Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycanda inkişafın yeni mərhələsi mühüm nailiyyətlərlə müşayiət olunur - Millət vəkili
Tarix: 05.01.2019 | Saat: 13:26:00
Bölmə:Gündəm | çapa göndər

“Bu gün Azər­baycan sosial-iqtisadi sahədə uğurla inkişaf edir. Əha­­linin sosial inkişafı üçün la­zım olan hər bir şərait yara­dılıb”. Bu fikirləri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

S.Hüseynova bildiirb ki, əmək­haq­ları, pensiya təmi­natı sahə­sin­də aparılan ciddi isla­hat­lar, qaçqın və məcburi köçkün­lərin yaşayış şəraitinin yax­şılaşdırılması üçün həyata keçirilən geniş proq­ramlar cəmiyyətin rifah halının yax­şı­laşmasına yönəlmiş təd­birlərdir. Onun sözlərinə görə, Azərbaycanda inkişafın yeni mərhələsi mühüm nailiyyətlərlə müşayiət olunur.

“Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafın Azərbaycan modeli formalaşıb və sosial inkişaf məsələləri də dövlət siyasətinin prioritetləri sırasındadır. Dövlət başçısının vurğuladığı kimi, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Ölkəmizdə həyata keçirilən sosial siyasətin başlıca məqsədlərindən biri də cəmiy­yə­tin başlıca sosial prob­lemlərindən olan yoxsulluğun sə­viy­yəsinin azaldılmasıdır. Ötən dövrdə iqtisadiyyatin sürətli inkişafı yox­sulluğun səviyyəsinin azaldılması üçün geniş imkanlar açdı. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində öl­­kədə yoxsul­luğun səviyyəsi azaldı. Bu baxımdan, hazırda ölkəmizdə yoxsulluğun səviyyəsinin 5 faiz civarında olması yüksək göstəricidir”-deyə, deputat qeyd edib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.06.2019
18.06.2019