Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Tərtər çayı üzərində 126 metr uzunluğunda yeni körpü inşa edilib - VİDEO
Tarix: 10.01.2019 | Saat: 15:24:00
Bölmə:Sosial Video | çapa göndər

Bərdə şəhərinin şimal və cənub hissələrini birləşdirən Tərtər çayı üzərində qəzalı vəziyyətə düşmüş mövcud körpünün sökülərək yerində yeni körpünün tikintisi işləri artıq yekunlaşdırılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən hafta.az-a verilən məlumata görə, aparılan işlər çərçivəsində köhnə körpü qısa müddət ərzində sökülüb. Əvəzinə yeni körpünün özülünün və sütunlarının tikintisi aparılaraq başa çatdırılıb, dayaqlar üzərində aşırım tirləri quraşdırılıb.

4 aşırımlı körpünün ümumi uzunluğu 126 metr, qabariti isə 11.5 metrdir. Vətəndaşların körpü ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə hər bir istiqamət üzrə 1.5 metr enində piyada səkilərinin də tikintisi həyata keçirilib.

Körpünün inşası müasir tikinti norma və standartlarına uyğun olaraq həyata keçirilib. Belə ki, körpünün layihəsi 8 bal seysmikliyi nəzərə alınmaqla yerinə yetirilib.

 Layihə çərçivəsində Tərtər çayında istinad divarları və sutənzimləyici qurğular inşa edilib. Bundan başqa, körpüyə 150 metr uzunluğunda yanaşma yollarının da yenidənqurulması işləri aparılıb.

Qeyd edək ki, körpünün tikintisinə 2018-ci ilin iyul ayında başlanılmışdı.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.06.2019
23.06.2019
Heydər Əliyev Fondu Qarabağ müharibəsi əlili üçün yeni ev tikib
ƏƏSMN-də icbari tibbi sığortanın tətbiqi müzakirə edilib - FOTO
Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq
YAP-ın Mərkəzi qərargahında AXC-yə həsr olunmuş “Son iclas” filminin təqdimatı keçirilib - FOTO
Ermənistan idmandan siyasi alət kimi istifadə edir - XİN
Avroliqanın finalı ərəfəsində 450 avtobus ayrılacaq - BNA
Mxitaryanla əlaqədar Azərbaycana və UEFA-ya ünvanlanan tənqidlər başadüşülən deyil - Ermənistan Boks Federasiyası
Nəqliyyat məsələləri üzrə 24 saat fəaliyyət göstərən qərargah yaradılıb - Mais Ağayev
Mayın 25-30-da bu şəxslər nəqliyyatdan ödənişsiz istifadə edəcək
“Azərbaycan-İsrail strateji münasibətləri bütün regionda sülhə və təhlükəsizliyə xidmət edir” - Əli Həsənov