Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Orfoqrafiya lüğəti” ilə bağlı işlər bu ilin birinci rübündə tam yekunlaşacaq - Möhsün Nağısoylu
Tarix: 10.01.2019 | Saat: 15:06:00
Bölmə:Sosial | çapa göndər

Bir müddət əvvəl Prezident İlham Əliyev Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

Nazirlər kabinetinə “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxs yaradılması ilə bağlı tapşırıqlar verilmişdi.

İşlərin hansı mərhələdə olması ilə bağlı Dilçilik İnstitutunun direktoru, professor Möhsün Nağısoylu “hafta.az”a açıqlamasında dedi ki, Prezidentin qəbul etdiyi fərmandan sonra tərəfimizdən bu işlər aparılmağa başlanılıb: “Tapşırıqlar verilib və lazımı sənədlər də hazırlanır. Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılıb, üç nəfər də komisiyyanın üzvüdür. Onlardan biri direktor, digər iki nəfər isə üzvlərdir. Bildiyimiz kimin fərman noyabr ayında imzalanıb. Fərmanda yazılmışdı ki, iki ay müddətinə biz təkliflər planı verək. Biz həm nizamnamə, həm tədbirlərlə bağlı planı hazırlayıb verdik. Ancaq işin davamının necə olacağı Nazirlər Kabineti müəiyyənləşdirməlidir, çünki bizim səlahiyyətimiz xaricində olan prosesdir”. 

M. Nağısoylu Orfoqrafiya lüğətinin hazırlanması məsələsinə də toxundu:
“Orfoqrafiya qaydalarını da hazırlayıb Nazirlər Kabinetinə göndərdik, onlar da baxıb, bəyənib, Ədliyyə Nazirliyinə göndəriblər. Nazirlik bəyənib Dövlət Dil Komissiyasına göndərib. Bizim görəcəyimiz işlər demək olar ki, tam hazırdır, gözləyirik ki, Dövlət Dil Komissiyası bizə cavab göndərsin. Düşünürəm ki, biz cavab alan kimi bu ilin birinci rübündə işlər tam bitəcək. Deyə bilərəm ki, bu dəfə ki, “Orfoqrafiya lüğəti” ən mükəmməl olacaq”.

Ruzbeh Məmməd



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.01.2019
15.01.2019