Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycanda sürücüsüz avtobusların işləyəcəyi bilindi - GÜNÜN TƏZADLARI
Tarix: 28.12.2018 | Saat: 20:00:00
Bölmə:Günün təzadları | çapa göndər

Azərbaycanda, konkret olaraq Bakı şəhərində şəhərdaxili sərnişindaşımada sürücüsüz nəqliyyat vasitələrindən istifadə olunmasına başlanılması planlaşdırıldığı bəlli oldu. Hafta.az “Report”a istinadla xəbər verir ki, bu, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün” Dövlət Proqramında nəzərdə tutulub. Belə ki, 2019-2023-cü illərdə ölkədə avtonom (sürücüsüz) nəqliyyat vasitələrindən şəhərdaxili sərnişindaşımada, habelə əyləncə-turizm məqsədilə istifadə üçün pilot ərazilərin təyin edilməsi və burada həmin nəqliyyat vasitələrinin hərəkətinin təşkili məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi və digər təşkilati-hüquqi məsələlərin həlli ilə bağlı təkliflərin hazırlanması aidiyyəti dövlət qurumlarına tapşırılıb.

Prezident İlham Əliyev təsdiqlədiyi Dövlət Proqramı ilə qeyd edilən işlərin icraçısı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir. Bu iş üzrə digər icraçı qurumlar sırasına Daxili İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Bakı Nəqliyyat Agentliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi daxildir.


İki işsiz birləşib körpünü oğurladı


Ulyanovsk vilayətində 2 işsiz şəxsə Karsunski rayonunun Peski kəndində yerləşən bir körpünü oğurladıqları üçün cinayət işi açıldı. Hafta.az Rusiyası mediasına istinadla xəbər verir ki, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 24-də Qarsun rayon administrasiyasının rəhbəri polisə müraciət edib. Onun sözlərinə görə, ərazidəki Barış çayı üzərində piyada körpüsü sökülüb və oğurlanıb. Oğurlanmış materialların dəyəri 407 min rubl təşkil edir. Cinayətkarlar elektrik kəsicisinin köməyi ilə körpünün metal hissəsini kəsərək maşınla aparıblar. Onlar metalların bir hissəsini sataraq 1,8 min rubl qazanıblar. Artıq polis şübhəlilərin şəxsiyyəti müəyyən olunub. Onlar Karsun rayonunun 47 və 57 yaşlı işsiz sakinləri olub. Oğurluqla əlaqədar müvafiq maddə üzrə cinayət işi qaldırılıb.


Bakı metrolarında 4 gün konsert veriləcəyi bəlli oldu


“Bakı Metropoliteni” QSC-nin yeni ilin astanasında sərnişinlərinə təqdim etdiyi bayram sürprizlərindən birinin də konsert proqramı olacağı bəlli oldu. Hafta.az yazır ki, “Bakı Metropoliteni”ndən “Report”a verilən məlumata görə, bu proqram Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə dekabrın 30-dan yanvarın 2-nə kimi sərnişin axınının çox olduğu və şəhər mərkəzində yerləşən stansiyaların vestibüllərində təqdim ediləcək. Konsertin təşkilində əsas məqsəd metropolitendən istifadə edən şəhər sakinləri və qonaqlarının bayram ovqatını yüksəltməkdir. Musiqi proqramına milli və klassik musiqi nümunələri daxil edilib. Canlı musiqi milli muğam üçlüyü, dünya və Azərbaycan klassik musiqi nümunələrini ifa edəcək kvartet tərəfindən “İçərişəhər”, “Sahil”, “28 May”, ”Elmlər Akademiyası” stansiyalarında “İçərişəhər” stansiyası saat 11:00 - 12:30-da, “Sahil” stansiyası saat 12:00 - 13:30-da, “28 May” stansiyası – 13:00 - 14:30-da, ”Elmlər Akademiyası” stansiyasında isə saat 14:00 -15:30-da göstərilən saatlarda səsləndiriləcək.

 

Beyləqanda 4 minaatan mərmisi tapıldı


Beyləqan rayonunda 4 ədəd 60 mm-lik minaatan mərmisi tapıldı. Hafta.az yazır ki, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) "Report"a verilən məlumata görə, dekabrın 27-si saat 14:23-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Beyləqan rayonu, İkinci Aşıqlar kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub. Agentliyin mütəxəssisləri və Beyləqan rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə yol kənarına baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 4 ədəd 60 mm-lik minaatan mərmisi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Minaatan mərmilərin ətrafında 1 000 kv.m ərazi yerüstü və 150 kv.m ərazi isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.


Taksi sürücüsü məşhur ifaçını turist hesab etdi və...


Türkiyənin tanınmış piano ifaçısı Anjelika Əkbər taksi sürücüsünün kələyi ilə üzləşdi. Hafta.az-ın BAKU.WS-ə istinadla məlumatına görə, pianoçu A. Əkbər Taksimdən Hərbiyə getmək üçün taksiyə əyləşib. Taksi sürücüsü onu turistlə səhv saldığından ondan qısa məsafə üçün 20 avro ödəniş istəyib. Anjelikanın "Nə danışırsınız, ora çox yaxındır" deməsindən sonra taksi sürücüsü çox utanıb və məkandan uzaqlaşıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.03.2019
20.03.2019
19.03.2019