Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Rəsulzadə qəsəbəsinin keçilməz yolları - REPORTAJ
Tarix: 03.01.2019 | Saat: 18:30:00
Bölmə:Reportaj | çapa göndər

Bakının elə yaşayış massivləri vardır ki, məhəllədaxili yollar yağışlı, yollar bərbad vəziyyətə düşür. Belə yerlərdən biri də Binəqədi rayonu Rəsulzadə qəsəbəsi, “Stoydetal” (“Baksol”) yaşayış massividir. 

Adıçəkilən yaşayış sahəsinə marşrut işləmədiyindən, “Zəngəzur” Şadlıq Evinə kimi piyada gəldik. Yolda dayanıb müştəri gözləyən taksi sürücüləri dedilər ki, sözügedən Yaşayış Massivində, təxminən, 40 mindən yuxarı əhali yaşayir. 15 ildən çoxdur, massivə marşrut avtobusu işləmir. Buna səbəb məhəllədaxili yolların acınacaqlı durumda olmasıdır. Füzuli adlı sakin 13 ildir, burada yaşadığını dedi: “Bir balaca yağış olan kimi, yollarımızı su basır. Asfaltlanmadığından, yollarda dərin çalalar əmələ gəlib. Palçıq və çirkli su dizə çıxır. Taksi sürücülərini qınamaq olmur. Çalalar dərin olduğundan, avtomobillərinin altı yerə dəyir və xarab olaraq gölməçəliyin içində qalır. Üç azyaşlı uşağıma bilet almışam, istəyirəm ki, şəhərə yolka şənliyinə aparım. Aprel-may ayına qədər yollarımız bu vəziyyətdə olacaq. Yağışlı günlərdə ancaq traktor və KAMaz maşınlarla bu yollardan keçib-getmək olur. Əksər sakinlər məcbur olub uzunboğaz rezin çəkmə geyinib, hər gün bu yoldan keçib işə gedib gəlirlər. Yollarımız bu vəziyyətdə olduğundan və yaşayış massivində uşaq bağçası, məktəb olmadığından, məcbur qalıb Sabunçu rayonunun Bakıxanov qəsəbəsində ev tutub kirayədə qalırıq. Axı dövlət yolların təmiri üçün külli miqdarda vəsait ayırıb. Amma yollarımız necə var, elə də təmirsiz qalıb”.

 

Bəsti Bayramova adlı sakin yaşayış tərzinin acınacaqlı olduğundan şikayətləndi. Onun sözlərinə görə, hər gün rezin çəkmə geyinib suya-palçığa bata-bata bir kilometr yolu piyada gedib-gəlir: “Bayramdır, beş gün evdəyik. İstəyirik ki, bir qohumun evinə qonaq gedək, uşaqlarımızı Yeni il şənliyinə aparaq. Amma yollarımız keçilməz olduğundan, qəsəbənin mərkəzinə kimi gedə bilmirik. Palçıqlı günlərdə uşaqlarımız aylarla məktəbə gedib-gələ bilmirlər. Çünki massivin yollarından keçmək üçün qayıq lazımdır”.
Sakinlər Binəqədi Rayon İcra Hakimiyyətinin iki-üç kilometr uzunluğunda olan massivə gələn yolu təmir etdirmədiyini söylədilər. Sakinlər onu da bildirdilər ki, evlərinin yaxınlığında ağlay daşları kəsən daş sexi fəaliyyət göstərir. Gecə saat 2-3 radələrində KAMaz maşınlarla ağırtonlu daşları gətirib sexin ərazisinə tökürlər. Qulaqbatırıcı səsdən uşaqlar yuxudan ayılaraq qorxuya düşürlər.
Sakinlər dedilər ki, bu barədə aidiyyəti qurumlara dəfələrlə müraciət ediblər. Adıçəkilən qurumların cavabı bu olur ki, səbir eləyin, yollarınız təmir ediləcək. Ancaq nə zaman, konkret bir vaxt deyilmir. Ümid edirik, bu məsələ aidiyyəti qurumlar tərəfindən tez bir zamanda həll edilər.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.03.2019
24.03.2019
23.03.2019
22.03.2019