Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Bu il müşahidə edəcəyimiz dəyişikliklər ölkəmizi daha da qüdrətləndirəcək” - Ekspert
Tarix: 05.01.2019 | Saat: 11:15:00
Bölmə:İqtisadiyyat | çapa göndər

“2019-cu il iqtisadi inkisafda yeni mərhələ ili olacaq. Çünki indiyədək ölkədə həyata keçirilən iqtisadi islahatlar ancaq bunu deməyə əsas verir. Biz bu il xeyli yeniliklərin şahidi olacağıq ki, həmin dəyişikliklər ölkəmizin daha da qüdrətlənməsinə, inkişafına zəmin yaradacaq”. Bunu hafta.az-a Prezident İlham Əliyevin “Rossiya 24” kanalına müsahibəsində Azərbaycanda həyata keçirilən islahatların xeyli hissəsinin özünü 2019-cu ildə göstərəcəyi barədə fikirlərini şərh edərkən iqtisad elmləri doktoru Fikrət Yusifov bildirib.

Onun sözlərinə görə, dövlət başçısının fikirlərinin kökündə dayanan əsas məqam bundan ibarətdir ki, 2019-cu ildə iqtisadi səhədə daha surətli islahatlar aparılacaq: “Bəllidir ki, ötən il vergi qanunvericiliyinə edilən dəyişikliklər bu il qüvvəyə minib. Bu dəyişikliklərin mahiyyəti ondan ibarətdir ki, 2019-cu ildə iqtisadiyyatın real sektoru, yəni vergi sektoru daha çox inkişaf etsin. Eyni zamanda onun kölgədə olan hissəsi, yəni qeyri-leqal fəaliyyət göstərən hissəsi legal fəaliyyətə qayıtsın. Bu istiqamətdə çox ciddi addımlar atılacaq. Onu da qeyd edim ki, sahibkarların, iş adamlarının ödədiyi vergi yükü 2 dəfəyə qədər azaldılıb. Həmçinin özəl sektorda çalışan insanların ödədiyi vergi yükündə çox ciddi dəyişikliklər baş verib. Məsələn əmək haqqından tutulan verginin 8 min manata qədər hissəsinin 14 faiz gəlir vergisindən azad olunması hesabına 2019-cu ildə ölkə büdcəsi 300 milyon manatdan yuxarı vəsait itkiyə məruz qalacaq. Amma bu itkiyə baxmayaraq dövlət qeyri-neft sektorunun surətli inkişafını təmin etmək və onun fəaliyyətini leqallaşdırmaq məqsədi ilə bu addımı atdı.

Bu dəyişikliklərin mahiyyəti ondan ibarətdir ki, növbəti ildə iqtisadiyyatın real sektoru, yəni vergi sektoru daha çox inkişaf etsin. Eyni zamanda, hökumət bilir ki, fəaliyyətin kölgədə olan hissəsinin leqallaşması hesabına kifayət qədər vergi bazası genişlənəcək. Vergi bazasının genişlənməsi isə növbəti ilin dövlət büdcəsində baş verəcək itkiləri dəfələrlə qarşılaya biləcək. Yəni büdcəyə itkidən dəfələrlə çox vəsaitlərin daxil olması baş verəcək.Bütün bu addımların atılmasında əsas məqsəd təbii ki, həm iqtisadiyyatın qeyri-neft sektoruna surətli inkişafını təmin etmək, həm də sahibkarlıq, biznes mühitinin tam olaraq legallaşdırmaqdır. Nəticə etibarı ilə dövlət bu yolla qeyri-neft sektorunun xüsusi payını ümumi iqtisadiyyatda optimallaşdırmaq və ölkə iqtisadiyyatının neftdən asılılığını müəyyən səviyyəyə qədər endirməkdir istəyir.
Hesab edirəm ki, bu ildə iqtisadiyyatda daha üstün nəticələrə nail olacağıq. Xüsusən də qeyri-neft sektorunda daha yaxşı nəticələrin əldə olunmasını gözləyirəm”.
Ekspert həmçinin vurğulayıb ki, bu il ölkə iqtisadiyyatının neftdən asılılğının azalmasında yük daşıma tranzitlərinin də xüsusi rolu olacaq: “Məlum məsələdir ki, bu gün Azərbaycan bölgənin ən böyük tranzit yük daşımalar məkanına çevrilib. Bu statusun bərqərar olunmasında Azərbaycanın reallaşdırdığı nəhəng regional layihələrin rolu kifayət qədər böyükdür. Bu layihələrə Şimal-Cənub Nəqliyyat Dəhlizini, Dəmir yolunun yenidən qurulmasını, Bakı-Astara-Rəşt dəmir yolunu, Bakı-Tbilisi-Qars yeni dəmir yolunu və s. misal demək olar. Bütün bunlar Azərbaycanın böyük tranzit məkanına çevrilməsini şərtləndirən əsas məqamlardır.

Həmçinin Ələt Beynəlxalq ticarət dəniz limanının istifadəyə verilməsi ölkənin üzərindən daşınan iqtisadi yüklərin həcminin kifayət qədər artmasına kömək edir.
Məsələn, ötən ilin 9 ayında təkcə Şimal-Cənub Nəqliyyat Dəhlizi vasitəsilə yüklərin həcmi başqa yüklərin həcmindən 100 dəfələrdən çox artıb. Bu o deməkdir ki, adışəkilən istiqamətdə yüklərin daşınmasında maraqlı tərəflər kifayət qədər çoxdur. Bu da ölkəmizə kifayət qədər valyuta axınını təmin edəcək. Yəni ölkə iqtisadiyyatının neftdən asılılğının azalmasında yük daşıma tranzitlərinin də xüsusi rolu olacaq”.
Xatırladaq ki, Prezident İlham Əliyev “Rossiya 24” kanalına müsahibəsində 2019-cu ildə ölkəmizin daha da inkişaf edəcəyini bildirib. Dövlət başçısı vurğulayıb ki, həyata keçirdiyimiz islahatların xeyli hissəsi özünü 2019-cu ildə göstərəcək: “Biz Azərbaycan iqtisadiyyatının transformasiyası prosesini bitiririk. Buna görə də düşünürəm ki, iqtisadi inkişaf cəhətdən bütün planlar reallaşdırılacaq. Dövlət büdcəsi də artıq qəbul olunub. O, həmişəki kimi sosialyönümlüdür. Buna görə də bütün sosial proqramlar həyata keçiriləcək”.
“2018-ci ildə Azərbaycan iqtisadiyyatı stabilliyini qoruyub saxlaya bildi, eyni zamanda iqtisadiyyatda artım qeydə alındı. Azərbaycan iqtisadiyyatının 2018-ci ildə təxminən 1 faizdən çox artması 2017-ci ildə əldə edilən stabillikdən sonra iqtisadi inkişafın bərpası kimi baza artım olaraq xarakterizə olunur. Çünki növbəti illərdə Azərbaycan daha yüksək iqtisadi artım əldə edə biləcək”. Bu fikirləri isə İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib.

V.Bayramov bildirib ki, beynəlxalq maliyyə qurumlarının proqnozuna əsasən 2019-cu ildə Azərbaycan iqtisadiyyatındakı artım tempi 3,6 faizə qədər yüksələcək. Onun sözlərinə görə, 2018-ci il Azərbaycan və region üçün əhəmiyyəti olan bir sıra beynəlxalq layihələrin reallaşması ilə yadda qaldı.
“Cənub Qaz Dəhlizinin açılışının 2018-ci ilə təsadüf etməsi, eləcə də bu dəhliz vasitəsi ilə mavi qazın Türkiyə bazarına ötürülməsi cari ilin iqtisadi baxımdan ən yadda qalan hadisələrindən biri oldu. Praktiki olaraq Cənub Qaz Dəhlizinin Avropa hissəsinin də inşaatı başa çatmaq üzrədir və Azərbaycan bu dəhliz vasitəsi ilə Türkiyəyə əlavə olaraq 8 milyard kubmetrə yaxın mavi qaz, Avropaya birinci mərhələdə 10 milyard, ikinci mərhələdə isə 20 milyard kubmetrdən artıq mavi qaz nəql edəcək. Bütövlükdə Cənub Qaz Dəhlizi vasitəsi ilə Avropa və Türkiyəyə ötürüləcək mavi qazın həcmi 31 milyard kubmetr olacaq. 2018-ci ildə eyni zamanda qeyri-neft sektorunda da bir sıra layihələr reallaşıb. Belə ki, sənaye parklarının açılması xüsusən regionlar üçün əhəmiyyətli olan layihələrin icrası kimi xarakterizə olunur. Ümumilikdə isə, 2018-ci il əvvəlki ildə əldə edilən stabilliyin iqtisadi artıma çevrilməsi ili kimi yadda qaldı. Bu növbəti illərdə daha sürətli iqtisadi artım üçün baza formalaşdırır”-deyə, ekspert qeyd edib.

Sevinc



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.06.2019
23.06.2019
22.06.2019