Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Yeni ildə Ermənistanda vergilər artırılıb - bu dəfə də 11 faiz
Tarix: 03.01.2019 | Saat: 12:58:00
Bölmə:İrəvandan xəbər var | çapa göndər

2019-cu ildən Ermənistanda yeni vergilər tətbiq olunub. Hökumət bəzi mal və xidmətlərə olan vergiləri artırıb, bir sıra məhsullara isə aksiz vergisi tətbiq olunub.

Hafta.az tert.am-a istinadla xəbər verir ki, yeni ildə spirtli içkilər və siqaretə tətbiq olunan aksiz vergiləri artırılıb. Araq üçün alınan aksiz vergisi 73 faizdən 84 faizə, siqaretlərin hər min ədədi üçün vergi isə 15 dollardan 17,24 dollara qaldırılıb.

Bundan başqa, tərkibində yüksək miqdarda şəkər olan içkilərə də 10 faiz həcmində aksiz vergisi tətbiq olunacaq.

Mühərrikinin həcmi 300 at gücündən çox olan avtomobillər üçün vergilər də 3 dəfə artırılıb. Ermənistan hökuməti bunu ekoloji məqsədlə etdiyini açıqlasa da, ekspertlər artımın büdcə kəsirini doldurmaq üçün ediləcəyini bildirirlər. Maliyyə Nazirliyi daşınmaz əmlak üçün vergilərin artırılması istiqamətində iş aparıldığını da bəyan edib.

Ekspertlərin əksəriyyəti bildirib ki, yeni ilin ilk aylarında Ermənistanın yeni hökumətinin seçkiqabağı populist vədlərinin çoxunun real olmadığı məlum olacaq.

Qeyd edək ki, ötən ilin əvvəlində də vergilər 11 faiz həcmində artırılmışdı. 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.03.2019
20.03.2019
19.03.2019