Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
50 minədək uşaq elektron sistem vasitəsilə I sinfə qəbul olunub
Tarix: 05.01.2019 | Saat: 18:00:00
Bölmə:Sosial | çapa göndər

Ötən il Bakı şəhərinin ümumtəhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların birinci sinfinə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) hafta.az-a bildiriblər ki, paytaxtın ümumtəhsil məktəbləri üzrə birinci sinfə 47 min 637 uşaq qəbul olunub. Birinci sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı prosesində valideynlərə “Əlaqə” bölməsi vasitəsilə rəsmi müraciət etmək imkanı yaradılıb. Altı yaşı tamam olmayan uşaqlar I sinfə müsabiqəsiz qəbul edilib. 2018-ci ildə tətbiq edilən yeniliyə əsasən, 6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olan uşaqlar ümumtəhsil müəssisələrinin birinci sinfinə müsabiqəsiz qəbul edilib. Həmçinin məktəbəhazırlıq qruplarındakı uşaqlar birinci sinfə avtomatik qeydiyyatdan keçib.

BŞTİ-nin tabeliyindəki ümumtəhsil müəssisələrində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarındakı uşaqlar www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə avtomatik birinci sinfə qəbul üzrə qeydiyyata alınıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.03.2019
19.03.2019