Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Okeanın dibində yatan sualtı qayığın sirri
Tarix: 27.12.2018 | Saat: 17:07:00
Bölmə:Maraqlı | çapa göndər

ABŞ-la keçmiş SSRİ arasında yaşanan "Soyuq müharibə"nin maraqlı gizlinləri indi-indi üzə çıxmaqdadır.

Hafta.az yazır ki, Birləşmiş Ştatların "Hughes Glomar Explorer" adlı kəşfiyyat gəmisi 1974-cü ilin yayında Kaliforniya ərazisində yerləşən Long Beach sahillərindən Sakit okena iş səyahətinə çıxır. Olduqca görünməmiş görünüşü və dövrünün gəmiləri arasında ağlasığmaz nəhəng olması ilə fərqlənən "Hughes Glomar Explorer"in səyahətinin məqsədinin guya suların dərinliyində neft və qaz yataqları axtarmaq olduğu bildirilir. Yəni onun neft-qaz axtaran gəmi olduğu deyilir. Doğrudan da, gəmi əslində bu məqsədlə layihələndirilmişdi. Hətta göyərtəsində qurulan hündür qüllədə ekipajın işləməsi üçün tam texnologiya ilə təchiz edilmiş kabinə də yaradılmışdı. Təbii ki, bunlarzahirdən belə görünürdü...

Amma bu gün gəminin əslində hansı məqsədlə sakit okean sularına göndərildiyi üzə çıxır. Bəlli olub ki, "Soyuq müharibə" dövründə bu gəmi MKİ-nin əməkdaşları tərəfindən idarə edilib və tam məxfi proqramı yerinə yetirirmiş. Deməli, gəmi okean sularına üzdüyü gündən təxminən 6 il əvvəl - 1968-ci ildə SSRİ-yə məxsus "K-129" tipli sualtı raketdaşıyan gəmi Havay adalarından 2,5 min kilometr şimal-qərbdə okean sularına qərq olubmuş. Hansı ki, sualtı qayıqda nüvə başlıqlı ballistik raketlər quraşdırılıbmış. 

Hadisədən dərhal sonra işə başlasa da, Sovet İttifaqının hərbi mütəxəssisləri qayığın batdığı konkret nöqtəni təsbit edə bilmir. Ancaq ABŞ-ın həmin ərazidə yerləşdirdiyi sualtı dinləmə qurğuları bir partlayış eşidir və sualtı qayığın batdığı nöqtəni dəqiqləşdirir. 

Məlum olur ki, sualtı qayıq okeanın təxminən 5 min metr dərinliyində yatır. Amma onun səthə çıxarılması o vaxt üçün çox çətin idi. Bu işi reallaşdırmaq üçün külli miqdarda vəsait lazım idi, həm də texnologiyanın gücü yetərli olmalıydı. Texniki və maliyyə baxımdan ABŞ-ın imkanları yetərli idi, amma siyasi səbəblərdən ehtiyyatlı davarılmalıydı. Yoxsa SSRİ duyuq düşərdi. Bu məqsədlə MKİ sualtı qayığı çıxarmaq üçün "Azorian layihəsi"ni işləyib, icrasına start verib. Amma proses o qədər məxfi aparılıb ki, ruslar heç cür duyuq düşməyib. Proqram sırf mədən kəşf etmə adı altında həyata keçirilib. Hətta bunun üçün dövrünün tanınmış milyarderi Hovard Hugheslə danışılıb, guya bu proqramı onun həyata keçirildiyinə dair razılıq alınıb. Üstəlik, MKİ proqramı icra edəcək bu nəhəng gəmiyə də elə milyarderin adını verib.  seçildi. 

Gəminin içində sualtı qayığın yerləşə biləcəyi ölçüdə hovuz inşa olunub. Plana görə, təxminən 2 min ton ağırlığında olan sualtı qayıq çıxarılandan sonra məhz bu hovuzda gizlədilərək gizlincə Kaliforniyaya gətiriləcəkdi. Layihənin icrası tam 6 il sürüb və bu iş üçün Birləşmiş Ştatlar 500 milyon dollar xərcləyib. Hansı ki, o illərdə bu qədər vəsaitlə ABŞ 2-3 təyyarədaşıyan gəmi tikə və ya Aya göndəriləcək kosmik raket inşa edə bilərdi. 

Ancaq məsəl var: sən saydığını say, gör fələk nə sayır. Sualtı qayığın səthə çıxarılması prosesində çox böyük çətinliklər yaşanıb. MKİ-nin gəmidəki nümayəndələrindən olan Dave Şarp bildirir ki, əvvəla dənizdə hava şəraitinin və dəniz mühitinin sərtliyi üzündən təhlükə ilə üz-üzə qalıblar. Çünki belə vəziyyətlərdə gəmini mümkün batma təhlükəsindən xilas etmək lazım idi.

Qayığı dərinlikdən çıxarma zamanı daha böyük çətinliklər üzə çıxıb. Belə ki, əvvəla, qəş olduğundan mütəxəssislər yayın gəlməsini gözləyiblər. Ancaq o aylarda da Birləşmiş Ştatlarda dönəmin prezidenti olan Riçard Nikson sülh danışıqları aparmaq üçün Moskvaya getməli olur. Ona görə də danışıqlar gedən bir ərəfədə rusların bu işdən duyuq düşməməsi üçün prezidentin israrlı tələbi ilə qayığın çıxarılması işləri bir həftəlik təxirə salınır və Nikson Vaşinqtona dönəndən sonra gəmidə faəliyyət canlandırılır. 

D.Şarp bildirir ki, qayığı səthə çıxararkən okeandakı axıntılar səbəbindən əziyyət çəkiblər. Yəni kilometrlərcə dərinliyə endirilən dəmir zəncirləri axıntının gücündən düz qayığın üzərinə yönləndirmək vaxt alır. Nəhayət, zəncirlər qayığa bağlanılır və yuxarıya doğru çəkimə start verilir. 

Bu arada, Şarp deyir ki, qayıq çıxarılarkən suyun dibinə göndərilən cihazlardakı kameralar orada elmə məlum olmayan qəribə, üzəri pulla örtülü xərçəngə bənzəyən iri canlıları, köpəkbalığına oxşayan "ağ balıq"ı görüntüləyib. 

Bütün çətinliklərə baxmayaraq, sualtı qayıq çıxarılıb, amma səthə çıxaçıxda qayığı dartan vintlərdən biri qopur və qayığın çox böyük qismi yenidən sulara qərq olur. Yalnız qayığın qabaq hissəsi çıxarılır. MKİ mütəxəssisləri həmin an qayıqda altı sovet dənizçisinin cəsədini tapır. Ancaq ABŞ-ın əsas məqsədi olan qayıqdakı ballistik raketləri və orada olduğu güman edilən çox ciddi hərbi sirr və texniki dəlilləri əldə edə bilmir. Çünki onlar suya qərq olan qayığın əsas hissəsində əldən çıxır. Bu proses MKİ-nin tarixində “Soyuq müharibə" dövrünün ən böyük inqilabı" olaraq qalır. 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.06.2019
23.06.2019
Heydər Əliyev Fondu Qarabağ müharibəsi əlili üçün yeni ev tikib
Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq
YAP-ın Mərkəzi qərargahında AXC-yə həsr olunmuş “Son iclas” filminin təqdimatı keçirilib - FOTO
Ermənistan idmandan siyasi alət kimi istifadə edir - XİN
Mxitaryanla əlaqədar Azərbaycana və UEFA-ya ünvanlanan tənqidlər başadüşülən deyil - Ermənistan Boks Federasiyası
Nəqliyyat məsələləri üzrə 24 saat fəaliyyət göstərən qərargah yaradılıb - Mais Ağayev
Mayın 25-30-da bu şəxslər nəqliyyatdan ödənişsiz istifadə edəcək
348 qanunsuz miqrant saxlanılıb
“Azərişıq” güclü külək və dolu ilə əlaqədar qabaqlayıcı tədbirlər görür
Deputatlarımız Bişkekdə TÜRKPA-nın komissiya iclasında iştirak edəcəklər