ki, alışaraq yanmağa başlayan avtobus yolun ortasında dayanır və adamlar onun içərisindən çıxaraq qaçırlar. Yerli hakimiyyət nümayəndələrinin sözlərinə görə, bu daşınma ilə məşğul olan şəxsi avtobus olub. Yanğının səbəbləri araşdırılır. Həsarət alan və ya ölənlər barədə məlumat verilməyib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.06.2019
18.06.2019