Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Market müdiri eşşəklə alış-verişə gəldi - GÜNÜN TƏZADLARI
Tarix: 08.01.2019 | Saat: 19:30:00
Bölmə:Günün təzadları | çapa göndər

Türkiyədə alış-veriş paketlərinə pul verməmək üçün marketə eşşəklə gələn şəxsin market müdiri olduğu ortaya çıxdı. Hafta.az xəbər verir ki, Niğdədə plastik paketlərin pulla satılmasına etiraz etmək üçün marketə eşşəklə gələn şəxsin elə həmin marketin müdiri H.G. olduğu müəyyən edilib. İcra hakimiyyətinin apardığı araşdırmalar nəticəsində həqiqət ortaya çıxdıqdan sonra marketə inzibati pul cəzası tətbiq edilib. Market müdiri haqqında isə istintaq açıldığı bildirilib.


Müsəlman xanım şahmat üzrə dünya ikincisi oldu


İranlı şahmatçı Sarah Sədat Xadəm əl-Şariyə sürətli şahmat üzrə dünya çempionatında mükafatçılar arasında ikinci yeri tutdu. Hafta.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərdə belə deyilir. Müsəlman qadın Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş blitz və sürətli şahmat üzrə "Rapid" kateqoriyasında yarışan qrosmeysterlər arasındakı yarışmada gümüş medala layiq görülüb. Çempionat dekabrın 25-dən 31-dək keçirilib.
Sara Sədat qadınlar arasında beynəlxalq şahmat ustasıdır. O, çempionata 2402 reytinqi ilə qatılıb.


Məktəb direktoru ürəktutmadan dünyasını dəyişdi

Bakıda məktəb direktoru ürəktutmadan vəfat etdi. Hafta.az “Report”a istinadla xəbər verir ki, paytaxtın Ramanı qəsəbəsindəki “Şuşa” şəhərciyində fəaliyyət göstərən Şuşa rayon Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbinin direktoru Nazim Xudiyev dünyasını dəyişib. Məktəbdən bildirilib ki, N.Xudiyev 62 yaşında evində ürəktutmadan vəfat edib. Xatırladaq ki, mərhum N.Xudiyev tanınmış jurnalist İlham Cəmiloğlunun böyük qardaşı idi.


Babasının ürək dərmanını içib öldü


Moskvada həkimlər iki gün ərzində 2 yaşlı uşağın həyatını xilas etməyə çalışdı. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, körpənin xəstəxanaya çatdırılmasına səbəb babasının “Etasizin” adlı dərmanını içməsi olub. Aritmiya xəstəliyinin müalicəsi üçün nəzərdə tutulmuş dərmanın bircə tableti uşağın ölümünə səbəb olub.


Binəqədidə ər-arvadı eyni anda avtomobil vurdu və...


Binəqədi rayonunda ər-arvadı maşın vurdu. Hafta.az yazır ki, DİN-dən “Trend”ə verilən məlumata görə, yanvarın 7-i saat 12 radələrində Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində Füzuli rayon sakini Ruslan Süleymanov idarə etdiyi “Mercedes” markalı (yük) avtomobillə yolu keçən qəsəbə sakinləri Cəlal İsmayılovu və onun arvadı Xanımı vurub. Nəticədə X.İsmayılova hadisə yerində həlak olub. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.06.2019
23.06.2019