Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Ölkənin dini rəhbəri “KQB”nin agenti çıxdı - GÜNÜN TƏZADLARI
Tarix: 21.12.2018 | Saat: 18:15:00
Bölmə:Günün təzadları | çapa göndər

Latviya Respublikası sovet vaxtında “KQB” kimi məşhurlaşan keçmiş DTK-nın arxivlərini ictimaiyyət üçün dərc etdi. Hafta.az Musavat.com-a istinadka xəbər verir ki, arxivdə bir çox maraqlı faktların üstü açılıb. Belə ki, sənədlərin içində 1939-cu il təvəllüdlü Aleksandr Kudryaşov adlı bir şəxsin adına şəxsi iş aşkar edilib. Həmin Aleksandr Kudryaşov isə Riqa və Bütün Latviyanın mitropoliti Aleksandrdan başqası deyil. Xəbərdə A.Kudryaşovun DTK sıralarına 1982-ci ilin yanvarında cəlb olunduğu və onun “Çitatel” (Oxucu) kod adı altında fəlaiyyət göstərdiyi bildirilir. Verilən informasiyalarda gələcək ruhani rəhbərin gəncliyində Riqanın “Tallinn” restoranında barmen kimi çalışdığı, elə həmin vaxtdan DTK sıralarına yeni agentlərin cəlb olunması ilə məşğul olan Aleksandr İşşenkonun gözünə girdiyi qeyd edilir. İşşenkonun köməyi ilə A.Kudryaşov Latviya dini iyerarxiyasında pillələri bir-bir aşaraq irəliləyib. Nəticədə isə Riqa mitropoliti Leonidin yerinə keçərək ölkənin baş pravoslav ruhanisi olub. Öz növbəsində isə mitropolit Aleksandr keçmiş kuratoruna dini quruma geri qaytarılan mülklərin idarəçiliyini tapşırıb. Bunun üçün İşşenko "FONDS PC" и "FONDS-LC" adlı kommeriya şirkətləri yaradıb. Xatırladaq ki, Latviya pravoslav kilsəsi Moskva patriarxlığına tabedir.

Qeyd olunduğu üzrə açılan arxivlər “pdf” formatında dərc olunur. Bu vaxta kimi 1980-ci illərin sonuna qədər DTK agentlərinin şəxsi işlərinin daxil olduğu 10612 adda sənəd gün işığına çıxarılıb. Latviya 2019-cu ilin mayına qədər digər sənədlərin də dərcini həyata keçirəcək.


Hökumət başçısının müşaviri oteldə ölü tapıldı


Rusiyanın Dağıstan Respublikası hökumətinin sədri Artyom Zdunovun müşaviri Andrey Afonin bu gün Mahaçqala şəhərindəki "Primorskaya" mehmanxanasının nömrəsində ölü vəziyyətdə tapıldı. Hafta.az "Report"a istinadla xəbər verir ki, bu barədə məlumatlı mənbəyinə dayanaraq "İnterfaks" bildirib. Mənbənin bildirdiyinə görə, hazırda mehmanxana personalı və mühafizəsi dindirilir, hadisənin başvermə şəraiti müəyyənləşdirilir. Agentlik hələ bu məlumatın rəsmi təsdiqini almayıb. Öz növbəsində, "Arqumentı i faktı" nəşri müşavirin ürək tutmasından öldüyünü xəbər verib.


Baş nazir yumurta atəşinə məruz qaldı


Albaniyanın baş naziri Edi Rama parlamentdə müzakirələr zamanı yumurta atəşinə tutuldu. Hafta.az yazır ki, “Trend”in məlumatına görə, ölkə parlamentində tələbələrin etiraz aksiyaları ilə bağlı müzakirələr davam edir. Müzakirələr zamanı baş nazir çıxış edərkən müxalif deputatlar ona yumurta atıblar. İnsidentlə əlaqədar parlamentin iclası yarımçıq dayandırılıb. Qeyd edək ki, dekabrın əvvəlindən paytaxt Tiranada və digər şəhərlərdə təhsil haqqının azaldılması tələbi ilə tələbələrin etiraz aksiyaları davam edir.


Ukraynalı qız müsəlman oldu


Ukraynalı qız internet üzərindən oyun oynadığı türkiyəli oğlanla tanışlıqdan sonra İslam dinini qəbul etdi. Hafta.az Minval.info-ya istinadla xəbər verir ki, Vieronika İhor adlı gənc xanım müsəlman olduqdan sonra adını da dəyişdirib. Belə ki, bir ilə yaxın internet üzərindən münasibətdə olduğu türkiyə vətəndaşı Sadettin Dündarla nişanlanan ukraynalı onun dini ilə maraqlanaraq araşdırma aparıb. Daha sonra müsəlman olmaq qərarına gəlib. Türkiyədəki müftiliklərdən birində təşkil olunan dini məclisdə ona rus dilində İslam dininin şərtləri izah edilib. V.İhor bunun ardınca kəlimeyi-şəhadət gətirərək müsəlman olub və adını dəyişərək Elif qoyub. Hazırda onunla nişanlı olan Sadettin Dündar bildirib ki, tanışlıqdan sonra ukraynalı gənc qız Türkiyəyə gəlib və öz istəyi ilə İslam dinini qəbul edib. O həmçinin yaxın zamanda rəsmi nikaha girəcəklərini söyləyib.


Təyyarə qəzaya uğrayaraq futbo6 meydançasına düşdü


ABŞ-ın Corciya ştatında yüngülmotorlu təyyarə Atlanta parkındakı futbol meydançasına düşdü. Hafta.az-ın yazdığına görə, Oxu.Az “The Atlanta Journal-Constitution” nəşrinə istinadla xəbər verir ki, hadisə zamanı təyyarədə olan dörd nəfər ölüb. Təyyarənin Atlantadan Memfisə doğru uçduğu bildirilir. Xilasedicilər təyyarənin stadiona eniş edən zaman sürüşdüyünü və qəzaya uğradığını bildiriblər. Ölənlərdən biri çinli Ven Çendir. O, 69 gün ərzində təkmotorlu təyyarədə bütün dünyanı dövrə vurub. Bundan başqa, Çen “Sunshine Enterprise” şirkətinin təsisçisi və baş direktorudur. Ölən digər üç nəfərin şəxsiyyəti məlum deyil, ilkin ehtimallara görə, onlar “Sunshine Enterprise, Inc” şirkətinin əməkdaşlarıdır. Hadisənin dəqiq səbəbləri araşdırılır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.01.2019
17.01.2019