Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Ağdamda köçkün qəsəbə sakinləri ilə səyyar qəbul-görüş keçirilib
Tarix: 04.01.2019 | Saat: 18:30:00
Bölmə:Sosial | çapa göndər

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun Birinci Baharlı və İkinci Baharlı köçkün qəsəbə sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib. “Həftə içi”nin verdiyi xəbərə görə, hüquq-mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin də iştirak etdiyi görüşdə rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb.

Çıxış edən icra başçısı ölkə prezidenti İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür səyyar qəbul-görüşlərin önəmli olduğunu bildirib.
Qəsəbə sakinlərindən Akif Qurbanov, Sahib Ağayev, Əfruz İsgəndərova, Tofiq Məmmədov, MaytəvanŞirinova, Mehriban Zeynalova və başqaları əhalinin həyat şəraiti, ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, köçkün qəsəbələrin daim diqqət mərkəzində saxlanılmasından, razılıqlarını ifadə edərək bəzi problemlərinin olduğu barədə də məlumat veriblər. Sakinlər çıxışlarında qəsəbədə içməli suya, qəsəbəyə gedən yolun və qəsəbədaxili yolların təmir olunmasına, işlə təminat, telefon çəkilişi, sosial məsələlər və digər problemlərinin həllinə ehtiyac olduğu diqqətə çatdırılıb.
Başçı Vaqif Həsənov vətəndaşların qaldırdıqları məsələlərin bir hissəsini yerindəcə həll edib, digərlərinin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verib və onların həlli prosesini nəzarətə götürüb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.03.2019
24.03.2019
23.03.2019
22.03.2019