Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Ən xoşbəxt və ən bədbəxt ölkələrin siyahısı açıqlanıb
Tarix: 26.12.2018 | Saat: 14:44:00
Bölmə:Maraqlı | çapa göndər

Dünyanın ən xoşbəxt ölkələrinin siyahısı açıqlanıb.

Hafta.az yazır ki, Azərbaycan xoşbəxt ölkələrin siyahısında 87-ci pillədə qərarlaşıb. Keçmiş Sovet respublikalarından Özbəkistan siyahıda 44-cü, Rusiya 59-cu, Qazaxıstan 60-cı, Türkmənistan 68-ci, Tacikistan 80-ci, Qırğızıstan isə 92-ci yerə layiq görülüb. Bu siyahıda qardaş Türkiyə beş pillə geriləyərək 74-ci pillədə yer alıb. 

Hesabatda ölkələrdə adambaşına düşən illik istehsal, orta yaş müddəti, sosial yardım, azadlıq, inam və rəfah analiz edilərək, xal verilib və sonra toplanaraq ümumi nəticəyə gəlinib. 

Siyahıda dünyanın ən xoşbəxt 10 ölkəsi isə bunlardır: Finlandiya, Norveç, Danimarka, İslandiya, İsveçrə, Hollandiya, Kanada, Yeni Zelandiya, İsveç və Avstraliya. Qeyd edək ki, Ötən il dünyanın ən xoşbəxt ölkəsi Norveç idi və bu il Finlandiya cüzi fərqlə birinciliyi Oslodan təhvil alıb. 

Siyahıda ən bədbəxt ölkələr isə Yəmən, Tanzaniya, Cənubi Sudan, Mərkəzi Afrika Respublikası və Burundidir. Siyahıda vəziyyətini yaxşılaşdıraraq ən çox - 17 pillə irəliləyən ölkə Toqo, ən çox geriləyən (20 pillə) isə Venesuela olub. 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.06.2019
23.06.2019