Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Baş prokurorluqda Elmar Vəliyevə sui-qəsddən danışıldı
Tarix: 04.01.2019 | Saat: 17:42:00
Bölmə:Gündəm | çapa göndər

Yanvarın 4-də Baş Prokurorluqda 2018-ci ildə prokurorluğun mərkəzi aparatı tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Müşavirədə çıxış edən Baş prokuror Zakir Qaralov 2018-ci il prokurorluq orqanları üçün də uğurlu hesabat dövrü olub.

Qeyd edilib ki, 2018-ci ildə də ölkədə korrupsiya və rüşvətxorluğa qarşı kəsərli mübarizə aparılıb.

“Hesabat dövründə Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun peşəkar əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilmiş tədbirlərlə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində böyük ictimai rezonansa səbəb olan bir sıra cinayət işlərinin istintaqı müvəffəqiyyətlə aparılmışdır. Bu işlər sırasında radikal dindar Yunis Səfərovun iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısına və polis əməkdaşına qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, həmçinin ölkəmizin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, terrorçuluq və sair xüsusilə ağır cinayət əməlləri törətdiklərinə görə istintaq edilən iş üzrə ümumilikdə, mütəşəkkil dəstənin üzvləri olan 18 nəfərin təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbirlərinin seçilməsi təmin edilmiş, həmçinin 11 nəfər təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində beynəlxalq axtarış elan olunmuşdur. Hazırda cinayətlərin törədilməsinə aidiyyəti olan bütün şəxslərin və cinayət xarakterli bütün xüsusatların müəyyənləşdirilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bundan başqa, Yunis Səfərovun müdafiəsi adı altında radikal dini yönümlü bir qrup şəxs tərəfindən Gəncə şəhər icra hakimiyyətinin inzibati binasının qarşısında zorakılıq aktları, hakimiyyət nümayəndələrinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaş törədilməsi, xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşının qəsdən öldürülməsi və sair faktlar üzrə ibtidai istintaqı aparılan cinayət işi üzrə 59 nəfər təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində həbs qətimkan tədbiri seçilmiş, 1 nəfər barəsində isə həbsli axtarış elan olunmuşdur.

Həmin cinayət işindən 36 şəxs barəsində 4 cinayət işi ayrıca icraata ayrılaraq baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş, hazırda cinayət işi üzrə digər şəxslər barəsində istintaq davam etdirilir.

Cinayətkarlığa qarşı mübarizə sahəsində terrorçuluq, müxtəlif xarakterli ekstremizm təzahürlərinə qarşı həyata keçirilən mübarizə tədbirləri də diqqət mərkəzində saxlanılmaqla yanaşı, cinayəti doğuran səbəb və şəraitin aşkarlanaraq müvafiq qabaqlayıcı tədbirlərin görülməsi təmin edilmişdir”,-deyə müşavirədə bildirilib.


Baş prokuror dövlət ittihamının müdafiəsi zamanı neqativ hallara yol vermiş əməkdaşlar barəsində ciddi tədbirlər görülməsi, eləcə də bu sahədə əsaslı dönüş yaradılmasına dair konkret tapşırıqlar verib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.01.2019
15.01.2019