Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bakıda fişəng turistin barmaqlarını qopardı - GÜNÜN TƏZADLARI
Tarix: 04.01.2019 | Saat: 20:15:00
Bölmə:Günün təzadları | çapa göndər

Yeni il axşamı Bakıda pirotexniki vasitə əcnəbi turistə ciddi xəsarət yetirdi. Hafta.az yazır ki, Xezerxeber.az-ın məlumatına görə, hadisə 31 dekabr tarixində axşam saatlarında Bakıda baş verib. 34 yaşlı Türkmənistan vətəndaşı Yeni ili qeyd etmək üçün pirotexniki vasitəni yandırıb. Bu zaman həmin vasitə əlində partlayıb. Nəticədə həmin şəxsin sağ əlinin iki barmağı ciddi şəkildə zədələnib. Xəstəxanaya çatdırılan yaralını həkimlər dərhal əməliyyata götürüblər. Əməliyyat zamanı zədələnən hər iki barmaq amputasiya edilib. Həkim-cərrah Rəşad Əkbərlinin sözlərinə görə, həmin şəxs pirotexniki vasitədən düzgün istifadə etmədiyi üçün bədbəxt hadisə baş verib.

Qeyd edək ki, bayramdan öncə FHN pirotexniki vasitələrdən istifadə zamanı onun hər an həyati təhlükə yaradacağı haqqında dəfələrlə xəbərdarlıqlar edib.


Boksçu bir zərbə ilə prezidentin mühafizəçisini öldürdü


Ukrayna Dövlət Mühafizə İdarəsinin əməkdaşı qətlə yetirildi. Hafta.az Oxu.az saytına istinadla xəbər verir ki, hadisə yanvarın 2-də axşam saatlarında Kiyevin mərkəzində baş verib.
Dövlət Mühafizə İdarəsinin əməkdaşı yaşayış kompleksinin həyətində iki itlə gəzişən kişi ilə mübahisə edib. O, gözlənilmədən həmin kişi tərəfindən çənəsindən güclü zərbə alıb və yıxılıb. Dövlət Mühafizə İdarəsinin 26 yaşlı əməkdaşı Vasili Xmelyuk hadisə yerində ölüb. Məlum olub ki, o, ölkənin birinci şəxslərinin mühafizəçisi imiş. Mühafizəçini qətlə yetirən şəxsin isə ağır çəki dərəcəsində çıxış edən boksçu Pyotr Oçeretyanı olduğu müəyyən edilib. O, 10 ildən çoxdur Ukrayna Peşəkar Boks Liqasını təmsil edir.
Faktla bağlı cinayət işi açılıb, qətldə şübhəli bilinən P. Oçeretyanı artıq polisə təslim olub.


Cəlilabadda 3 min ildən çox yaşı olan büt tapıldı


Cəlilabadda bizim eramızdan əvvələ aid olan daşdan düzəldilmiş quş fiquru tapıldı. Hafta.az yazır ki, bu haqda “Xəzər TV” reportaj yayıb. Məlumatına görə, büt olduğu ehtimal olunan daş fiqur Cəlilabadın Şatırlı kəndində təsərrüfat işləri görülərkən aşkar edilib. 10 kq-a yaxın çəkisi olan maddi mədəniyyət nümunəsinin üzərində kiçik ölçüdə möhür izini xatırladan damğa var. Tarixçilərin sözlərinə görə, bu, bütün hər hansı bir tayfaya aid olduğunu göstərən işarə ola bilər. Digər maraqlı məqam isə daş fiqurun üzərində bir neçə şaquli düz xətlərin çəkilməsidir. İlkin araşdırmalar zamanı tapıntının üç min ildən çox yaşı olduğu məlum olub. Mütəxəssislərin sözlərinə görə, daş fiqur cənub bölgəsində insanların inancı ilə bağlı ilk tapıntıdır. Sözügedən maddi mədəniyyət nümunəsinin araşdırılması qədim insanların inancları, eləcə də, dəfn adətləri ilə bağlı maraqlı faktları üzə çıxara bilər. Qeyd edək ki, sözügedən ərazidə qartal formalı bütlə yanaşı, əkinçilik alətlərinin qalıqları da aşkar olunub. Artıq bununla bağlı AMEA Tarix və Etnoqrafiya İnstitutuna məlumat verilib.


Ayın görünməyən tərəfinə ilk dəfə peyk endirildi


Ayın əks tərəfinin öyrənilməsi məqsədilə Çinin “Çanye-4” süni peyki Aya uğurlu eniş etdi. Bu, Ayın əks tərəfinə yumşaq və uğurlu eniş etmiş ilk süni peyk kimi tarixə düşüb. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, bu haqda Çin Mərkəzi telekanalı məlumat yayıb. Süni peyk artıq Yerə Aydan çəkdiyi ilk şəkilləri də göndərib. Qeyd edək ki, “Çanye-4” stasionar ay stansiyası və roverdən ibarət olan eniş aparatıdır. O, dekabrın 7-də Çinin cənub-qərbində yerləşən Siçan kosmodromundan uğurlu şəkildə havaya buraxılmışdı.


Göygöldə top mərmisi aşkar edildi


Göygöl rayonunda top mərmisi tapıldı. Hafta.az yazır ki, ANAMA-dan “Trend”ə verilən məlumata görə, 03 yanvar tarixində saat 16:13-də FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 16:25-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Göygöl rayonu, Dozular kəndi ərazisində mərminin tapılması barədə məlumatlar daxil olub. Məlumatlara əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Göygöl rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə əkin sahəsinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd 130 mm-lik top mərmisi (OF-482) aşkar olunub və zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.


Retro “BMV” modellərinin saxlanıldığı anbar tapıldı


Bolqarıstanın Blaqoyevqrad şəhərində “BMW” markalı retro avtomobil modellərinin olduğu atılmış anbar tapıldı. Hafta.az “Report”a istinadla xəbər verir ki, anbarda 1994-cü il istehsalı olan 11 ədəd E34 kuzovlu "BMW 5 Series" avtomobili aşkar edilib. Sahibi onları həmin vaxt ölkədə ilk avtomobil icarəsi xidməti təşkil etmək üçün alıb. Bildirilir ki, bütün avtomobillər yenidir və ideal vəziyyətdədir, çünki son 25 il ərzində konservləşdirilmiş vəziyyətdə olub. Retro avtomobillərin hərraca çıxarılması planlaşdırılır. Onların ilkin qiyməti 15 min avrodan başlayır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.01.2019
17.01.2019