Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Əcnəbilərə vətəndaşlıq pasportları satan ölkələr
Tarix: 10.01.2019 | Saat: 17:00:00
Bölmə:Maraqlı | çapa göndər

Avropa İttifaqına üzv ölkələr digər ölkələrdən olan insanlara böyük həcmdə pul qarşılığında vətəndaşlıq və ya yaşamaq haqqı verir.

Haftaa.z yazır ki, “Qızıl Viza" və ya "Qızıl pasport" olaraq adlandırılan sistem sayəsində son on il ərzində AB ölkələri ildə ümumilikdə 25 milyard avro qazıblar. Pasport və ya yaşama haqqı almaq üçün müraciət edənlərin əksəriyyətinin isə ruslar və çinlilərin olduğu deyilir.

Məlumata əsasən, AB ölkələri pul qarşılığında son 10 il ərzində təxminən 6 min əcnəbiyə vətəndaşlıq, 100 min nəfərə isə yaşamaq haqqı verib. Daşınmaz əmlak satışı və ya yerli şirkətə səraməyə qoymaqla əldə olunan "Qızıl viza" (yaşamaq haqqı) və "Qızıl pasport" (vətəndaşlıq) sisteminə müraciət edən ölkələrin siyahısı sırasıyla aşağıdakı kimidir: İspaniya, Macarıstan, Latviya, Portuqaliya, İngiltərə, Yunanıstan, Kipr və Malta.

Qeyd edək ki, İspaniya qanuniləşdirilmiş bu sistem vasitəsilə hər vətəndaşlıq verdiyi əcnəbilərdən ortalama 1 milyard avro qazanır. 

"Transparency International" bildirir ki, siyahıda İspaniyadan sonrakı pillədə Kipr dayanır. Bu kiçik ada dövlətinin "Qızıl pasport" satışından əldə etdiyi illik gəlir 914 milyon avrodur. Əlbəttə, böyük sosial-iqtisadi sıxıntıları olan ölkə üçün bu böyük rəqəmdir. Hətta rəqəmi ölkə əhalisi üzrə bölsək adambaşına 914 avro düşür. Siyahıda digər ölkələrin sıralaması aşağıdakı kimidir: Portuqaliya 670 milyon avro, İngiltərə 498 milyon avro, Macarıstan 434 milyon avro, Yunanıstan 250 milyon avro, Malta 205 milyon avro və Latviya 180 milyon avro.

Məlumat üçün bildirək ki, Kipr 2013-cü ildən indiyədək olan 5 il ərzində sözügedən icazə sənədləri satmaqla 4,8 milyard avro qazanıb.

"DW"nin xəbərində deyilir ki, AB sərhədləri daxilində pul qarşılığında vətəndaşlıq və ya yaşamaq haqqı alanların siyahısında çinlilər və ruslar ilk iki pilləni paylaşır. Yalnız İspaniyadan son 5 il ərzində ildə təxminən 7,2 min çinli vətəndaşlıq və ya yaşamaq haqqı alıb. Son 5 ildə Macarıstan 5431, Portuqaliya isə 3936 çinliyə pul qarşılığında sözügedən haqqı satıb.

Rusların da AB ölkələrinə axını davam edir. Məsələn, Latviya 12 min, İspaniya isə 4700 rusa eyni icazə sənədini satmaqla böyük qazanc əldə edib. 

Statistikaya əsasən, Yunanıstan 308, Portuqaliya 236, Macarıstan 74 türkə pul qarşılığında yaşamaq sənədi verib. Bu sistemdən pulla yararlananlar arasında ABŞ vətəndaşları da az deyil. Bu yolla son 5 il ərzində 4327 amerikalı İspaniyadan, 187 nəfəri isə İngiltərədən yüksək ödəmə qarşılığında vətəndaşlıq və ya yaşamaq haqqı alıb. 

Əcnəbilərin ödədiyi vəsaitin həcmi də çox təəccübləndiricidir və rəqəm ölkələr üzrə dəyişir. Ümumilikdə yanaşdıqda isə, AB ölkəsinin sakini olmaq istəyən əcnəbi 900 min avro xərcləməlidir. Konkret ölkələrə gəldikdə, Yunanıstan və Latviyada hər bir əcnəbi 250 min avrosundan keçməklə yaşamaq haqqı əldə edə bilər. Vətəndaşlıq pasportunun qiyməti isə daha yüksəkdir. Məsələn, Kipr vətəndaşı olmaq istəyən əcnəbi 2 milyon avro ödəməlidir. Avstriyada isə bu xərclər beşqat artaraq 10 milyon avroya yüksəlir. 

2004-cü ildən bu yana AB üzvü olan Maltanın əcnəbilərə, xüsusən də ruslara yaşamaq haqqı və vətəndaşlıq pasportunun neçəyə və hansı şərtlər altında verilməsi haqda dəqiq məlumat yoxdur. Hətta buna görə Avropa Parlamenti dəfələrlə Maltaya iradlarını da bildirib. Avropa Parlamenti ötən il Maltaya bu müstəvidə qayda-qanunlarını Birliyin tələblərinə uyğunlaşdırmağı da tələb etmişdi. 

Bu yerdə xatırladaq ki, 2017-ci ildə qaranlıq bir cinayətin qurbanı olan maltalı jurnalist Dafne Caruana Galizia da Malta hökumətinin vətəndaşlıq pasportunu əcnəbilərə neçəyə satdığını araşdırırdı. 

Mütəxəssislər bu qənaətdədirlər ki, indiyədək "Qızıl viza" və ya "Qızıl pasport" satışından gələn gəlir 13 milyard avro olsa da, bir neçə ilədək bu rəqəm 20 milyard avroya yüksələcək. 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.01.2019
15.01.2019