Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Yaponiyada balıq 3,1 milyon dollara satıldı
Tarix: 07.01.2019 | Saat: 16:00:00
Bölmə:Maraqlı | çapa göndər

Tokiodakı balıq bazarında 2019-cu ilin yeni girməsinə baxmayaraq, indiyədək olan satışların rekordu qırılıb.

Hafta.az yazır ki, dünən satışa çıxarılmış ton balığı 3,1 milyon dollara müştərisini tapıb. Balığın 278 kilo ağırlığında olduğu bildirilir. Məlumata görə, balığı alan suşi restoranının sahibi Kiyoşi Kimura deyib ki, balığı aldığı üçün məmnundur. "Qiyməti bir az yüksəkdir, amma təəssüflənmirəm. Böyük məmnuniyyətlə bu balığı müştərilərimizə yedirəcəyik" deyib Kimura. 

Xatırladaq ki, bundan əvvəlki rekord satış 2013-cü ildə olmuşdu. O vaxt da alıcı məhz Kimura olub. O, həmin vaxt balığa 1,4 milyon dollar ödəmişdi.

Mütəxəssislər qeyd edir ki, sözügedən balığın 3,1 milyon dollara satılmasına baxmayaraq, bazarda qiyməti 60 min dollardan baha deyil. Onlara görə, belə yüksək qiymətin qoyulmasının iki səbəbi var. Birincisi, Kimura başçılıq etdiyi suşi restoranlar zəncirini reklam edir, ikincisi isə bu çəkidə ton balığına okean sularında artıq nadir hallarda rastlanmaqdır. 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.01.2019
17.01.2019