Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Diaspor Gənclərinin I Yay Düşərgəsinin iştirakçısı Rumıniyada partiya rəhbərliyinə iddialıdır
Tarix: 05.01.2019 | Saat: 17:41:00
Bölmə:Siyasət | çapa göndər

Xaricdə yaşayan soydaşlarımızın ictimai-siyasi fəallığı, yaşadıqları cəmiyyətə inteqrasiyası günün vacib tələblərindəndir. Artıq xaricdə yaşayan bəzi soydaşlarımız öz ictimai-siyasi fəaliyyətləri ilə diqqəti cəlb edir. Belə soydaşlarımızdan biri də Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) təşkil etdiyi “Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I Yay Düşərgəsinin iştirakçısı, “Azərbaycan Diaspor Gəncləri” təşkilatının Sosial Media Qrupunun fəal üzvü, Rumıniyada yaşayan soydaşımız Kamran Allahverdiyevdir.

Diasporla İş üzrə Dövlət Komitəsindən hafta.az-a bildiriblər ki, K.Allahverdiyev 20 ilə yaxındır Rumıniyada yaşasa da, Azərbaycan, türk, ingilis, alman və rumın dillərində sərbəst danışa bilir. Gənc olmasına baxmayaraq, o, Rumıniyada ictimai-siyasi fəaliyyətlə məşğul olur, siyasət adamları ilə görüşür, müzakirələr aparır və bir sıra layihələrdə onlarla əməkdaşlıq edir.

Bu günlərdə isə gənc soydaşımızla bağlı daha bir xoş xəbər aldıq. Belə ki, Cluj-Napoca şəhərində Rumıniyada hazırda iqtidarda olan PNL (Liberal Milli Partiya) toplantı keçirib. Rumıniya siyasətinin tanınmış simalarının, deputatların, Avropa Parlamentinin üzvlərinin qatıldığı toplantıda ölkənin aparıcı təşkilatlarından birinə rəhbərlik etmək üçün Kamran Allahverdiyevin namizədliyi irəli sürülüb.

Qeyd edək ki, Cluj-Napoca Rumıniyanın tələbələr şəhəri kimi tanınır. Burada, demək olar, bütün ölkələrdən tələbəyə rast gəlmək mümkündür.

Seçkilərin bu ayın sonunda keçiriləcəyi planlaşdırılır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.03.2019
19.03.2019
18.03.2019