Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Respublikanın çaylarında mövcud vəziyyət AÇIQLANIB
Tarix: 06.01.2019 | Saat: 10:22:00
Bölmə:Sosial | çapa göndər

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 50-110, Lənkəran-Astara bölgəsi çaylarında isə 100-160 faizini təşkil edir.

Hafta.az Nazirliyə istinadən bildirir ki, tranzit çaylarda hazırki vəziyyətə görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 163 m3/s olmaqla ongünlük normanın 100 faizini təşkil edir. 2018-ci ildə isə bu rəqəm 245 m3/s olmaqla ongünlük normanın 150 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 64 m3/s olmaqla, ongünlük normanın 91 faizini təşkil edir. 2018-ci ildə isə bu göstərici 84 m3/s təşkil edərək ongünlük normanın 119 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə görə, Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra və Şirvan məntəqələrində 2, Salyanda 8, Araz çayının Novruzlu məntəqəsində 3 sm artım qeydə alınıb, lakin Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 458 sm (2018-ci il yanvarın 03-də 384 sm), Şirvanda 347 sm (2018-ci il yanvarın 03-də 249 sm), Salyanda 317 (2018-ci il yanvarın 03-də 215 sm), Bankədə 263 sm (2018-ci il yanvarın 03-də 215 sm), Araz çayının Novruzlu məntəqəsində isə 188 sm (2018-ci il yanvarın 03-də 120 sm) təşkil edir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.06.2019
23.06.2019