Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Uşaq Şaxta babadan polisə şikayət etdi - GÜNÜN TƏZADLARI
Tarix: 27.12.2018 | Saat: 19:30:00
Bölmə:Günün təzadları | çapa göndər

Almaniyanın Tsetel şəhərində Şaxta babanın verdiyi hədiyyəni bəyənməyən 9 yaşlı uşaq polisə şikayət etdi. Hafta.az yazır ki, “Report”un “NDR.de”yə istinadən verdiyi xəbərə görə, uşaq polisə bildirib ki, Şaxta baba istədiyi Yeni il hədiyyəsini gətirməyib. Polis zabiti oğlanın arzuladığı hədiyyə siyahısını bəzədilmiş şamın altındakılarla müqayisə etdikdən sonra hədiyyələrin heç birinin uyğun gəlmədyini müəyyən edib. O, uşağı sakitləşdirmək üçün Şaxta babanın qocaldığını və yaddaşını itirdiyini, bu səbəbdən hədiyyələri dəyişik saldığını söyləyib.


Küçəyə tüpürənlərə qarşı 80 dollar cərimə təyin edildi


Qırğızıstanda İnzibati Qaydapozmalar Məcəlləsinə yeni bir maddə daxil edildi. Hafta.az Rusiya mediasına istinadla xəbər verir ki, dəyişikliyə əsasən, küçəyə tüpürənləri 5,500 som (təxm. 80 dollar) cərimə gözləyir. Bu vacib və ibrətamiz qərar 2019-cu ilin yanvarından etibarən qüvvəyə minəcək. 2016-cı ildən start verilən "Tukurbö" ("Tüpürmə") layihəsi qırğızıstanlılara küçələrə tüpürməyi tərgitməyi nəzərdə tutur. Bununla bağlı ölkədə hökumət, xüsusilə, Mədəniyyət Nazirliyi tərəfindən dəstəklənən müvafiq bir hərəkat da meydana gəlib.
2019-cu ildən etibarən Qırğızıstan sakinlərinə, həmçinin, sənaye tullantılarını və ağac yarpaqlarını yandırmaq da qadağan ediləcək . Və buna görə dördüncü kateqoriyalı cərimə -7,5 min som(təxm. 107,4 dollar) tətbiq ediləcək.


Xaricə qaçan korrupsioner 3 milyon avronu evdə unutdu


Rusiyanın “Qazprom Promqaz” şirkətinin keçmiş rəhbəri Aleksandr Karaseviç beynəlxalq axtarışa verildi. Bu barədə qərarı Rusiya İstintaq Komitəsi çıxarıb. Hafta.az Virtualaz.org-a istinadla xəbər verir ki, istintaqın gəldiyi qənaətə görə, Karaseviç regionların qazlaşdırılması layihəsini həyata keçirən zaman 2 milyard rubl (təxminən 30 milyon dollar) vəsaiti mənimsəyib. Nəticədə, nə regionlarda qaz, nə də ölkədə Aleksandr Karaseviç var. Maraqlıdır ki, xaricə qaçmış keçmiş məmurun evində kisələrə doldurulmuş 3 milyon avro tapılıb. Karaseviçin Rusiyadan qaçarkən bu pulları unutduğu güman edilir.


“Memar Əcəmi” stansiyasında vaqonun qapıları bağlanmadı


Cümə axşamı səhər saatlarında "Bakı Metropoliteni"nin "Memar Əcəmi" stansiyasında Dərnəgül-Həzi Aslanov istiqamətində gedən qatarda problem yarandı. Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun Trend-ə verdiyi məlumata görə, hadisə saat 08:05-də baş verib:"Dərnəgül-Həzi Aslanov istiqamətində hərəkət edən qatarın vaqonlarının birinin qapısında nasazlıq yaranıb. Bu səbəbdən maşinist təlimata uyğun olaraq sərnişinlərdən qatardan boşaldılmasını xahiş edib və qatar depoya göndərilib. Həmin qatarın əvəzinə xəttə əlavə qatar buraxılıb. İntervalda gecikmə yaranmayıb".


Robot pianoda düzgün ifa etdi


Kembric Universitetinin alimlərinin ixtira etdiyi robot mahircəsinə sintezatorda ifa edə bildi. Hafta.az Oxu.az-a istinadla xəbər verir ki, robotlaşdırılmış əl “Stratasys Connex 5000” 3D printerində çap olunub. Xammal olaraq insan sümükləri və əzələləri kopyalayan materiallardan istifadə edilib. Alınan bilək “UR5” robotuna bərkidilib. Tədqiqatçılar onu ən yaxşı variant hesab edir. Çünki onu “Python” dilində proqramlaşdırmaq daha asandır. İfa zamanı barmaqların elastikliyini artırmaq üçün sümüklər arasında olan bağların sərtlik dərəcəsi dəyişdirilib. Robot barmaqlarını qatlaya bilməsə də, sadə melodiyaları asanlıqla ifa edib.


6 yaşlı oğlanı əkiz bacısıyla evləndirdilər


Taylandda altı yaşlı əkizlər ər-arvad oldular. Hafta.az-ın Musavat.com-a istinadla verdiyi xəbərə görə, bununla bağlı “Daily Mail” nəşri məlumat yayıb. Bildirilib ki, bunun üçün uşaqların valideynləri təntənəli mərasim təşkil ediblər. Ancaq toyun heç bir hüquqi əsası yoxdur. Valideynlərin sözlərinə görə, uşaqlar böyüdükdən sonra özlərinə yar tapa biləcəklər.
Taylanddakı qədim etiqadlara əsasən, müxtəlif cinslərdən olan əkizlər keçmiş dünyada bir-birini sevən, ancaq bunu müəyyən etməyə imkan tapmayan şəxslərdir və onları bu yolla “karma”dan azad edirlər. “Toyu təşkil etməyimizdə məqsəd onların bu dünyaya gəlməmişdən əvvəlki problemlərini həll etməkdir. Əgər evləndirsək, onlar xoşbəxt və sağlam olacaqlar”, - uşaqların atası Amornsan Santorn Malirat deyib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.01.2019
17.01.2019