Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İnsanlarda "həyat sığortası"na maraq və inam yoxdur - EKSPERT
Tarix: 10.01.2019 | Saat: 16:03:00
Bölmə: | çapa göndər

Heç kəs sabah başına gələcək hər hansı hadisəni bilmir. Səhər evdən iş dalıyca çıxıb qayıtmaya da bilərik. Lakin bizi arxada gözləyən uşaqlar var, ən azından onların gələcək təminatını düşünməliyik.

Bu məsələ ilə bağlı ən yaxşı çıxış yolu isə “Həyat sığortası”dır. Elə ölkələr var ki, əhali baxımından Azərbaycandan iki dəfə azdır, buna baxmayaraq sığorta mədəniyyəti onlarda daha yüksək səviyyədə inkişaf edib, cəmiyyət bundan geniş şəkildə yararlanır. 

Mövzu ilə bağlı hafta.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli deyir ki, Azərbaycanda da sığorta şirkətləri var və bu işi görürlər:

“Hazırda qeyd edə bilərəm ki, ölkədə “Paşa sığorta” bundan istifadə edir. Həm korporativ müqavilələr bağlayır, həm də fərdi müqavilələr əsasında işləyirlər. Düzdür, geniş yayılmayıb. Ödənişlərlə bağlı ortaq rəqəm yoxdur. Müxtəlif şirkətlərin müxtəlif yanaşmaları var. Prakikada və qanunvericilikdə belə müqavilələr mövcuddur”.

N. Cəfərli ölkədə “Həyat sığortası”na marağın az olmasının səbəbinə də münasibət bildirdi. Onun sözlərinə görə, bu məsələdə bir səbəb yox, çox səbəb göstərmək olar:

“Birincisi insanların həyat sığortası haqqında, onun üstünlükləri haqqında məlumatları azdır. Burada sığorta şirkətlərinin marağının az olması da ikinci səbəblərdəndir. Ancaq xarici holdinqlər sığorta şirkətləri ilə müqavilələr bağlayır. Onların iş mexanizmi bunu tələb edir. Bəzi holdinqlər korporativ müqavilələr bağlıyaraq işçilərini buna təşviq edirlər. Deyə bilərəm ki, bizdə sosial çarxlar vasitəsi ilə, televiziyalarda müxtəlif debatlar vasitəsi ilə, ciddi işlər aparılmır. İnsanlar sığortanın hansı üstünlükləri var ondan xəbərsizdirlər. Belə  işlər aparılmalıdır ki, cəmiyyətə də təqdim edildikdə onlar inana bilsinlər. Türkiyədə yeni qanunvericiliyə görə televiziyalar reklam vaxtının 25 faizinin sosial çarxlara ayırmalıdırlar. Türkiyə televiziyalarında bunu görmək mümkündür. Azərbaycanda təəssüf ki, təşviq, reklam tərəfi olmadığı üçün, insanlarda maraq və inam yoxdur”.

Ruzbeh Məmməd

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.06.2019
23.06.2019
22.06.2019