Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Özbəkistanda ilk dəfə Beynəlxaklq İncəsənət Festivalı keçiriləcək
Tarix: 07.01.2019 | Saat: 15:30:00
Bölmə:Mədəniyyət | çapa göndər

Bu il 5 aprel - 10 aprel tarixlərində Özbəkistanda ilk dəfə "Baxşi" Beynəlxalq İncəsənət Festivalı təşkil olunacaq.

Hafta.az Uzbekistan.travel-ə istinadən yazır ki, festivalın təşəbbüskarı Özbəkistan prezidenti Şövkət Mirziyoyevdir.

Məlumat üçün bildirək ki, "Baxşi" əsrlər boyu musiqi və folklor anlayışını nəsildən-nəslə ötürən xalq sənətinin təzahürüdür. Hər hansı millətin orijinal tarixi və mədəniyyəti ilk növbədə şifahi işdə - folklorda, xalq eposunda ifadə edilir. Bu, milli dəyərlərin və ənənələrin qorunması və inkişafında əvəzsiz mənbədir.

Prezident Mirzioyevin bu təşəbbüsü irəli sürməkdə məqsədi Özbəkistan milli bəxş sənətinin nadir nümunələri ilə ictimaiyyəti tanıtmaq, gənclərin bu cür sənətə hörmət və maraqlarını artırmaq, qardaş xalqlar arasında dostluğu daha da gücləndirmək, yaradıcılıq əlaqələri və mədəni əməkdaşlıq dairələrini genişləndirməkdir. 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.01.2019
17.01.2019