Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Lerikdə “uçan boşqab” peyda oldu - GÜNÜN TƏZADLARI
Tarix: 26.12.2018 | Saat: 19:15:00
Bölmə:Günün təzadları | çapa göndər

Lerik rayonu ərazisində naməlum uçan obyekt göründü. Hafta.az Moderator.az-a istinadla xəbər verir ki, bu haqda foto və məlumatı rayon sakini Cəlal Xudaşov “Facebook”da paylaşıb. O, NUO-nu dekabrın 24-ü rayonun Ordahal kəndi ilə Buruq kəndləri arasındakı yolla gedərkən görərək telefonun kamerasına çəkdiyini iddia edib. Sayt əməkdaşı gözlənilməz olayın şahidi ilə telefon əlaqəsi saxlayıb. C.Xudaşov bildirib ki, yolla getdiyi zaman gözlənilmədən səmada naməlum dairə şəkilli, açıq qara rəngli obyekt görüb.

“Onun üzərində işıqlar da sezilirdi. Sadəcə, telefonun kamerası zəif olduğu üçün bu əks olunmayıb. Gözlənilmədən görünən obyekt 15-20 saniyə ərzində yuxarı qalxaraq yox oldu...” - deyə Lerik sakini əlavə edib.


Prezident yanında bayılan əsgərə köməyə can atdı


Fransa Prezidenti Emanuel Makronun Çad Respublikasında yerləşdirilən fransız hərbçilərini Milad bayramı münasibətilə təbrik etmək üçün ötən şənbə günü bu ölkəyə səfəri maraqlı hadisə ilə də yadda qaldı. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, təntənəli mərasimdə Fransa dövlət himni səsləndirirkən E.Makronun yanında tribunada duran əsgərlərdən biri bayılıb. Bu zaman ətrafdakılarla yanaşı, Ali qonaq da halı pisləşən gəncə köməyə gəlib.


Bakıda “Hyundai” “Ford”un üstünə çıxdı


Bakıda iki avtomobil toqquşdu. Hafta.az yazır ki, BAKU.WS xəbər verdiyinə görə, hadisə gecə saatlarında baş verib. Qəza zamanı “Ford” markalı, 99 MR 984 dövlət nömrə nişanlı avtomobil dayanarkən arxadan gələn “Hyundai” markalı, 10 PX 018 nömrə nişanlı avtomobil ona çırpılıb. Zərbənin təsirindən “Hyundai” markalı avtomobil “Ford”un üstünə çıxıb. Qəzanın görüntüləri internetdə yayılıb.


Ağcabədidə ambulans traktorla toqquşdu


Ağcabədi rayonunda yol qəzası baş verdi. Hafta.az yazır ki, "Report"un Qarabağ bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Avşar kəndində qeydə alınıb. Belə ki, Aslan Şəmşir oğlu Məmmədovun idarə etdiyi "Wolkswagen" markalı təcili tibbi yardım maşını ilə "T-28" markalı traktor toqquşub. Nəticədə traktor yoldan çıxaraq aşıb, sürücüsü isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun şəxsiyyəti dəqiqləşdirilir.
Məlumata görə, təcili tibbi yardım maşını Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına Bakı şəhərindən həkim birqadası gətirirmiş.


İt sahibinin xəstəxanadan çıxmasını günlərlə gözlədi


Londonun Harrou rayonunda bir it öz sahibinin xəstəxanadan çıxmasını günlərlə həmin xəstəxananın qabağında gözlədi. Hafta.az-ın Musavat.com-a istinadla verdiyi xəbərdə deyilir ki, it sahibinin səhhəti onu parkda gəzintiyə çıxararkən pisləşib. Adı açıqlanmayan britaniyalını təcili tibbi yardım maşını apararkən itini də həmin maşına buraxıblar. İtin sahibinə tibbi yardım göstərilən zaman it də Nortuik Park xəstəxanasının qabağında gözləyib. Tibb müəssisəsinin işçiləri itə isti yemək, su və yatacaq veriblər. İtin orada nə qədər qaldığı açıqlanmır. Amma kişini xəstəxanadan buraxanda o, qapıda itinin onu gözlədiyini görüb. Oktyabr ayında isə Miçiqan ştatında sahibləri tərəfindən atılan bir itin aylarla atdıldığı yerdə öz sahibini gözləməsi barədə xəbər yayılmışdı. İt sahiblərinin atdığı zibil və mebellərin yanında gözləyirdi.


Təyyarə yaşayış binasının üzərinə düşdü


ABŞ-ın Cənubi Dakota ştatının Su-Fols şəhərində kiçik təyyarə yaşayış evinin üzərinə düşdü. Nəticədə bir neçə ev yanıb, həmçinin azı bir nəfər ölüb. Hafta.az-ın yazdığına görə, bu haqda "Argus Leader" nəşri xəbər yayıb. İlkin məlumata görə, ölən şəxs təyyarənin pilotu olub. Bildirilir ki, ölənlərin sayı arta bilər. Qəza nəticəsində iki evə ziyan dəyib, 4 evin sakinləri isə təxliyə edilib. Hadisə yerində xilasetmə xidmətinin əməkdaşları işləyir. Faktla bağlı araşdırma aparılır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.01.2019
17.01.2019