Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Sərnişindaşımada vahid bilet sistemi tətbiq ediləcək
Tarix: 08.01.2019 | Saat: 14:39:00
Bölmə:Sosial | çapa göndər

Sərnişindaşımada vahid bilet sistemi tətbiq ediləcək.

Hafta.az xəbər verir ki, bu barədə modern.az-a Dövlət Avtomobil Nəzarəti Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova məlumat verib.

 N.Allahyarova bildirib ki, bu sistem təkcə online bilet mexanizminin ikitərəfli tətbiqini nəzərdə tutulub:


“Ölkənin avtovağzallarında dispetçer fəaliyyətinin yaradılması və gediş-dönüş biletlərinin rahat şəkildə alınmasını, şəhərlərarası nəqliyyat xətləri ilə şəhərdaxili nəqliyyat xətlərində istifadə edilən bilet sisteminin inteqrasiyasını təmin edən bir sistem olacaq. Vahid bilet sistemi gələcəkdə yerüstü ictimai nəqliyyat növləri arasında da inteqrasiyanı təmin edəcək özül yaratmış olacaq”.

 

Onun sölərinə görə, taksi, eləcə də qeyri-müntəzəm daşımalarda yeni platformanın yaradılması istiqamətində yerli mütəxəssislərlə yanaşı, xarici mütəxəssislərlə təcrübə mübadiləsi aparılacaq:

“Onları vahid platformada birləşdirmək, bu sistemin iştirakçıları arasında olan münasibətləri tənzimləmək, dövlət qarşısında olan öhdəliklərini, vəzifələrini vahid bir məkanda nizamlamaq planlaşdırılır. Sözügedən sistemin Vahid Milli Taksi Platforması şəbəkəsində birləşdirilməsi nəzərdə tutulur”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.01.2019
15.01.2019