Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Zaqatalada 61 illik əlil avtomobili aşkar edildi - GÜNÜN TƏZADLARI
Tarix: 07.01.2019 | Saat: 19:30:00
Bölmə:Günün təzadları | çapa göndər

Zaqatalada II Dünya müharibəsi əlilləri üçün istehsal edilmiş retromaşın üzə çıxdı. Hafta.az xəbər verir ki, bu haqda “ARB Şəki” reportaj yayımlayıb. Görənlərin diqqətini çəkən bu qeyri-adi retromaşın Zaqatala sakini Azər İmamova məxsusdur. Azərin retromaşınlara olan marağı və əzmi nəticəsində bu maşın saz vəziyyətə gətirilib. Babasından yadigar qalan dəmir parçasından ibarət bu maşın tam 3 ilə yığılıb. Azər İmamov: “Detalları çətinliklə tapılır. Müasir avtomobil deyil ki, mağazadan alasan. Xarici ölkələrdən, Rusiya, Ukraynadan köhnə hissələr gətirirəm. Köhnə maşınlara marağım var. İstədim ki, babamızın yadigarını qoruyum”. Avtomobil ancaq əllə idarə olunur. Maşını idarə etmək üçün bütün detallar sükanın ətrafında quraşdırılıb. Maşını görən hər kəs maraqla baxır və fotoşəkil çəkdirir.

Sahibinin dediyinə görə, avtomobili almaq üçün 15-16 min AZN təklif edənlər olub, ancaq o, satmaq istəməyib. “1958-ci ildən 1970-ci ilədək istehsal edilib. II Dünya müharibəsi əlilləri üçün nəzərdə tutulub”, – deyə Zaqatala sakini bildirib.

 

İcra başçısı müavininin kabinetindən oğurluğa cəhd edildi


Ucar Rayon İcra Hakimiyyətinin binasında icra başçısının birinci müavini Əliş Cəbrayılovun kabinetindən oğurluğa cəhd oldu. Hafta.az yazır ki, “Report”un xəbərinə görə, naməlum şəxs kabinetə daxil olaraq orada olan seyfi kəsməyə cəhd göstərib. Hadisə zamanı İcra Hakimiyyətinin mühafizəçiləri kabinetə daxil olduğundan həmin şəxs qaçmağa nail olub.
Əməliyyat nəticəsində oğurluğa cəhd edən şəxsin Göyçay rayon sakini, 30 yaşlı Kənan İsmayılov olduğu məlum olub. O, saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.


İranın eks-prezidenti ermənilərlə birgə bayram etdi


Yanvarın 6-da İranın eks-prezidenti Mahmud Əhmədinejat Tehranda erməni icmasıyla birgə xristianların Milad bayramını qarşıladı. Hafta.az-ın Ermənistan mediasına istinadla verdiyi xəbərə görə, müsəlman ölkəsinin keçmiş rəhbəri bu haqda sosial şəbəkədə paylaşım edib. “Bu gün İranın erməni icması Milad bayramını qeyd edir. Mən onlarla birgə ayinlərdə iştirak etdim və bir çox gözəl insanlarla görüşdüm”-deyə M.Əhmədinejat yazıb.


Sumqayıtda daha bir yol çökdü


Sumqayıt şəhərində daha bir yol kanalizasiya sisteminin sıradan çıxması nəticəsində çökdü. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, hadisə “dejurnıy” adlanan ərazidə, Kamran Hüseynov küçəsində baş verib. Yanvarın 6-da günorta saatlarında kanalizasiya xəttinin çürüməsi nəticəsində asfaltın alt hissəsində torpağın yuyulmasından sonra asfalt çöküb və çuxur yaranıb. “Azərsu” ASC-nin Sumqayıt şəhər Sukanal İdarəsinin rəisi Darvin Hüseynov bildirib ki, hadisə baş verəndən bir neçə saat sonra su xəttində yaranan problem aradan qaldırılıb və həmin ərazidə yaşayan əhali içməli su ilə tam təmin olunub:“Kanalizasiya xəttində tutulma nəticəsində şişmə baş verib. Hazırda kanalizasiya sularının maneəsiz daşınması üçün uçqun baş verən quyudan öncəki və sonrakı quyular torpağın üstündən aparılan borular vasitəsilə birləşdirilib. Bakıdan gələn mütəxəssislərin rəyinə əsasən, bu hissədə kanalizasiya xətləri yenilənəcək. Bu ərazidə qrunt suları da çoxdur,1,5 metr qazandan sonra qrunt sularına rast gəlirik.
D.Hüseynov əlavə edib ki, problem təkcə bu ərazidə deyil, ümumiyyətlə kanalizasiya xətləri istismar müddətini başa vurub: “Bunlar 1949-cu illərdə çəkilmiş kanalizasiya xətləridir və bu xətlər artıq ömrünü başa vurub. 2012-ci ildən sonra bir neçə dəfə çökmə hadisələri baş verib. Hissə-hissə olaraq xətlər dəyişdirilir”.


Bərdədə 4 kəndin məzarlığından oğurluq edən tutuldu


Bərdədə kənd qəbristanlıqlarında oğurluq oldu. Hafta.az yazır ki, Daxili İşlər Nazirliyindən “Trend”-ə verilən məlumata görə, Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kətəlparaq kənd qəbiristanlığında məzarların üzərindən bəzək əşyaları oğurlamaqda şübhəli bilinən Qaratəpə kənd sakini Elşən Şadmanov saxlanılıb.
Ətrafında aparılmış tədbirlərlə onun yanvarın 2-dən 4-dək olan müddətdə Əyricə, Lək və Arabacılar kənd qəbristanlıqlarındakı məzarlardan oğurluq etməsi də müəyyən edilib.


Bakıda evakuator sərnişin avtobusu ilə toqquşdu


Bazar günü saat 17 radələrində Binəqədi-Balaxanı yolunda nəqliyyat hadisəsi baş verdi. Hafta.az yazır ki, bu barədə Modern.az-a məlumat verən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, "QAZel" markalı nəqliyyat vasitəsini daşıyan təxliyyə avtomobili 108 B nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusla toqquşub: "Bakı Nəqliyyat Agentliyinin əməkdaşları hadisə yerinə yollanıb və araşdırmalara başlanılıb. Qəza zamanı avtobusun sürücüsü və bir nəfər sərnişin xəsarət alıb. İlkin məlumata görə hadisə təxliyyə avtomobili sürücüsünün dönmə əməliyyatını düzgün icra etməməsi səbəbindən baş verib".
M.Ağayevin sözlərinə görə, hadisənin dəqiq baş vermə səbəbi müvafiq qurumların araşdırmasından sonra məlum olacaq.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.01.2019
20.01.2019
19.01.2019