Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Dağlıq Qarabağ separatçıları ilə Ermənistan rəhbərliyi arasında çox ciddi fikir ayrılıqları mövcuddur” – Nəzakət Məmmədova
Tarix: 26.12.2018 | Saat: 16:36:00
Bölmə:Müsahibə | çapa göndər

Politoloq Nəzakət Məmmədova tərəfindən “Cənubi Qafqaz regionu: 2018-ci ilin yekunları və 2019-cu ildən gözləntilər” mövzusunda jurnalistlərin sullarını cavablandırıb. Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə, politoloq yola salmağa hazırlaşdığımız 2018-ci ilin bir sıra hadisələrlə yadda qaldığını deyib. Cənubi Qafqazda seçkilər ili kimi yadda qalan bu ildə regionun siyasi rənglərinin dəyişməsi ilə bağlı jurnalistlərin suallarını cavablandıran politoloq qeyd edib ki, gələn il Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni bir dövrün başlanğıcı ola bilər. Yəni, danışıqlarda intensivliyin artması gözləniləndir.

-2018-ci ildə Azərbaycanın da içərisində yer aldığı regionda baş verən hansı hadisələr bölgənin siyasi rənglərinə təsir göstərdi? Cənubi Qafqazda seçkilər ili kimi yadda qalan bu ilin özünəməxsusluğunu hansı hadisələr təyin etdi?

- Bu il ölkəmizdə növbədənkənar prezident seçkiləri keçirildi. İlham Əliyev seçicilərin əksəriyyətinin səsi ilə qalib gəldi. Bu seçkilərin ölkəmiz üçün ciddi əhəmiyyəti oldu. İlham Əliyevin növbəti qalibiyyəti onun dövründəki dünya miqyaslı qlobal əhəmiyyətli layihələrin davamlılığını təmin etdi. Daxili sabitliyin təmin olunması üçün də növbədənkənar prezident seçkiləri mühüm rol oynadı. Ermənistanda da ciddi proseslər baş verdi. Şübhəsiz ki, Dağlıq Qarabağ və digər məsələlərə görə Ermənistan bizi ən çox maraqlandıran ölkədir. İnqilab yolu ilə hakimiyyət dəyişiklikləri yaşandı. Bu ilin ən ciddi hadisələrindənm biri də regionumuzun ABŞ və Avropa Birliyinin diqqətini xüsusi cəlb etməsi oldu. Bunlar da səbəbsiz olmadı. Burada Rusiya, Türkiyə və İran kimi ölkələrin anti-ABŞ siyasətlərinin rolu az deyil. Bundan əlavə, İrana qarşı tətbiq edilən sanksiyaları da buna səbəb kimi göstərə bilərik. Bütün bunların nəticəsində Qərbdən ardıcıl olaraq Cənubi Qafqaza güc mərkəzlərinin təmsilçiləri səfərlər etdilər.

- Ermənistanda siyasi rəng dəyişkənliyi fonunda yaşananlara münasibətinizi bilmək istərdik. Aprel inqilabı nələri dəyişdi və ya dəyişəcək?

-2018-ci ilin ən mühüm hadisələrindən biri də Rusiya ilə Ermənistan arasında 200 ildən çoxdur davam edən yaxın münasibətlərin, müttəfiqliyin çat verməsi oldu. Bu da şübhəsiz ki, bizim xeyrimizədir. Ermənistanın söykəndiyi KTMT ilə də münasibətlərində ixtilaflar meydana gəldi. Təcavüzkar ölkənin Rusiyadan uzaqlaşması Amerika və Avropa Birliyinin diqqətini dərhal cəlb etdi. Bu istiqamətdə müəyyən addımlar atılmamış deyil. Avropa Birliyi İran məsələsinə görə Ermənistana maraq göstərməyə başladı. Düşmən ölkə ətrafında gedən proseslər daha çox İranı blokadaya almaq üçündür. Cənub qonşumuzun sıxışdırılması prosesi geridə qoyacağımız ildə sürətləndi. Bu ilin ən müəmmalı vəziyyətlərindən biri də Rusiyanın Ermənistanın ondan uzaqlaşmasına sərgilədiyi mövqedir. Sözsüz ki, burada Paşinyanın KTMT-dən çıxmayacaqlarını dəfələrlə dilə gətirməsinin də az rolu yoxdur. Ermənistan ətrafında gedən proseslər daha çox İranın şimaldan blokadaya alınması ilə bağlıdır. Rəsmi İrəvanın tam şəkildə nəzarətə götürüldüyünü də deyə bilərik.

-2018-ci ilin aprelindən başlayaraq Cənubi Qafqazda siyasi rənglər dəyişməyə başladı. Əvvəla, hər üç ölkədə seçkilər keçirildi. Gürcüstanda və Ermənistanda gözləntilərin əksi baş verdi. Saakaşvilinin tərəfdarı Qriqol Vaşadzenin yerinə xanım Salome Zurabişvili, Ermənistanda isə Sarkisyanın yerinə Paşinyan hakimiyyətə gəldi. Qərb Gürcüstanı, Rusiya isə ilk baxışda Ermənistanı “itirmiş” oldu. Azərbaycan isə daha çox Rusiya və ABŞ komandanlarının görüş və müzakirə yeri – neytral məkan funksiyasını yerinə yetirməklə kifayətləndi. Düşünmürsünüzmü ki, bu cür neytrallıq Dağlıq Qarabağ münaqişəsinə bu və ya digər formada təsir edə və ya daha təhlükəlisi – bu nüans bizim əleyhimizə işləyə bilər? Neytral və balanslı siyasətdənsə tərəf tutmaq mümkün idimi?

-Dünyada iki əsas güc mərkəzi var, NATO və KTMT. Bizim iki seçimimiz var, ya NATO-ya, ya da Kollektiv Təhlükəsizlik müqaviləsi təşkilatına yaxınlaşmalıyıq. Digər seçimimiz isə neytral qalmaqdır. Hazırda Ermənistan da öz xarici siyasətini bizə oxşatmağa çalışır. İrəvan da balanslaşdırılmış siyasə yürütmək istəyir. Mənə elə gəlir ki, bizim indiki seçimimiz daha doğrudur. Çünki stabillik davam edir və bizə sabitlik indi daha çox lazımdır. Bakı güc mərkəzlərindən hər hansı birinə yaxınlaşsa, qarşı tərəfin çox güclü təsirinə məruz qalacaq. Bu da Dağlıq Qarabağ münaqişəsini daha da alovlandıra bilər. Hətta bəzi nüansların bizim əleyhimizə işləməsi istisna olunmur. Doğrudur, bizim güclü iqtisadiyyatımız, ordumuz var. Diplomatiyada və bir çox parametrlərdə qarşı tərəfdən üstünük. Amma müharibə elə bir şeydir ki, gedişat zamanı kimin kimi dəstəkləyəcəyini bilmək olmur. Ona görə də mənə elə gəlir ki, indiki mərhələdə bizim siyasətimiz daha doğrudur. Əks halda biz təzyiqlərə məruz qala bilərik. Əslində biz Qarabağ məsələsinin həlli üçün kiminləsə yaxınlaşa bilərik. Əgər tərəflərdən hansına yaxınlaşsaq o biri tərəfdən hücumlara məruz qalacağıq. Qarabağ məsələsi bir kənarda qalacaq. Hətta qeyri-sabitlik yarana bilər. Rusiya qoşunlarının sülhməramlı adı ilə buraya gəlmə ehtimalı var. Həmin qoşunlar sülhməramlı olacaqmı? – Xeyr. Gürcüstanda da biz bunun şahidi olduq. İstənilən halda Azərbaycan ərazisində bir nəfər xarici ölkə əsgərinin də olması arzulanan deyil.

-2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar mərhələsinin intensivləşdirilməsi baxımından həmsədrlik institutunda dəyişiklik gözlənilirmi?

-Münaaqişənin həlli istiqamətində həmsdərlik institunun dəyişdirilməsi ilə bağlı fikirlər artıq səsləndirilib. Burada əsas məqam Fransanın Avropa Birliyi ilə əvəz olunması məsələsidir. Digər tərəfdən, Dağlıq Qarabağ separatçıları ilə Ermənistan rəhbərliyi arasında çox ciddi fikir ayrılıqları mövcuddur. Bu çox ciddi faktordur. Bu o deməkdir ki, artıq onların arasında ixtilaf var. İnanıram ki, Nikol Paşinyan ən azından torpaqların qaytarılmasına cəhd edə bilər. Çünki o Levon ter Petrosyana yaxın insandır. Petrosyan isə Ermənistanın tarixində Dağlıq Qarabağ məsələsində güzəştə ən yaxın prezident olub. Onun bu məsələdə təsiri ola bilər. Düşünürəm ki, Paşinyanı Qərbə tövsiyyə edən də məhz Petrosyan olub. Ola bilər ki, özünün ikinci dəfə hakimiyyətə gəlməsi məqbul hesab edilməyib. Paşinyanın hakimiyyətə gəlməsini razılaşdırıb. Bir daha qeyd edirəm ki, onların yaxın münasibətləri var. Azərbaycanın hərbi gücü, bizim xarici güc mərkəzləri ilə bu məsələdə hansı formada danışıqlar aparmağımız, bu baxımdan önəmlidir. Eyni zamanda, Rusiyanın KTMT daxilində Ermənistanı qısnamaya məruz qoyması artıq faktdır. Hazırda Ermənistan öz köhnə müttəfiqini itirib, yeniləri ilə münasibət qura bilməyib. İndi İrəvanda ən çətin və ən həssas dövrdür. Üstəlik, NATO, Avropa Birliyi və bir sıra beynəlxalq təşkilatlar münaqişələrin ərazi bütövlüyü çərçivəsində həlli məsələsini ortaya qoyurlar. Bu da o deməkdir ki, tərəzinin gözündə hansı dövlət daha güclüdürsə, onun da qalib gəlmək şansları çoxdur.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.03.2019
24.03.2019
23.03.2019
22.03.2019