Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Məşhur riyaziyyatçı alim sərxoş halda donvurmadan öldü - GÜNÜN TƏZADLARI
Tarix: 25.12.2018 | Saat: 20:00:00
Bölmə:Günün təzadları | çapa göndər

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) fəxri üzvü, tanınmış rusiyalı riyaziyyatçı Eduard Dubovu Moskvada don vurdu. Hafta.az Oxu.az-a istinadla xəbər verir ki, Dubov dekabrın 23-də gecə saatlarında ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Riyaziyyatçının ətraflarını kəskin şəkildə don vurduğu bildirilir. İlkin məlumatlara əsasən, mərhum hadisə zamanı spirtli içkinin təsiri altında olub. Həkimlər onun həyatını xilas edə bilməyib, reanimasiyada dünyasını dəyişib. Eduard Dubov - Moskva Riyaziyyat İcmasının üzvi idi. Şahmatda isə daha çox Sovet reytinq sisteminin yaradılmasına verdiyi töhfələrə görə tanınır. 90-cı illərdə Moskvanın Şahmat Federasiyasının rəhbəri olub.


Bakıda nazir müavini qəzaya düşdü


Azərbaycan Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev Bakının Bülbül prospektində, Nizami Kino Mərkəzinin qarşısında qəzaya düşdü. Hafta.az-ın yazdığına görə, bu haqda Bakıpost.az xəbər yayıb. İ.Babayev mərkəzin qarşısında “BMV” markalı, 10 AR 009 dövlət qeydiyyat nömrə nişanlı avtomobildən düşərkən "Nissan Tida" markalı avtomobil “BMV”-nin qapısına çırpılıb. Nazir müavini xəsarət almasa da, avtomobilə ziyan dəyib.


Sarı jiletlilər İsraildə də baş qaldırdı


Fransada baş qaldıran sarı jiletlər hərəkatı artıq Israildə də iqtisadi etirazların rəmzinə çevrildi. Hafta.az yazır ki, Deyerler.org bu haqda Parstoday-a istinadla xəbər verir. İsrail tərəfindən işğal edilmiş Fələstin torpaqlarında etirazlar ikinci dəfə sarı jiletlər formasında təşkil olunub.
Etirazçılar qida sektoru başda olmaqla bahalaşmaya qarşı etiraz ediblər. Təl-Əvivdə toplaşan yüzlərlə sarı jiletli etirazçı, bahalaşma səbəbilə hökumət əleyhinə şüarlar səsləndiriblər. Etirazçılar sionist İsrailin baş naziri Binyamin Netanyahunun şəkli olan “Cinayətkar baş nazir” yazılmış plakatlar qaldırıblar və Netanyahunu istefaya səsləyiblər. İşğal altındakı Fələstin torpaqlarında iqtisadi xərclərin artması ilə insanlar dolanışıqda böyük sıxıntılar çəkirlər. Belə ki, “Latet” adlı bir xeyriyyə təşkilatının yaydığı hesabatda işğal olunmuş torpaqlarda ən azı 3.2 milyon nəfərin yoxsulluq həddində yaşadığı, bunlardan 1 milyonunun uşaq olduğu bildirilib.


Ölünü yandırmaq istəyərkən durub oturdu


Hindistanın Racastan ştatı Bxilvar şəhər sakininin başına gələn iş dünyanı gülüşə boğdu. Hafta.az Musavat.com-a istinadla yazır ki, öldüyü təxmin edilən, kremasiya məqsədilə yandırmağa hazırlaşdıqları kişi son anda dirilib. 72 yaşlı Dipak Sinqx evinin həyətində inəkləri otaranda huşunu itirib. Hadisə yerinə gələn həkimlər onun ölümünü təsdiqləyiblər. Sinqx gözünü açanda isə artıq kremasiya mərasimi başlamışdı və onun qohumları ənənəvi mahnılarını oxuyurdular. Nəvəsi Banda Nalvanın sözlərinə görə, mahnının səsi yüksəlincə Sinqx qımıldanmağa başlayıb, sonra gözlərini açıb və oturub. Bundan sonra qohumları ona yerə düşməyə kömək ediblər.
“Ümid edirəm ki, qohumlarım mənim növbəti dəfə, amma həqiqi ölümümü gözləyə biləcəklər. Ancaq ondan sonra məni yandırmaq haqda düşünərlər”. Bunu da Dipak Sinqx bildirib.


Qadınlar 40 min avrodan çox pulu kanalizasiyaya atdı


İsveçrənin Cenevrə kantonunda prokurorluq iki qadının on minlərlə avro pulu niyə kanalizasiyaya atmasının səbəbini tapa bilmədi. Hafta.az-ın Musavat.com-a istinadla yaydığı xəbərdə deyilir ki, istintaqın bitməsindən sonra pullar onları tapan insanlara verilə bilər. 11 may 2017-ci ildə İsveçrənin Cenevrə şəhərindəki banklardan birində kanalizasiya xətləri tutulub. Borulardan ümumilikdə 40 min avro məbləğində pul çıxıb. Eyni gündə qonşuluqdakı şirniyyat fabrikinin işçiləri də ayaqyolunda 8.5 min avro tapıblar. Həmin gün axşam saatlarında qonşuluqdakı kafenin unitazından xadimə 20 min avro çıxarıb. Bir ay sonra isə pizza restoranının tualetindən 40 min avro çıxıb. Bu pulların mənbəyi hüquq-mühafizə orqanlarını da maraqlandırıb. “Bu gün üçün məlum olur ki, milliyyətcə ispan olan iki qadın bu pulları ayaqyoluna atıb”, - bu barədə 2017-ci ilin sentyabrında Cenevrə kontonu prokurorluğunun mətbuat xidmətinin rəhbəri məlumat verib. Onun dediyinə görə, özlüyündə pulun bu formada kanalizasiyaya atılması cinayət deyil. Amma bununla belə, kanalizasiyada olan pulların qeyri-qanuni yollarla əldə edildiyi aşkarlansa, qadınları məsuliyyətə cəlb edə bilərlər.
Hadisədən il yarım keçəndən sonra Cenevrə kontonu istintaqın yekunlaşması ilə bağlı elan verib. Hüquq-mühafizə orqanları on minlərlə avro vəsaitin niyə kanalizasiyada olmasını aydınlaşdıra bilməyib. Eyni zamanda pulu ora atanlara qarşı hər hansı cinayət işi açılmasına da əsas tapılmayıb. Bu müddətdə polisdə saxlanılan pulları onu tapan şəxslər götürə biləcək.


Şəhər meri 9 yaşlı oğlanı özünə köməkçi təyin etdi


Dağıstanın Dərbənd şəhərinin yeni təyin olunmuş rəhbəri 9 yaşlı oğlanı özünə köməkçi götürdü. Hafta.az İslam saytlarına istinadla xəbər verir ki, yerli sakinlər Əmir Haşimov ad-soyadlı bu uşağın fotoşəkillərini dəfələrlə sosial şəbəkədə ideal oğlan nümunəsi kimi paylaşıblar. Axşam və səhər saatlarında onu şəhərin küçələrini süpürərkən görürlər. Bu məktəbli qardaş və bacıları üçün anasına kömək etməyə çalışır.
"Mənə bir neçə ildir ki, öz süpürgəçi anasına küçələri süpürməkdə kömək edən bir oğlanın hekayətini danışdılar. Bu, böyüklər üçün də çətin bir işdir. Ancaq uşaq bunu könüllü şəkildə görməyə başlayıb"- deyə Dərbənd meri Xəzri Abakarov bildirib.
Şəhər rəhbəri Əmir ilə birlikdə sözügedən ailədəki beş uşağı “Anji-Arena” stadionunda bütün atraksionlarda əyləndirməyi vəd edib. Əmirə isə yaxın günlərdə ictimai köməkçi forması veriləcək.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.06.2019
18.06.2019