Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Ermənistan bu gün mövcudluğunu Rusiya hərbi bazalarına borcludur - Rusiyalı politoloq
Tarix: 22.12.2018 | Saat: 13:04:00
Bölmə:Siyasət | çapa göndər

"Mən bu barədə çox demişəm. Ermənistan bu gün ərazisində yalnız Rusiya hərbi bazalarının olması səbəbindən mövcuddur. Bu o qədər aydındır ki, məsələ ətrafında müzakirələrin aparılması qəribə görünür". Hafta.az-ın məlumatına görə bu fikirləri erməni mətbuatına açıqlamasında rusiyalı politoloq Aleksandr Xramçixin səsləndirib.

O, Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistanla bu ölkənin ərazisində digər dövlətlərin hərbiçilərinin mövcudluğunu qadağan edən saziş imzalanacağı ilə bağlı bəyanatına da münasibət bildirib. Onun sözlərinə görə, bu sazişə razılıq verib verməmək, onun ermənilərin xoşuna gəlib gəlməməsi tamamilə Ermənistanın daxili işidir: "Ermənistan bu gün elə bir vəziyyətdədir ki, hansısa güzəştlərdən danışmaq yersizdir. Ermənistanın ayrı hansısa variantları yoxdur. Təbii ki, Ermənistan Rusiya hərbi bazalarından imtina edə bilər. O zaman hər şey sizin üçün çox tez dəyişəcək". 

Azad



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.02.2019
23.02.2019
22.02.2019