Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Hər bir xırda nüansdan istifadə edərək Azərbaycana qarşı kampaniya təşkil edirlər” – Azər Badamov
Tarix: 10.01.2019 | Saat: 16:42:00
Bölmə: | çapa göndər

Son günlər Avropadakı müəyyən dairələr üzünü Bakıya çevirib. “Avroviziya” müsabiqələrinin və Avropa Oyunlarının keçirildiyi Bakıya. Amma bu dəfə neftin qibləsinə üz tutmaqda məqsədləri heç də xoşməramlı deyil. Mövzu Mehman Hüseynovdur. Videobloquçu Mehman, jurnalist yox.

Həbsdə olan bir adamı gündəmə gətirməklə hədəf taxtasına Azərbaycanı gətirməyə çalışırlar. Özü də elə - belə yox ha, qolları bağlı. Bunun üçün də Mehman Hüseynov adlı məhkumdan “siyasi məhbus” müqəvvası düzəldib Azərbaycan dövlətinə qarşı “şeytan papışı” tikməyə çalışırlar. Amma Azərbaycan xalqı nə suriyalıların, nə iraqlıların tayı deyil. İntellektual səviyyəsi var. Yüz il əvvəl Şərqin ilk demokratik respublikasını qurmuş, qadınlara ABŞ-dan da əvvəl seçki hüququ vermiş bir xalqı “demokratiya ilğımı” ilə aldatmaq mümkün deyil.

Azərbaycan xalqı yaxşı başa düşür ki, avropalı gədələrə nə Mehman maraqlıdır, nə də 10 milyonluq Azərbaycan xalqının güzəranı. Onları ancaq Cənubi Qafqazın sabitlik adasında xaosa meydan verib bu ölkənin damarlarından neft sovurmaq düşündürür. Bunun üçün neçə-neçə mehmanlar, bəhmanlar qurban seçiləcək.

Bəzi ekspertlər isə deyir ki, qarşıdan Avropa Şurası Parlament Assambleyasının qış sessiyası gəlir. Sessiya zamanı Qərb iplərini əlinə aldığı Gürcüstan və Ermənistandakı seçkiləri bəh-bəhlə tərifləyəcək. Sonra? Sonra da Cənubi Qafqazda “çürük nöqtə” qismində Azərbaycanı təqdim etmək istəyəcəklər. Deyə bilərsiniz ki, 2018-ci ildə də prezident seçkiləri keçirilib. Bəs niyə seçkidən yox, hansısa maddə ilə məhkum olunmuş bir dustağın məsələsini üzə çıxarırlar? Çünki bizdəki prezident seçkiləri haqda deməyə sözləri yoxdur. Çünki seçkidə məğlub olduqlarını açıq-aşkar etiraf edən digər namizədlər növbəti müddətə ölkə başçısı seçilmiş İlham Əliyevi təbrik elədilər. Uğurlar arzuladılar. “Nəsə tapmalıyıq” fikri ilə yola çıxan Avropadakı anti-Azərbaycançı qüvvələr “heç yoxdan yaxşıdır” – deyib Mehman Hüseynovun üzərində dayandılar. Bu hay-küy də sessiya qabağı “Mehman işi” düzəltmək üçündür. Ekspertlər belə düşünür. Nədənsə, bu yanaşmaya içdən inanıram. Niyəsini siz də, mən də yaxşı bilirik. Bir də onu bilirik ki, Qərb bütün parametrlərdə Azərbaycanın uğurlarını qəbul həzm edə bilmir.

Millət vəkili Azər Badamov hafta.az-a açıqlamasında bildirib ki, əvvəla, Mehman Hüseynov törətdiyi cinayətə görə məhkum olunub. Cəzaçəkmə müəssisəsindədir. Mehman Hüseynov orada normal şəraitdə öz cəzasını çəkir: “Onun yanına getmiş hüquq müdafiəçiləri də Mehmanla görüşüblər. Vəziyyəti ilə maraqlanıblar. Onunla söhbət ediblər. Mehman Hüseynov vəziyyətinin normal olduğunu qeyd edib. Ona qarşı hər hansı təzyiq göstərilməyib. Saxlanma şəraitindən razıdır. Bunu Mehmanın özü deyib. Onun hazırda aclıq aksiyası keçirmədiyi məlum olub”.

Millət vəkili onu da vurğulayıb ki, anti-Azərbaycan qüvvələri hər zaman ölkəmizə qarşı qərəzli, əsassız ittihamlar səsləndiriblər. Bu həmişə olub. Bundan sonra da olacaq. Çünki bu gün Azərbaycan inkişaf etmiş ölkədir. Siyasi sabitlik təmin olunub: “Bəzi dairələr bunu görmək istəmir. Hər bir xırda nüansdan istifadə edərək Azərbaycana qarşı kampaniya təşkil edirlər. Həmin kampaniyaları əksərən azərbaycan kökənli insanları axtarıb taparaq həyata keçirməyə çalışırlar. Onları axtarıb tapır, müəyyən məbləğdə pul ödəyir, öz maraqlarına xidmət etməyə sövq edirlər. Beləliklə də həmin adamları öz tərəflərinə çəkirlər. Keçirilən qara kampaniyalar da məhz bu məqsədi daşıyır. Əgər bu gün Avropadakı müəyyən dairələr insan haqlarından, insan hüquqlarından danışırlarsa, Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qovulmuş, qaçqın-köçkün vəziyyətinə salınmış insanların pozulmuş hüquqlarından danışsınlar. 30 ilə yaxındır ki, 1 milyondan artıq məcburi köçkün statusunda olan vətəndaşlarımızın hüquqları pozulur. Elə uzağa getməyərək, Avropanın özündə olan vəziyyətə münasibət bildirsinlər. Fransadakı “sarı jiletlilər”in dinc aksiyaları zamanı onlara tutulan divana münasibət sərgiləsinlər. Həmin vaxt zorakılığa məruz qalan jurnalistlərin pozulan hüquqlarının müdafiəsinə qalxsınlar. Yaxud, Fransada azad fikir yürütmək istəyən insanlara qarşı edilən təzyiqlərə münasibət bildirsinlər. Bunları işıqlandırsınlar. Mehman Hüseynovun ortaya atılması Azərbaycana qarşı qərəzli münasibətin göstəricisidir”.

AŞPA-dakı qış sessiyasi öncəsi “Mehman işi” ssenarisini hazırlamaq versiyasını da şərh edən millət vəkili qeyd edib ki, Ermənistanda keçirilən seçkilər heç bir demokratik normalara uyğun deyildi. Azər Badamovun fikrincə Ermənistanda keçirilən və “sandıq ziyarəti”ni xatırladan seçkilər tamamilə insan haqlarının pozulduğu bir seçkidir: “Heç ona seçki də demək olmazdı. Mən heç Azərbaycanla Ermənistanı müqayisə etmək də istəmirəm. Çünki Azərbaycan demokratik ölkədir. Azərbaycanda təmin olunmuş insan hüquq və azadlıqları qonşu Ermənistanla müqayisə olunmazdır. Elə seçkilər də müqayisə olunmazdır. Azərbaycanı Ermənistanla hər hansı bir müqayisəyə çəkməyi düzgün saymıram. Çünki Azərbaycan sivil ölkədir. Bütün insanların hüquqları burada qanunlar çərçivəsində müdafiə olunur. Biz hüquqi dövlət yarada bilmişik. Bu bizim uğurumuzdur. Bu uğurların sayəsində xalq-iqtidar birliyi var. Xarici qüvvələrin müdaxilələri, ürəkbulandırıcı fikirləri xalqımız üçün maraqlı deyil”.

Bəli, bizə - xalqımıza nə Qərbin, nə Şərqin, nə də başqa qütblərin dedikləri maraqlı olmamalıdır. Bizi özümüz, öz maraqlarımız düşündürməlidir. Bir də dövlətçiliyimizi qorumaq, yaşatmaq istəyi... Başqa heç nə. Başqası bu sadaladıqlarımın yanında aşağıda qalacaq.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
16.01.2019
15.01.2019