Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Qaradağlıda 2018-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirilib
Tarix: 10.01.2019 | Saat: 18:30:00
Bölmə:Sosial | çapa göndər

2018-ci ilin yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrlə bağlı Ağdam Rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kənd inzibati ərazi dairələri üzrə nümayəndəliyində hesabat yığıncağı keçirilib. Hesabat yığıncağında Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, idarə, müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Hesabat məruzəsi ilə çıxış edən Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Arzuman Muradov hesabat dövründə görülən işlər haqqında ətraflı məlumat verib. Bildirib ki, mütəmadi olaraq nümayəndəliyin ərazisinə qeydiyyata düşən və ərazidən qeydiyyatdan çıxan şəxslərə dair məlumatlar ev təsərrüfatlarının uçotu kitabına işlənilmiş, xarici ölkələrdə və respublikanın müxtəlif yerlərində yaşayan, hərbi xidmətdə olanların siyahıları dəqiqləşdirilib
Daha sonra 2019-cu ildə görüləcək işlər barədə danışan Arzuman Muradov qreyd edib ki, rayon rəhbərliyinin qayğısı ilə 2019-cu ildə görüləcək işlərə hər il olduğu kimi bu il də tərəfimizdən ciddi yanaşılacaq və tapşırılan işləri yüksək məsuliyyətlə yerinə yetirəcəyik.

Hesabat iclasında çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov əsası Ulu Öndər tərəfindən qoyulan və bu gün prezident İlham Əliyev tərəfindən bütün istiqamətlərdə həyata keçirilən siyasi ,iqtisadi ,sosial yüksəliş strategiyasıdan danışıb. Başçı nümayəndəliklərlə sakinlər arasında olan əlaqənin daha sıxlaşdırılması üçün görülən işlərdən də söz açıb. Eləcə də bu əlaqənin daha da artırılamsını və sakinlərin problemləri ilə yerində maraqlanmalı olduqlarını diqqətə çadırıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.03.2019
24.03.2019
23.03.2019
22.03.2019