Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Əməkdar artist Timur Əsgərov şahzadə Dezire obrazını canlandıracaq
Tarix: 29.12.2018 | Saat: 19:16:00
Bölmə:Mədəniyyət | çapa göndər

2019-cu il yanvarın 6-da Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının “Mariya-2” səhnəsində Pyotr Çaykovskinin “Yatmış gözəl” baleti nümayiş etdiriləcək.

Hafta.az teatrın saytına istinadla xəbər verir ki, səhnə əsərində şahzadə Dezire obrazını Azərbaycanın Əməkdar artisti Timur Əsgərov ifa edəcək.

Tamaşanın Mariya Teatrında premyerası 1890-cı ildə Marius Petipanın xoreoqrafiyasında olub.

T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. O, 2011-ci ildən Mariya Teatrında fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 1 fevral tarixli Sərəncamı ilə T.Əsgərov Gənclər üçün Prezident Mükafatına layiq görülüb. Gənc balet artisti 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində görkəmli bəstəkar Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. O, Mariya Teatrının truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.03.2019
17.03.2019