Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İcra başçısının yas mərasimi Bakıda tıxac yaratdı - GÜNÜN TƏZADLARI
Tarix: 09.01.2019 | Saat: 19:30:00
Bölmə:Günün təzadları | çapa göndər

Bakının Ziya Bünyadov prospektində böyük tıxac yarandı. Hafta.az yazır ki, bu haqda Minval.info xəbər verib. Tıxaca səbəb sabiq məmurun yas mərasiminin sözügedən əraziyə yaxın yerdə təşkil olunmasıdır. Belə ki, Cəbrayıl Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahmud Quliyev yanvarın 7-si dünyasını dəyişib. Çərşənbə günü mərhumun 3 mərasimi keçirilib. Məclisə gələnlərin say çoxluğu ərazidə sıxlığa səbəb olub. Bəzi marşrut avtobusları məcburiyyətdən hərəkət xəttini dəyişib.


İranda sürücü qaya boyda qızıl parçası qaçırdı


İran polisi Cənubi Azərbaycanın Verzegan şəhərində qaya böyüklüyündə cilalanmış qaçaq qızıl parçasını ələ keçirdi. Hafta.az yazır ki, bu haqda Virtualaz.org yerli mənbələrə istinadla xəbər yayıb. Yük avtomobilində daşınan qızılın çəkisi 500 kq olub. Verzegan Polis İdarəsinin rəisi Albay Qasım Nəzəri mətbuata verdiyi açıqlamada qaçaq qızılın yolda avtomobillərin yoxlanılması nəticəsində aşkar edildiyini bildirib. İranın rəsmi “İRNA” agentliyi A. Nəzəriyə istinadla yazır ki, qızıl qeyri-qanuni daşınıb və sürücü saxlanılıb. Ələ keçirilən qızılın satış dəyərinin nə qədər olduğu məlum deyil.
Qeyd edək Vergezan Təbrizdə yerləşir və mədənçilik baxımından İran üçün olduqca böyük əhəmiyyət daşıyır. Şəhərdə yerləşən “Adrian” qızıl mədəni ölkənin zəngin qızıl mədənləri arasında mühüm yer tutur.


Milyonçunun arvadı qaçırıldı və...


Norveçdə ölkənin ən zəngin insanlarından olan milyoner Tom Hagenin həyat yoldaşı oğurlandı. Hafta.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, milyonçunun 68 yaşlı arvadı Anna Yelizabet Falkevik Hagen dekabrın 31-də yaşadığı evdən qaçırılıb. Cinayətkarlar qadını geri qaytarmaq üçün 9 milyon avro dəyərində kriptovalyuta tələb ediblər. Polis ailəyə tələbi yerinə yetirməməyi məsləhət görüb. Qadının axtarışına nəinki polis, həmçinin kriminal polis, Avropol və İnterpol da qoşulub.


Evinə gəldi - özünün cənazə mərasimi ilə qarşılaşdı


Braziliyada keçmiş hind kinolarındakına bənzər mənzərə yaşandı. Moderator.az bu haqda Musavat.com-a istinadla yazır. Alagoinhas şəhərində Jose Marcos Araujo adlı kişi şəhər xəstəxanasının morqunda ona göstərilən bir cəsədi səhv olaraq 41 yaşlı “moyka” işçisi olan qardaşınınkı hesab edib və polislərə də bu cür məlumat verib. Ölən adamın qardaşı olduğunu düşünən Araujo daha sonra cəsədi xristian ənənələrinə uyğun dəfn etmək üçün anasının evinə aparıb. Evdə cənazə mərasimi keçirildiyi vaxt küçədə gəzən Gilberto isə bir dostundan özünün cənazə mərasiminin keçirildiyini öyrənib. Vəziyyəti aydınlaşdırmaq üçün evə gedəndə isə qohumlardan çoxu şok keçirərək bayılıb, bəziləri isə evdən qaçıb. Anası isə qəzetçilərə açıqlamasında həyatı boyu bu qədər sevinmədiyini deyib.


Kral ət və marmeladdan imtina etməyi məsləhət gördü


İsveç kralı XVI Qustav əhaliyə ət və marmelad məhsullarından daha az istifadə etməyi məsləhət gördü. Hafta.az-ın Musavat.com-a istinadla verdiyi xəbərə görə, o bildirib ki, bu, sağlamlıq və ekologiya baxımdan olduqca vacib addımdır: “Mən ət istehsalı ilə məşğulam, amma özüm qırmızı ət yemirəm. Bu da tibbi və ekoloji səbəblərə görə belədir. Ət yeyilməsi, təbii ki, faydalıdır, amma hər gün qanlı bifşteksi mədəyə ötürmənin heç bir faydası yoxdur. Monarxın dediyinə görə, özü 1970-ci illərdən bəri kənd təsərrüfatı ilə məşğuldur, eyni zamanda insan orqanizmi ilə bağlı bütün biliklərə malikdir: “Ona görə də bir daha deyirəm ki, “hər şeydən az-az yemək” prinsipini unutmaq olmaz".



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.06.2019
23.06.2019