Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Həftənin “rəqqas prezidenti” - HƏFTƏ REYTİNQ
Tarix: 04.01.2019 | Saat: 20:00:00
Bölmə:Həftə-Reytinq | çapa göndər

Belarus Prezidenti Aleksandr Lukaşenko Müstəqillik Sarayında keçirələn Yeni il gecəsinə qatıldı. Gecədə təhsildə, yaradıcılıqda və idmanda uğur qazanan 300 məktəbli və tələbə iştirak edib. Lukaşenko tədbirdə çıxış edib, gənclərin ölkənin taleyindəki roluna toxunub, hər kəsi təbrik edib. Daha sonra isə rəqs başlayıb və Lukaşenko “Miss Belarus-2018” gözəllik yarışmasının qalibi Mariya Vasilyeviçlə rəqs edib.


Həftənin “ermənisevəri”


İran Prezidenti Həsən Ruhani Yeni il və Müqəddəs Milad bayramı münasibətilə ölkəsində yaşayan xristianları təbrik etdi. Hafta.az Virtualaz.org-a istinadla bildirir ki, Ruhani İran-İraq müharibəsi zamanı ölən ermənilərdən biri – Alfred Qabrinin ailəsini ziyarət edib.


Həftənin “prezident mahnısı”


Yazıçı və tərcüməçi Turqay Evrən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana mahnı həsr etdi. “Erdoğan, A Tall Man” (Ərdoğan, uzun adam) adlı mahnı AKP-nin (Ədalət və İnkişaf Partiyası) sosial media hesablarında paylaşılıb. “Ərdoğanın həyatını və məzlumlar üçün verdiyi mücadiləni bütün dünyaya nümayiş etdirən ingiliscə mahnımızı bəyənməyinizi diləyirəm”, - mahnının müəllifi sosial media hesabında yazıb. Mahnının klipində Ərdoğanın gəncliyindən və siyasi karyerasından fotolar yer alıb.


Həftənin “Hitleri”


“Le Mond” Fransa prezidenti Emmanuel Makronu faşist Almaniyasının lideri Adolf Hitlerlə müqayisə edən şəkil paylaşdı. Jurnalın üz qabığında yer alan foto-kollaj ciddi etirazla qarşılaşıb. Qırmızı xətti keçdiyini anlayan jurnal üzr istəmək zorunda qalıb. Bir aydan çoxdur ki, hər həftə sonu Fransada, xüsusilə Parisdə “sarı jiletlilər”lə polis arasında ciddi qarşıdurma baş verir. Fransız mediası etirazçılara qarşı sərt mövqe sərgiləyən Fransa prezidentindən məmnun deyil. Ona görə də yerli media prezidenti kəskin şəkildə tənqid edir. Bəzən həddi aşanlar da olur. “Le Mond” buna nümunə sayıla bilər. Bu məsələ ilə bağlı dartışmalar sosial şəbəkələrdə davam etdirilib. Bəzilərinə görə, Emmanuel Makronu Karl Marks və ya bolşeviklərin lideri Leninlə müqayisə etmək daha doğru olardı.


Həftənin “əxlaqsız prezidenti”


Filippinin qəddarlığı ilə ad qazanmış prezidenti Rodriqo Duterte keçmişdə qadın xadiməyə sataşdığını etiraf etdi. Duterte bunu vətəndaşlara torpaq paylanması münasibətilə təşkil olunan mitinqdə söyləyib. Onun sözlərinə görə, o, həmin hərəkəti məktəbli vaxtında, yatan bir təmzlikçi qadına qarşı edib. Hətta prezidentin ictimaiyyətlə əlaqələr ofsi nitq mətnində onun bu hərəkətlərin sözlə təsvirinə belə yol verib. Rodriqo Duterte uşaq vaxtı kilsədə tövbə edərkən keşiş tərəfindən sataşmaya məruz qaldığını və bu vəziyyətin Filippində hər uşağın başına gələ biləcəyini bildirib. Sonradan gələn təpkilər səbəbindən Dutertenin mətbuat katibi Salvador Pinedo prezidentin danışdığı hekayəni özündən uydurduğunu söyləyməyə məcbur olub.
Lakin Filippinin insan hüquqları təşkilatları prezidentin “zarafatını” ciddi qəbul ediblər. Ölkənin “Qabriela” adlı qadın hüquqları təşkilatı dövlət başçısını istefaya çağırıb.


Həftənin “instaqramçısı”


“Yuventus”un və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldunun “Instagram” sosial şəbəkəsindəki hesabı 150 milyon izləyici topladı. 33 yaşlı futbolçu izləyicilərinin sayına görə dünyada bu rəqəmə çatan ilk insandır. Ronaldu bu baxımdan amerikalı müğənni və aktrisa Selena Qomesi (144,5 milyon izləyici) qabaqlayaraq liderlik mövqeyini qoruyub.
Futbolçular arasında “Instagram” izləyicilərinin sayına görə K.Ronalduya ən yaxın olanlar Braziliya yığmasının və “PSJ”nin hücumçusu Neymar (108 milyon) və Argentina yığmasının və “Barselona”nın hücumçusu Lionel Messidir (105 milyon).

 

Həftənin “qız atası”


Yeni ilin gəlməsinə bir neçə saat qalmış Emin Ağalarov və 32 yaşlı həyat yoldaşı Alyona Qavrilovanın qızı dünyaya gəldi. Emin Ağalarovun ikinci həyat yoldaşının hamilə olması xəbəri onların ötən yay keçirilmiş təmtəraqlı toylarından sonra yayılmışdı. Alyona Qavrilovanın iş adamı Rüstəm Tariko ilə ilk evliliyindən bir oğlu var.


Həftənin “inək qatili”


Lənkəran rayonunda tükürpədici hadisə baş verdi. Kənd sakini həmkəndlisinin inəyini amansızlıqla öldürüb. Hadisə rayonun Separadi kəndində baş verib. Kənd sakini Məmmədov Raqib İmamverdi oğlu həmkəndlisinin inəyini öldürüb. Buna səbəb inəyini ona məxsus əraziyə daxil olması olub. İnəyi öldürülən kənd sakini isə Elnur Əzimovdur. Belə ki, Elnur Əzimova məxsus bir neçə iribuynuzlu heyvan Raqib Məmmədovun ticarət obyektinin və yanındakı yarımtikilinin ərazisindən keçib. Bu zaman Raqib Məmmədov heyvanları daşla vurub. Daha sonra isə heyvanlar iki tikili arasından keçərək qaçmaq istəyiblər. Bu zaman isə Raqib Məmmədov maşınından küt alət götürərək heyvanları vurmağa davam edib.
İnternetdə yayılmış görüntülərdən də aydın olur ki, heyvanların hər biri küt alətlə vurulduqdan sonra qaçmağa başlayırlar. Lakin həmin heyvanlardan biri iki tikili arasından sıxılıb qalır. Və bu zaman Raqib Məmmədov inəyin baş nahiyəsində çoxsaylı zərbələr endirərək onu öldürüb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.01.2019
15.01.2019