Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycanda qadın anasının yasından selfi paylaşdı- GÜNÜN TƏZADLARI
Tarix: 03.01.2019 | Saat: 19:15:00
Bölmə:Günün təzadları | çapa göndər

Azərbaycanda yas yerindən videoselfi edərək sosial şəbəkələrdə paylaşdılar. Hafta.az yazır ki, bu haqda videonu Xezerxeber.az yayıb. İnsanlarin gündəlik həyatlarında baş verənləri çəkib sosial şəbəkələrdə paylaşmaq artıq adi hala çevrilib. Bu hal, hətta o dərəcədə adiləşib ki, adamlar yas yerlərindən belə, şəkil və ya video ilə selfi edib öz kədərlərini sosiallaşdırırlar.

Məsələn, vətəndaşlardan biri anasının yas yerindən videoselfi edib. O, "Qoy duysun hamı... Anamın öldüyünü hamı bilsin...Onu gəlib aparmaları üçün hazırlıq görürəm...", –deyə selfi edərək paylaşıb.


Gənc qız prezidentə atasından şikayət etdi


Türkiyədə gənc qız prezident Rəcəb Tayyib Ərdoğana yaxınlaşaraq, ondan qeyri-adi arzusunu yerinə yetirməsini istədi. Hafta.az-ın verdiyi xəbərdə belə deyilir. Ərdoğanın bu istəyə reaksiyası gülüşə səbəb olub. Gənc qız Ərdoğandan evə gecə gələndə atasının əsəbiləşməməsini deməyini istəyib. Ancaq bu istəyə təəccübünü gizlətməyən Ərdoğan qıza evə çox gec gəlməməyi məsləhət görüb.


Türkiyədə 3 metr qar yağdı


Türkiyədə yağan güclü qar bəzi fəsadlara yol açdı. Hafta.az Dəyərlər.org-a istinadla bildirir ki, qarın qalınlığı bəzi yerlərdə üç metrə çatıb. Ən çox yağıntı Hakkari bölgəsinin Yüksekova rayonuna düşüb. Bəzi kəndlərlə əlaqə kəsilib. Müvafiq qurumlar qartəmizləyən maşınlarla həmin kəndlərlə əlaqəni bərpa etməyə çalışırlar.


Kriminal mövzuda yazan jurnalistin evi yarıldı


Teleqraf.com saytının müxbiri Hacı Zeynalovun Abşeron rayonunda evi qarət edildi. Hafta.az-ın Musavat.com-a istinadla yaydığı xəbərdə deyilir ki, Saray qəsəbəsində olan fərdi evdən “Grundig” markalı televizor, ətçəkən maşın, pul və rəsmi sənədlər oğurlanıb. Ümumilikdə, jurnalistə 1 425 manat ziyan dəyib. Oğurluqla bağlı jurnalist Daxili İşlər Nazirliyinin "102 zəng” xidmətinə məlumat verib. Hadisə yerinə Abşeron Rayon Polis İdarəsinin müstəntiqi, kriminalistlər və sahə müvəkkili gəliblər. Müvafiq müayinə aparılıb, jurnalistin ifadəsi alınıb.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla oğurluq törətmək) və 326-cı (rəsmi sənədləri, ştampları, möhürləri talama və ya məhv etmə) maddələri ilə cinayət işi başlanıb.
Qeyd edək ki, Hacı Zeynalov uzun illər müxtəlif mətbuat orqanlarında çalışıb. O, əsasən kriminal mövzularda yazır.


Sosial mediadakı mübahisə dükanda dava ilə yekunlaşdı


Türkiyədə gənc qızlar arasında öncə sosial mediada başlayan dava bir müddət sonra gerçəyə döndü. Hafta.az yazır ki, Musavat.com bu barədə Türkiyə mediasına istinadla məlumat verir. İddiaya görə, C.Ş. adlı qız sosial media hesabında başqa bir qızla mübahisə etməyə başlayıb. Bu hadisədən bir müddət sonra isə onlar təsadüfən bir geyim dükanında qarşılaşıblar.
Belə ki, hər iki xanım sosial mediada sonlandıra bilmədikləri məsələni burada həll etməyə çalışıblar. Aralarındakı sözlü mübahisə daha sonra yumruqlarla və təpiklərlə müşayiət edilən davaya çevrilib.


Zevs mağarası turisti uddu


Türkiyədə – Aydının Quşadası rayonunda gənc turist faciəvi şəkildə öldü. Hafta.az Oxu.az-a istinadla xəbər verir ki, Yeni ili qeyd etmək üçün Hindistandan bu ölkəyə gələn 22 yaşlı Kartık Şarma dostları ilə getdiyi Zevs mağarasında boğularaq həyatını itirib. O, axşam saatlarında dostları ilə birlikdə Gözəlçamlı məhəlləsindəki Zevs mağarasına gedib. Üzə bilmədiyi deyilən gənc turist mağaradakı suya girib və az sonra qərq olub.
Dostları onun yoxluğunun fərqinə vararaq dərhal kömək çağırıblar. Aidiyyəti orqanlar onun cansız bədənini sudan çıxarıblar. Onun meyiti morqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.01.2019
17.01.2019