Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Sunami konsert iştirakçılarını yuyub apardı - GÜNÜN TƏZADLARI
Tarix: 24.12.2018 | Saat: 20:00:00
Bölmə:Günün təzadları | çapa göndər

İndoneziyada məşhur qrupun konserti zamanı sunami musiqiçiləri və onlarca tamaşaçını yuyub apardı. Hafta.az Oxu.az-a istinadən xəbər verir ki, son məlumatlara görə, təbii fəlakət zamanı 280-dən çox insan ölüb. “Channel New Asia” nəşri “Seventeen” qrupunun İndoneziyanın Tancunq-Lesunq şəhərindəki konsertindən görüntüləri yayımlayıb. Videodan görünür ki, nəhəng dalğalar konsert gedən zaman səhnəni dağıdır və tamaşaçılara doğru irəliləyir.


Şəmkirdə dərs zamanı məktəb uçdu


Azərbaycanda orta məktəbdə uçqun hadisəsi baş verdi. Hafta.az-ın A24.az-a istinadla verdiyi xəbərdə deyilir ki, hadisə bir neçə gün öncə Şəmkir rayonunun Zəyəm qəsəbəsində yerləşən 1 saylı tam orta məktəbdə baş verib. Məlumata görə, uzun müddətdir qəzalı vəziyyətdə olan 380 nəfər şagirdin təhsil aldığı məktəbin binasında dərs zamanı uçqun olub. Belə ki, təhsil müəssisəsinin koridorunun istinad divarları uçub. Həmin gün məktəbdə dərslər təxirə salınıb və şagirdlər evə buraxılıb. Məlumatda bildirilir ki, bundan əvvəl də orta məktəbdə bir neçə dəfə uçqun hadisəsi olub. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb.
Xatırladaq ki, analoji hadisə ötən ay Kürdəmir rayonunun Qarasu kəndində yerləşən Elşad Qurbanov adına tam orta məktəbdə də baş vermişdi. Dərs zamanı qəza təhlükəsi ilə üzləşən məktəbin dəhlizi tavanı qəfildən uçmuşdu. Hadisə nəticəsində xəsarət alan olmasa da, həmin günü şagirdlər evə buraxılmışdı və dərslər yarımçıq qalmışdı.


Robot Təhsil Nazirliyində işə götürüldü


Səudiyyə Ərəbistanında ilk dəfə robot dövlət qulluğuna qəbul olundu. Hafta.az-ın Musavat.com-a istinadla yaydığı xəbərdə belə deyilir. Yerli mühəndislər tərəfindən yığılaraq proqramlaşdırılan və “Tekhnik” adı verilən robot işçiyə vəsiqəsini şəxsən təhsil naziri Əhməd bin Məhəmməd əl-İsa verib. Yeni əməkdaş Təhsil Nazirliyi nəzdində Baş Texniki və Peşə Təhsili Departamentində təlimatçı vəzifəsinə qəbul olunub. Yaxın vaxtlarda ölkədə robot texnikası və kibernetikanın inkişafına həsr olunan pavilyonun da qurulacağı Mədəni Miras Festivalında vəzifəsini icra edəcək android ziyarətçilərə festival və ölkə barədə məlumatlar verəcək.


İbadət zamanı kilsəyə avtomobil girdi


ABŞ-ın Ohayo ştatının Kolumbus şəhərində ibadət zamanı kilsəyə maşın girdi. Hafta.az "Report"a istinadla xəbər verir ki, nəticədə 6 nəfər xəsarət alıb. Maşın kilsənin şüşə qapılarını qıraraq binaya daxil olub. Yaralılara ilkin tibbi yardm göstərilib.


İTV-nin xanım jurnalisti soyğuna məruz qaldı


Bazar günü alış-verişə çıxan jurnaist, İTV-nin əməkdaşı Naibə Qurbanova cibgirlərin hədəfinə tuş gəldi. Hafta.az yazır ki, bu haqda Modern.az xəbər yayıb. 165 nömrəli avtubusa minən jurnalist bir də onda ayılıb ki, cibgirlər pulqabısını aparıblar. “Pulqabında 300 manat nağd pulum, maaş kartım vardı”. Hadisədən dərhal sonra sosial şəbəkə istifadəçilərindən kartın deaktiv olunması üçün kömək istəyən N.Qurbanova, ardınca “Azəri Kart”a zəng etməklə kartı bağlatdırıb. “O anda vəziyyətimi yəqin ki, təsəvvür edirsiniz. Tez həyat yoldaşıma zəng elədim ki, pulqabımı oğurladılar, təcili kartı bağlatdır...”. Naibə Qurbanova hadisə ilə bağlı polis bölməsində izahat verib.


Təyyarə qəhvə aparatındakı qısaqapanmaya görə eniş etdi


Almaniyanın "Lufthansa" aviaşirkətinə məxsus sərnişin təyyarəsi göyərtədəki qəhvə dəmləyən aparatda qısaqapanmanın baş verməsi səbəbindən, Hamburq şəhərində təcili eniş etdi. Hafta.az Musavat.com-a istinadla yazır ki, bu barədə mediaya aviaşirkətin nümayəndəsi məlumat verib. Bildirilir ki, təyyarə Danimarkanın Billunn şəhərindən Frankfurta uçurmuş. Məlumata görə, uçuş zamanı heyət üzvləri göyərtə mətbəxində yanıq iyi hiss ediblər. Bu səbəbdən hava gəmisinin komandiri Hamburq aeroportunda eniş etmək barədə qərar qəbul edib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.06.2019
18.06.2019